Xəbər lenti

erdogann.jpg
"Ey zavallı, mənim əcdadım Mədinəni müdafiə edəndə, sənin əcdadın harada idi?".

 Bu sualı bugünkü toplantıda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayedə ünvanlayıb.

Ərdoğan ərəb nazirə xitabən deyib ki, türklər 1000 il boyu Qüdsü və bütün İslam çoğrafiyasını qoruyub: "Zalimlərin yanında yer almağı mərifət sayanların Mədinə müdafiəsi və Fəxrəddin Paşanı hədəf almaları boş yerə deyil.

Fəxrəddin Paşa Mədinəni 2 il 7 ay müdafiə edərkən, ey zavallı, sənin əcdadın harada idi?! İstanbuldan durub Mədinəyə gedən Fəxrəddin Paşa bunu nə üçün etdi? O müqəddəs torpaqları işğaldan qorumaq üçün Mədinəyə gəldi. Bəs, sənin əcdadın harada idi?!”.

Fəxrədddin Paşanın 2 il 7 ay Mədinədəki dirənişi təqdirəlayiqdir. Utanmadan "Ərdoğanın əcdadları müqəddəs əmanətləri oradan oğurlayaraq, İstanbula gətirdi" deyəcək qədər ey zavallı, bilirsənmi Mədinəni işğaldan qorumaq, şəhid olmaq Fəxrəddin Paşanın müqəddəs vəzifəsi olub?!

Bilirsənmi Paşa oradakı müqəddəs əmanətləri 2 min nəfərlik qoruma ilə İstanbula niyə göndərib? Çünki işğalçı qüvvələrin əlinə keçəcəkdi. Bu əmanətlər, bilirsən indi haradadır? Onlar İstanbul Topqapı Müzeyində saxlanılır. Bu əmanətlər Qərbdəki məlum o yerlərə getsəydi, necə olacaqdı?!...".

Ərdoğan daha sonra ərəb nazirə daha bir tarixi faktı xatırladıb, ona xəbərdarlıq edib: "Sən Fəxrəddin Paşa kimi, Ərdoğanı da tanımamısan. Sən öncə həddini bil. Biz sizin nə cür qara düşüncələr içində olduğunuzu əla bilirik. Bizim əcdadımız şərtlərın zorlaşdığı, dərman, yemək qalmadığı bir dönəmdə Mədinədə oldu, o zaman oranı böyük çəyirtkə sürüsü basmışdı. Fəxrəddin Paşa "Çəyirkənin sərçədən nə fərqi var, təmizdir, təzədir", deyərək, aylarla əsgərləri ilə çəyirtkədən qadalanıblar, şəhəri belə vəziyyətdə 2 il 7 ay qanları ilə qoruyublar…".

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Abdullah bin Zayed Tvitterdə Fəxrəddin Paşaya qarşı çıxış edib. O, bildirib ki, Osmanlı dövləti Mədinəni guya müdafiə etməyib, şəhəri yağmalayıb, qiymətli əmanətləri aparıblar. Zayed əlavə edib ki, Ərdoğanın əcdadlarının ərəblərlə əlaqəsi guya onları soymaq üzərində qurulubmuş…/strateq/az/
Sozcu.az

Bölmənin digər xəbərləri

18 Yanvar 2018 Qazaxıstanda faciə.. 52 Özbəkistan vətəndaşı həyatını itirdi..
11 Yanvar 2018 QAZAXLARIN LATIN ƏLİFBASINA KEÇİDİ –Astana Rusiyadan uzaqlaşmaq, Türk dünyası ilə yaxınlaşmaq kursu seçib - TƏHLİL
09 Yanvar 2018 Özbəkistanda zəvvarlara qarşı yeni tələblər qoyuldu –İkinci dəfə Həccə getmək mümkün olmayacaq
02 Yanvar 2018 İraq Türkmən Cəbhəsinin liderlərindən biri qətlə yetirildi
01 Yanvar 2018 Bu türk dövləti dünyanın ən güclü qurumunun rəhbəri oldu
13 Dekabr 2017 Qırğızıstanda mobil telefon qadağası- Parlament yeni qanun qəbul edəcək
02 Dekabr 2017 Turan Birliyi yaranarsa, nə baş verəcək? - Video
27 Noyabr 2017 Türk komandir Azərbaycan bayrağı haqda nə dedi?-VİDEO
20 Noyabr 2017 Hədəf türkman torpağı, milli kimliyimizdir - Salihi
14 Noyabr 2017 Məşhur türkoloq: “Onlara bellərindəki xüsusi nişanı göstərdim...”
08 Noyabr 2017 TÜRKMƏNLƏRİN ARTAN GÜCÜ –Mübahisəli referendumdan sonra İraqda müsbət dəyişikliklər baş verir
27 Oktyabr 2017 Nursultan Nazarbayev qazax dilinin latin əlifbasına keçidi haqqında fərman imzalayıb
23 Oktyabr 2017 20 ildən sonra bir ilk – Özbəkistan Prezidenti Ankaraya ayaq basacaq
16 Oktyabr 2017 Ordu Kərkük hava limanını ələ keçirdi - FOTO +VİDEO
10 Oktyabr 2017 Üz-üzə qalan iki türk dövləti - Bişkeklə Astana arasında nə baş verir?
02 Oktyabr 2017 Millət vəkilindən Kərkük çağrışı: "İnanıram ki, onların bu çağırışına səs verəcəyik"
25 Sentyabr 2017 Türkmən lider İlham Əliyevə səsləndi: "HARDASAN?"
19 Sentyabr 2017 Kürd silahlıları Türkmən Cəbhəsinin liderinə silahlı hücum edib
11 Sentyabr 2017 Nazarbayev əlifbanı dəyişir: 17 hərf ixtisar olunur
10 Sentyabr 2017 Nazarbayevdən islam ölkələrinə möhtəşəm təklif
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.