Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_nazarbayev.jpg
Qazaxıstan prezidenti Nursultan Nazarbayev başa çatan ilin sonunda qazax əlifbasının kirildən latına keçirilməsi haqqında fərman imzaladı və yaxın üç ildə yeni əlifbaya keçidə başlamaq hədəfi qoydu.

 İslahatlara 115 milyon dollar sərf edilməsi planlaşdırılır. Bu hadisə gələcək uzun illər ərzində ölkənin informasiya və dil sahəsində inkişafını müəyyən edəcəkdir.

Ölkə prezidenti latın əlifbasına keçidin zəruriliyini ilk dəfə 2007-ci ildə bəyan edib. Latın əlifbasına keçid prosesinin sürətlənməsi isə 2014-cü ildə Ukrayna hadisələrindən sonra başladı. Rusiya ilə sıx tərəfdaşlıq münasibətlərinin olmasına baxmayaraq, qazax cəmiyyəti daxilində şimal qonşusu ilə əlaqədar olaraq, xüsusən də onun qonşu ölkələrin ictimai şüuruna hibrid təsir metodlarından istifadə etməsindən, o cümlədən rus KİV-nin dominantlıq etdiyi informasiya məkanından aktiv istifadə etməklə söz düşəndə müəyyən narahatlıqlar meydana çıxmağa başladı. Qazaxıstan məmurları səviyyəsində bəyanatlar verildi ki, ölkənin qazaxdilli informasiya məkanını böyütmək lazımdır. Xüsusilə, onu da nəzərə almaq lazımdı ki, respublikada yeni nəsil yetişib, özü də doğma qazaxdilli. Bu gün Qazaxıstan əhalisinin 70%-i qazaxdır. Ötən əsrin 90-cı illərində nisbət başqa idi – respublika əhalisinin 50%-dən çoxu ruslar və rusdillilər idi.

Qazaxıstanda dövlət başçısının təklifinə reaksiya birmənalı olmadı. Qazax cəmiyyətinin bir hissəsi Nazarbayevin ideyasını dəstəklədi. Yeni nəsil artıq yeni ölkə – tək prezident, tək sistem şərtlərində böyüyüb. Görünüşə görə, ən uğurlu vaxt seçilib, latın əlifbasına keçid yeni nəsil tərəfindən qərb məkanına sürətli uyğunlaşma umkanlarının genişləndirilməsi vasitəsi kimi qəbul edilir.

Lakin cəmiyyətin digər – yeni əlifbaya keçidlə təhsil səviyyəsinin düşəcəyinə inanan hissəsi də var. Kiril əlifbasından istifadə edilən müddət ərzində Qazaxıstan, məhz bu qrafikada təsbit edilən çoxlu bilik toplayıb. Zaman keçdikcə insanların bu irsə müraciət etməsi çətinləşəcək. Millətindən asılı olmayaraq, yaşlı nəsil nümayəndələri üçün başqa əlifbaya keçid psixoloji diskomfort yaradacaq. Rusiyada hesab edirlər ki, latın əlifbası Qazaxıstanı türk dünyası ilə yaxınlaşdıracaq.

Bu, 100 ildən az bir zaman içərisində əlifbanın artıq üçüncü dəfə dəyişdirilməsidir: 1920-ci ilədək Qazaxıstanda ərəb qrafikası istifadə edilib, 1929-cu ildə Sovet İttifaqı latın əlifbasını tətbiq edib, ancaq 11 il sonra kiril əlifbasına keçmək haqqında qərar qəbul olunub.

Əlifbanı işləyib hazırlayan qrup qazax əlifbasının latın qrafikasında olan yeni variantını təqdim edib. Əsas olaraq Türkiyə variantı, lakin Qazaxıstan xüsusiyyətləri ilə birgə götürülüb – əlifbada 32 hərf var, onların 9-u apostrofladır. Bəzən cümlədə apostrof hərfdən çox olur. Ancaq burası da var ki, əlifba ətrafında mübahisələr hələ davam edir. Hərçənd, Nursultan Nazarbayev özü qeyd edib ki, köklərə qayıtma prosesi gedir.
b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_qazaxelifbasi.jpg

 “Nezavisimaya qazeta”, Rusiya

Tərcümə Strateq.az-ındır
Sozcu.az

 

Bölmənin digər xəbərləri

18 Yanvar 2018 Qazaxıstanda faciə.. 52 Özbəkistan vətəndaşı həyatını itirdi..
09 Yanvar 2018 Özbəkistanda zəvvarlara qarşı yeni tələblər qoyuldu –İkinci dəfə Həccə getmək mümkün olmayacaq
02 Yanvar 2018 İraq Türkmən Cəbhəsinin liderlərindən biri qətlə yetirildi
01 Yanvar 2018 Bu türk dövləti dünyanın ən güclü qurumunun rəhbəri oldu
20 Dekabr 2017 Ərdoğan ərəb naziri topa tutdu:"Ey zavallı, biz Mədinəni qoruyanda, sənin əcdadın harada idi?”
13 Dekabr 2017 Qırğızıstanda mobil telefon qadağası- Parlament yeni qanun qəbul edəcək
02 Dekabr 2017 Turan Birliyi yaranarsa, nə baş verəcək? - Video
27 Noyabr 2017 Türk komandir Azərbaycan bayrağı haqda nə dedi?-VİDEO
20 Noyabr 2017 Hədəf türkman torpağı, milli kimliyimizdir - Salihi
14 Noyabr 2017 Məşhur türkoloq: “Onlara bellərindəki xüsusi nişanı göstərdim...”
08 Noyabr 2017 TÜRKMƏNLƏRİN ARTAN GÜCÜ –Mübahisəli referendumdan sonra İraqda müsbət dəyişikliklər baş verir
27 Oktyabr 2017 Nursultan Nazarbayev qazax dilinin latin əlifbasına keçidi haqqında fərman imzalayıb
23 Oktyabr 2017 20 ildən sonra bir ilk – Özbəkistan Prezidenti Ankaraya ayaq basacaq
16 Oktyabr 2017 Ordu Kərkük hava limanını ələ keçirdi - FOTO +VİDEO
10 Oktyabr 2017 Üz-üzə qalan iki türk dövləti - Bişkeklə Astana arasında nə baş verir?
02 Oktyabr 2017 Millət vəkilindən Kərkük çağrışı: "İnanıram ki, onların bu çağırışına səs verəcəyik"
25 Sentyabr 2017 Türkmən lider İlham Əliyevə səsləndi: "HARDASAN?"
19 Sentyabr 2017 Kürd silahlıları Türkmən Cəbhəsinin liderinə silahlı hücum edib
11 Sentyabr 2017 Nazarbayev əlifbanı dəyişir: 17 hərf ixtisar olunur
10 Sentyabr 2017 Nazarbayevdən islam ölkələrinə möhtəşəm təklif
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.