Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_abs.jpg
Yerli KİV-lərin məlumatına əsasən, ABŞ konqresi sabiq prezidentlərin pensiyalarının azaldılması haqqında qanunu təsdiqləyib.

 Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, amerikalı qanunvericilərin fikrincə, hazırda ABŞ administrasiyasının sabiq başçılarının dövlət tərəfindən maliyyə dəstəyinə ehtiyacı yoxdur. Onlar yazdıqları kitablardan, həmçinin ictimaiyyət qarşısında çıxışlardan milyonlarla dollar qazana bilərlər.

“Hill” nəşri xatırladır ki, eks-prezidentlərin altırəqəmli ədədlə ifadə olunan pensiyalarının miqdarı, habelə onların xidmət personalına əməkhaqqı verilməsi və digər məsrəflərinin ödənilməsi barədə qanun 1958-ci ildə qəbul olunub. Konqresmenlər hesab edirlər ki, artıq buna lüzum qalmayıb.

2017-ci ildə ABŞ-ın sabiq prezidentlərinə ödənilən ümumi məbləğ amerikalı vergi ödəyicilərinə 2,84 milyon dollara başa gəlib.

Yeni qanuna əsasən, sabiq prezidentlərin təqaüdlərinin illik həcmi 200 min dollara qədər, digər məsrəfləri üçün ayrılan məbləğ isə 500 min dollaradək azaldılacaq. Bununla yanaşı, qanun 10 il ərzində bu məbləğin tədricən ixtisar edilərək 250 min dollara endirilməsini nəzərdə tutur.
Sozcu.az

 

Bölmənin digər xəbərləri

13 Dekabr 2017 Rusiya Yəməndən diplomatik heyətini çıxarır
10 Dekabr 2017 Bəhreyndən İsrailə sülh və qardaşlıq mesajı - Şok iddia
09 Dekabr 2017 İsrail və Fələstin sərhədində qarşıdurma başlayıb- Qüdsə görə
08 Dekabr 2017 Trampı Qüds qərarı verməyə o məcbur edib
06 Dekabr 2017 ABŞ-da yeni nazir
05 Dekabr 2017 Rusiyadan Saakaşvilinin həbsinə - Reaksiya
05 Dekabr 2017 Saakaşvili evində axtarış aparan polisə etiraz etdi, binanın başına çıxdı:"İntihar edəcəyəm" + VİDEO
05 Dekabr 2017 Husilər sabiq prezidenti öldürdü –Yəmənin paytaxtını tam nəzarət altına aldı
04 Dekabr 2017 Gələcəkdə dünyanı idarə edəcək 6 ölkə - Video
02 Dekabr 2017 Putin ölkə xaricində yaşayan Rusiya vətəndaşlarının müdafiəsi haqqında sərəncam imzalayıb
01 Dekabr 2017 Pakistanda universitetə silahlı hücum, 11 yaralı var
30 Noyabr 2017 Tramp rüsvay oldu: mesajı başqa qadına göndərdi
28 Noyabr 2017 Myanmar lideri “Oksford” mükafatından məhrum edildi
28 Noyabr 2017 İraq, Əfqanıstan və Suriyada yerləşdirilən ABŞ hərbçilərinin sayını açıqlanıb
22 Noyabr 2017 Tbilisidə “antiterror əməliyyatı” aparıldığı bildirilir
22 Noyabr 2017 Bu ölkə namazı qadağan etdi
19 Noyabr 2017 ABŞ generalı Trampa qarşı: Nüvə qərarı...
19 Noyabr 2017 Səudiyyə Ərəbistanı Almaniyaya nota verdi
17 Noyabr 2017 PKK və PYD - nin sözçüsü Türkiyəyə təslim oldu ABŞ QORXU İÇİNDƏ
16 Noyabr 2017 Alban dili Makedoniyanın ikinci dövlət dili oldu
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.