Xəbər lenti

 absnauret.jpg
ABŞ Ukraynaya müdafiə təyinatlı silahların verilməsinə dair qərar qəbul edib.

APA-nın "RT"-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert bəyan edib.

“Əvvəllər də bildirdiyimiz kimi , yardım sırf müdafiə xarakteri daşıyır. Biz daim bəyan etmişik ki, Ukrayna suveren dövlət kimi özünü müdafiə etmək hüququna malikdir”, deyə ABŞ rəsmisi qeyd edib. H.Nauert əlavə təfərrüatları açıqlamayıb.

Məlumatda həmçinin bildirilib ki, ABŞ Ukraynanın şərqində münaqişənin həlli üçün Minsk sazişlərinə sadiqdir. 

Bu ilin avqustunda ABŞ müdafiə naziri Ceyms Mettis Ukraynaya müdafiə təyinatlı letal (öldürücü) silahların verilməsini nəzərdən keçirdiklərini açıqlamışdı. Nazir həmçinin Ukraynaya 175 milyon dollar dəyərində hərbi texnikanın göndərilməsi barədə qərarı təsdiqləmişdi. 

Noyabrda Senatın silahlı qüvvələr üzrə Komitəsinin saytında bildirilib ki, 2018-ci ilin müdafiə büdcəsinə əsasən, ABŞ Ukraynanın hərbi təhlükəsizlik sahəsinə 350 milyon dollar ayırmaq niyyətindədir.

Bölmənin digər xəbərləri

19 Yanvar 2018 Ermənistanın yeni prezidentinin adı bilindi – Rəsmi
19 Yanvar 2018 Avropa Fələstini dövlət kimi tanımaqdan imtina etdi
18 Yanvar 2018 Moldova MDB-dən çıxır
17 Yanvar 2018 Gürcüstanın hakim partiyası prezidentliyə 2 nəfərin namizədliyini nəzərdən keçirir
13 Yanvar 2018 “Turqut Özal” muzeyində soyğun -Özalın durbini, İnönünün saatı oğurlandı
11 Yanvar 2018 Karlovun qətlini təşkil edən şəxs saxlanıldı
10 Yanvar 2018 Əsəd qüvvələri və iranlılar Suriyada Rusiyanın burnunun üstündən vurublar –Təhlil
09 Yanvar 2018 Şərqin yeni ordusu quruldu
08 Yanvar 2018 Rusiyada prezidentliyə namizədlərin qeydiyyatı başa çatdı –15 müstəqil namizəd sənəd verib
07 Yanvar 2018 İstanbulda partlayış baş verdi
05 Yanvar 2018 Türkiyə, Fransa və İtaliya hərbi müqavilə imzaladılar
04 Yanvar 2018 Ermənistanda yanacaq bahalaşdı
28 Dekabr 2017 Rəsmi Moskvadan Ərdoğanın “Əsəd terrorçudur” açıqlamasına reaksiya:"Belə bəyanatların heç bir əsası yoxdur"
23 Dekabr 2017 Avropadan xəbərdarlıq: Gürcü oğrular...
23 Dekabr 2017 İsrail aviasiyası Suriya ordusunun mövqelərinə hava zərbələri endirib
16 Dekabr 2017 III Dünya savaşı 5 bölgədən başlayacaq: Türkiyə…
15 Dekabr 2017 Rusiya Avropanı internetsiz qoya bilər... - Marşal
13 Dekabr 2017 Rusiya Yəməndən diplomatik heyətini çıxarır
10 Dekabr 2017 Bəhreyndən İsrailə sülh və qardaşlıq mesajı - Şok iddia
09 Dekabr 2017 İsrail və Fələstin sərhədində qarşıdurma başlayıb- Qüdsə görə
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.