Xəbər lenti

zimbabveordu.jpgZimbabve ordusu paytaxt Harareyə daxil olub.

 Axar.az xəbər verir ki, “Röyter” agentliyi ordunun Zimbabve dövlət televiziyası olan ZBC-nin Baş Qərargahını ələ keçirdiyini yazıb. Televiziyaya daxil olan hərbçilər jurnalistlərlə sərt rəftar ediblər. Buna rəğmən ZBC, tezliklə, sərt rəftarla bağlı yayımlanan məlumatın həqiqəti əks etdirmədiyini və hərbçilərin televiziyaya sistemin qorunması üçün gəldiyini vurğulayıb.

Maraqlı məqam odur ki, hərbçilərin ZBC binasına daxil olmasından sonra paytaxtda üç partlayış törədilib. Partlayışın kim tərəfindən törədildiyi müəyyən edilməyib.

Zimbabve ordusu həmçinin hərbi texnikasını paytaxt Harare ətrafına toplayıb. Ordunun paytaxta yeridilməsindən indiyə qədər hələlik 37 ildir ölkəni idarə edən Prezident Robert Muqabenin taleyi haqqında heç bir məlumat verilməyib.

Ölkədə olan ABŞ və Britaniya səfirliklərini öz fəaliyyətlərini müvəqqəti olaraq dayandırıblar.

Artıq komandanlıq məlumat yayaraq Harareyə hərbi texnikanın yeridilməsinin dövlət çevrilişi cəhdi olmadığını vurğulayıb. Komandanlıq sadəcə cinayətkarlarla mübarizə üçün ordunun paytaxta girdiyini və hər şey qaydasına düşdükdən sonra əsgərlərin buradan çıxarılacağını bildirib.

Qeyd edək ki, ölkədə qarışıqlığa səbəb Zimbabvenin hakim partiyası ZANU-PF-nin Silahlı Qüvvələrin rəhbəri Konstantin Çivenqanı xəyanətdə ittiham etməsi olub. Bundan sonra Çivenqanın müttəfiqi sayılan vitse-prezident Emmerson Mnanqaqvu dövlət çevrilişində ittiham edilərək Prezident Robert Muqabe tərəfindən istefaya göndərilib. Çivenqa bu istefaya sərt reaksiya verərək, ölkədə yaranan siyasi böhrana son qoyacağını söyləyib.

Muqabe 1980-ci ildən Zimbabveni idarə edir. O, ABŞ-a qarşı sərt ittihamları ilə seçilir. Sosializm ideyalarına bağlı olan Muqabe ölkədə bazar iqtisadiyyatının tətbiqini tam qadağan edib. O, həmçinin, ağdərili fermerlərin təqibi, qara rasizmdə ittiham edilir.

Sozcu.az

Bölmənin digər xəbərləri

23 Fevral 2018 Rusiya səfirliyində 400 kq-a qәdәr kokain aşkar olundu
20 Fevral 2018 İran “qaynayır” – Ölənlərin sayı 5-ə çatdı, 300 saxlanılan var
18 Fevral 2018 İranda sərnişin təyyarəsi qəzaya uğradı: 66 ölü
17 Fevral 2018 Şimali Koreyanı Kimlər idarə edir – Kommunist ölkəsinin qadın lideri HAQDA
17 Fevral 2018 NATO-nun yeni baş katibi: alman nazir namizəddir
14 Fevral 2018 ABŞ-dan etiraf: Hələ belə düşmənimiz olmamışdı
14 Fevral 2018 Poroşenko Putinə zəng etdi: Nələr müzakirə olundu?
11 Fevral 2018 Kosovadan Türkiyəyə böyük dəstək: Ləğv edildi
10 Fevral 2018 İran ABŞ-ı təhdid etdi: "Hərbi bazalarını vura bilərik”
09 Fevral 2018 ABŞ hökuməti fəaliyyətini yenə dayandırdı
05 Fevral 2018 Rusiya təyyarəçisi yerdə terrorçularla döyüşüb özünü partlatdı –FOTOLAR, VİDEO
31 Yanvar 2018 Moskva metrosunda uçqub olub
29 Yanvar 2018 Ərdoğan keçmişdəki sağ əli ilə görüşdü
29 Yanvar 2018 IŞİD Əfqanıstanda hərbi akademiyaya hücum edib, beş hərbçi həlak olub - YENİLƏNİB
28 Yanvar 2018 Türkiyədən şok addım: Yunan nazir bu adaya buraxılmadı
28 Yanvar 2018 Yəmən parçalanır: Hökumət binaları ələ keçirildi
27 Yanvar 2018 Suriya müxalifətinin nümayəndəsi Soçi Konqresindən imtinanın səbəbini açıqlayıb
27 Yanvar 2018 Rusiyada ev yanıb, 3-ü uşaq olmaqla 5 nəfər yanaraq ölüb
26 Yanvar 2018 Saakaşvili ev dustağı edildi –Məhkəmə qərar verdi
25 Yanvar 2018 Bərzani tab gətirmədi: Neft yataqları İraqa verildi
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.