Xəbər lenti

kerkukelii.jpg
İraq Kürdüstanı Regional Rəhbərliyinin (İKRR) mübahisəli 25 Sentyabr referendumundan sonra İraqın siyasətində tarazlıqlar bir anda dəyişib. Ölkənin ən kövrək etnik qruplarından olan türkmənlər üçün də əhəmiyyətli inkişafa qapı açıb.

 İraq siyasətində üç əsas dəyişiklik oxu var. Birinci ox – İKRR-in daxili siyasətinə aiddir. Referendumdan sonra Tələbani ailəsinin liderliyindəki Kürd Vətənsevərlər Birliyinin (KVB) İraq mərkəzi hökuməti ilə razılaşması dəyişiklik prosesinin ikinci əsas oxunu göstərir. Kərkükdə başlanan əməliyyatın bütün ixtilaflı bölgələrə uzanması və hətta İKRR-in nəzarətində olan sərhəd qapılarına yönəlməsi, 14 ildir davam edən mübahisənin sona çatmasına bənzəyir.

Referendum xarici siyasət müstəvisində Türkiyə-İraq münasibətlərində müsbət istiqamətdə sürətli bir dəyişikliyə, üstəlik, İraq məsələsində Türkiyə ilə İran arasında ortaq prioritetlər çərçivəsində bir yaxınlaşmaya səbəb olub.

Əslində, üç baltanın hər biri bir-birinə təsir göstərmək gücünə malikdir. Daha açıq bir təbirlə, İKRR-in daxili siyasəti, Ərbil-Bağdad əlaqələri, həm Bağdad, həm də Ərbildə Ankara, Tehran və Vaşinqtonla əlaqələrində qarşılıqlı təsir potensialını ortaya çıxarır. Buna görə də, İKRR-in daxili siyasəti, Ərbil-Bağdad əlaqələri və xarici siyasət bucaqlarının hər birinin ayrı-ayrılıqda təhlil edilməsinə ehtiyac duyur.

 Referendumdan sonra daxili siyasətin dəyişməsi

 Referendum prosesi İKRR daxili siyasətində əhəmiyyətli bir çevrilmənin başlanğıcı olub. Əslində, bu proses İKRR-də bütöv bir quruluş meydana gətirmə səylərinin süni bir inkişaf olduğunu göstərib. Çünki 1991-ci ildən sonra KDP və KVB arasındakı mübarizənin formalaşdırdığı kürd daxili siyasəti 2003-dən sonra inteqrasiya mərhələsinə keçib. Ancaq iki tərəf arasında yaranan mübahisələri İKRR siyasəti üzərində qurma səyləri, regional tənlik və proseslər İKRR-in inteqrasiyası və siyasi konsolidasiyasında problemlər ortaya çıxarıb.

Bu vəziyyət Məsud Bərzaninin 2013-cü ildə uzadılan başçılıq müddətinin avqust 2015-ci ildə dolmasına baxmayaraq, rəhbərlikdən kənarlaşmaması ilə daha kəskin hala gəlib. İKRR parlamenti işləməz hala gələrkən, İKRR hökuməti təktərəfli qaydada KDP tərəfindən idarə olunmağa başlanıb. Buna görə də, Məsud Bərzaniyə müxaliflik daha da güclənib.

2016-da KVB, KDP ilə 2004-cü il strateji ittifaq müqaviləsinin sona çatdığını açıqlayarkən, 2016-da KVB ilə “Goran” arasında strateji müqavilə imzalanıb və ortaq hərəkət qərarı alınıb.

KVB-nin 2017-nin ilk aylarında Kərkük addımını başlanmasına (Kərkükdə olan “Şimali Neft Şirkəti”ni ələ keçirməsi, rəsmi dairələrə İKRR bayrağının asılması) qarşı Bərzani də 2017-nin iyununda müstəqillik referendumu kozunu irəli sürüb. Əvvəlcə daxili siyasətdə üstünlük təmin etməyi qarşıya məqsəd qoyan Bərzani, digər tərəfdən, İraqdakı və bölgədəki böhranlardan faydalanmağa çalışıb.

Bərzaninin referendumla bağlı qərarı isə daxili siyasətdə yeni müzakirələr yaradıb. Referendum qərarı ixtilafları dərinləşdirib və ciddi bir qütbləşməyə yol açıb. Digər tərəfdən, başda Türkiyə olmaqla (İsrail istisnadır) bütün təpkilərə baxmayaraq, referendum qərarında israr Məsud Bərzani baxımından böyük bir qumar idi.

Referendumu keçirərkən bütün kozların əlinə alacağını düşünən Bərzani yanılıb. Tələbani ailəsi Bağdadla razılaşaraq, başda Kərkük olmaqla, ixtilaflı bölgələrdən peşmərgələrini çəkərək, Bərzanini bir həmləyə oyundan kənar vəziyyətə qoyub.

Ancaq Məsud Bərzaninin istefası siyasətdən kənarlaşması demək deyil. Bərzani KDP lideri olaraq siyasət içində mövcud olmağa davam edəcək.

 Türkmənlər fəal qüvvə olub

 Digər tərəfdən, türkmənlərin də Ərbil-Bağdad tarazlığında üstünlüyü var. Kərkükdə rəsmi dairələrə İKRR bayrağının asılması və referendum qərarı kimi faktorlar türkmənlərin öz içlərində ciddi bir bütünlük göstərmələrinə imkan verib. Əslində, bunun ilk addımları mayın 16-17-də Bağdadda, İraq parlamentinin başçısı Səlim Cuburinin himayəsində, Birləşmiş Millətlər Təşkilatının İraqa Yardım Missiyasının dəstəyi ilə bütün türkmən siyasi partiya və təşkilatlarının iştirakı ilə "Birləşmiş İraqda türkmənlərin gələcəyi" başlıqlı toplantıda olub.

Bu tədbirlə birlikdə türkmən liderləri Türkmən Ali Koordinasiya Şurası yaradıb. 2003-cü ildən sonra bəlkə də ilk dəfə türkmənlər İraq siyasətində təsirli bir mexanizm təmin ediblər.

Koordinasiya Şurası içərisində şiə və sünni türkmən liderlərin olması, hətta “Haşdi-Şəabi” içərisində 16-cı Türkmən batalyonunun lideri Yılmaz Nəccarın da qurumda iştirakı türkmənlərə böyük üstünlük verir.

Bu məsələdə Türkiyə də türkmənlərə dəstəyini ortaya qoyaraq, Cümhuriyyət Bayramının qeyd olunduğu gün Türkmən Ali Koordinasiya Şurasının bütün üzvləri prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Ankarada qəbul edilib.

 Türkiyə-İraq-İran əlaqələri

 İKRR-in referendum qərarı ilə birlikdə Məsud Bərzaniyə Türkiyə, İraq və İran tərəfindən üçlü təzyiq meydana gəlib. ABŞ-ın bunu müşayiət edildiyi deyilməlidir. Ancaq referendumda, Türkiyə, İraq və İran arasında həqiqətən üçlü bir mexanizm olduğunu gördük. Üstəlik, Türkiyə ilə İraq arasındakı əlaqələr müsbət istiqamətə sürətlə inkişaf edir. Əslində, Türkiyənin İraq mərkəzi hökuməti ilə əlaqələri yumşaltma istəyi baş nazir Binəli Yıldırımın 2017-ci ilin ilk xarici səfərini yanvar ayında İraqa etməsiylə dəqiq olaraq göstərilib.

Türkiyə bu günə qədər İraqın ərazi bütövlüyü və siyasi birliyi ilə bağlı mövqeyini qəti şəkildə qoruyub. İKRR-də təşkil edilən referenduma çox yaxşı təpkilər var. Türkiyənin bu davranışı İraq tərəfindən başa düşülür. Bu fikir birliyi Türkiyə ilə İraq arasındakı əməkdaşlığı artırır.

Bağdadın İraqdakı bütün qrupların siyasi prosesdə iştirakı və inzibati strukturda tarazlığı qoruması vacibdir. Çünki İraqdakı tarazlığın məhv edilməsi yeni qeyri-sabitliklərə gətirib çıxara bilər.

Türkiyə-İraq münasibətləri qısa müddətdə dərinləşəcək. Nəticədə, seçkilər və seçkilərdən sonrakı hökumət Türkiyə-İraq əlaqələri baxımından həlledici olacaq.

 Bilqay Duman

Anadolu Agentliyi (Türkiyə)

Tərcümə: Strateq.az
Sozcu.az

Bölmənin digər xəbərləri

20 Noyabr 2017 Hədəf türkman torpağı, milli kimliyimizdir - Salihi
14 Noyabr 2017 Məşhur türkoloq: “Onlara bellərindəki xüsusi nişanı göstərdim...”
27 Oktyabr 2017 Nursultan Nazarbayev qazax dilinin latin əlifbasına keçidi haqqında fərman imzalayıb
23 Oktyabr 2017 20 ildən sonra bir ilk – Özbəkistan Prezidenti Ankaraya ayaq basacaq
16 Oktyabr 2017 Ordu Kərkük hava limanını ələ keçirdi - FOTO +VİDEO
10 Oktyabr 2017 Üz-üzə qalan iki türk dövləti - Bişkeklə Astana arasında nə baş verir?
02 Oktyabr 2017 Millət vəkilindən Kərkük çağrışı: "İnanıram ki, onların bu çağırışına səs verəcəyik"
25 Sentyabr 2017 Türkmən lider İlham Əliyevə səsləndi: "HARDASAN?"
19 Sentyabr 2017 Kürd silahlıları Türkmən Cəbhəsinin liderinə silahlı hücum edib
11 Sentyabr 2017 Nazarbayev əlifbanı dəyişir: 17 hərf ixtisar olunur
10 Sentyabr 2017 Nazarbayevdən islam ölkələrinə möhtəşəm təklif
09 Sentyabr 2017 Mosulda uçqunlar altından minlərlə cəsəd çıxarılıb
20 Avqust 2017 Çaldıran döyüşünün şişirdilməsinin səbəbləri - VİDEO
27 İyul 2017 Bu Türk ölkəsi də latın əlifbasına keçəcək
24 İyul 2017 Türkiyədə Qarabağ küçəsinin açılışı oldu
11 İyul 2017 “Traktor”dan iranlı jurnalistə güllə kimi - Cavab
13 İyun 2017 BAO Əbülfəz Elçibəyin doğum günü ilə bağlı tədbir keçirəcək
03 İyun 2017 Qədim türklər niyə sırğa taxırdı?
31 May 2017 Azərbaycan Quzey Kıprısın müstəqilliyini tanıyacaq?
24 May 2017 ABŞ-da türk xalqlarının yürüşü təşkil edilib - FOTO
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.