Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_turkkoman.jpg
Ötən gün Türkiyənin “Foks” televiziyasında yayımlanan “Savaşcı” serialında Azərbaycanla bağlı səhnə iki ölkə arasındakı qardaşlıq münasibətlərinin əsl təcəssümünə çevrilib.

Kult.az xəbər verir ki, filmin 22-ci seriyasında Şimali İraqda azərbaycanlı mühəndislərin qaçırılmasından bəhs edilib.

Türk ordusunun yüksək rütbəli komandirlərinin də iştirakı ilə Azərbaycanın Türkiyədəki Konsulluğunda keçirilən iclasda xilasetmə üçün göndərilən Azərbaycan xüsusi təyinatlılarına türk hərbçilərin yardım etməsi barədə razılıq əldə edilir.

Əsgərlərinə əməliyyat tapşırığı verən türk komandiri həmçinin onların qollarına Azərbaycan bayrağı vurması barədə göstəriş verir. Qeyd-şərtsiz icra edilən komandadan sonra türk komandiri üzünü əsgərlərinə tutaraq “Qolunuza vurmanızı istədiyim bayraq başqa ölkənin bayrağı olsa, qəbul edərdiniz?”, - sualını verir. Komandirin bu sualı qarşısında əsgərlər tək-tək “xeyr” cavabını verir. Bu zaman əsgərlərini ruhlandıran komandir Azərbaycan bayrağı barədə “Bizim bayrağımız” ifadəsini səsləndirir.

Bölümün sonunda isə Azərbaycan mühəndislərini qaçıran terrorçu xəritədə Azərbaycan və Türkiyəni göstərərək deyir:

“Azərbaycan və Türkiyə, bunlar hər ikisi birlikdə gülürlər, birlikdə ağlayacaqlar”.
Sozcu.az

Bölmənin digər xəbərləri

18 Yanvar 2018 Qazaxıstanda faciə.. 52 Özbəkistan vətəndaşı həyatını itirdi..
11 Yanvar 2018 QAZAXLARIN LATIN ƏLİFBASINA KEÇİDİ –Astana Rusiyadan uzaqlaşmaq, Türk dünyası ilə yaxınlaşmaq kursu seçib - TƏHLİL
09 Yanvar 2018 Özbəkistanda zəvvarlara qarşı yeni tələblər qoyuldu –İkinci dəfə Həccə getmək mümkün olmayacaq
02 Yanvar 2018 İraq Türkmən Cəbhəsinin liderlərindən biri qətlə yetirildi
01 Yanvar 2018 Bu türk dövləti dünyanın ən güclü qurumunun rəhbəri oldu
20 Dekabr 2017 Ərdoğan ərəb naziri topa tutdu:"Ey zavallı, biz Mədinəni qoruyanda, sənin əcdadın harada idi?”
13 Dekabr 2017 Qırğızıstanda mobil telefon qadağası- Parlament yeni qanun qəbul edəcək
02 Dekabr 2017 Turan Birliyi yaranarsa, nə baş verəcək? - Video
20 Noyabr 2017 Hədəf türkman torpağı, milli kimliyimizdir - Salihi
14 Noyabr 2017 Məşhur türkoloq: “Onlara bellərindəki xüsusi nişanı göstərdim...”
08 Noyabr 2017 TÜRKMƏNLƏRİN ARTAN GÜCÜ –Mübahisəli referendumdan sonra İraqda müsbət dəyişikliklər baş verir
27 Oktyabr 2017 Nursultan Nazarbayev qazax dilinin latin əlifbasına keçidi haqqında fərman imzalayıb
23 Oktyabr 2017 20 ildən sonra bir ilk – Özbəkistan Prezidenti Ankaraya ayaq basacaq
16 Oktyabr 2017 Ordu Kərkük hava limanını ələ keçirdi - FOTO +VİDEO
10 Oktyabr 2017 Üz-üzə qalan iki türk dövləti - Bişkeklə Astana arasında nə baş verir?
02 Oktyabr 2017 Millət vəkilindən Kərkük çağrışı: "İnanıram ki, onların bu çağırışına səs verəcəyik"
25 Sentyabr 2017 Türkmən lider İlham Əliyevə səsləndi: "HARDASAN?"
19 Sentyabr 2017 Kürd silahlıları Türkmən Cəbhəsinin liderinə silahlı hücum edib
11 Sentyabr 2017 Nazarbayev əlifbanı dəyişir: 17 hərf ixtisar olunur
10 Sentyabr 2017 Nazarbayevdən islam ölkələrinə möhtəşəm təklif
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.