Xəbər lenti

laricani.jpg
İran Ali Məhkəməsinin sədri, ayətullah Sadiq Laricani Babək Zəncani işi ilə bağlı prezidentin də əlaqəsinin olduğunu iddia edib.

 Axar.az xəbər verir ki, Laricani korrupsiyada ittiham edilərək edam cəzasına məruz qalan iş adamı Babək Zəncaninin İran Prezidenti Həsən Ruhaninin seçi kampaniyasına maliyyə yardımı etdiyini bildirib.

Ruhaninin Zəncani məsələsində məhkəmə orqanlarını tənqid etməsinə reaksiya verən Laricani qeyd edib: "Hökumətin işini məhkəmənin görmək kimi səlahiyyəti yoxdur. Xaricdəki mal varlıqlarına hökumət nəzarət etməlidir, niyə bunu etmirsiniz? Babək Zəncani prezidentin seçki kampaniyasına milyardlarla maliyyə yardımı edib. Biz onun sözlərini düzgün qəbul etmirik. Bir çox şeyi iddia edir. Əgər bunlarla maraqlanası olsaq, gərək ki, bu işlə bağlılığı olan hər kəsi çağıraq, lazım gələrsə həbs edək".

Xatırladaq ki, rüşvət və saxta sənədlər hazırlayaraq dövlətin 2.8 milyard dollar pulunu mənimsəməkdə ittiham edilən Zəncani iki şəriki ilə birgə edam cəzasına məhkum edilib. Ötən həftə İran Ali Məhkəməsi edam qərarını təsdiq edib.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.