Xəbər lenti

mosuldadagintilar.jpg
“İraqın mülki müdafiə qrupları Mosulun təkcə qərb yaxasında, xüsusilə də Köhnə şəhər bölgəsində yıxılan evlərin altından 2 min 100-dən çox mülki vətəndaşın cəsədini çıxarıb”.

Sozcu.az Ovqat.com-a istinadən  xəbər verir ki, bu etiraf İraq Daxili İşlər Nazirliyinə bağlı Mülki Müdafiə Müdirliyinin rəsmisi Səad Həmidin dilindən səsləndirilib.

Rəsminin sözlərinə görə, təxminən, 500-600 cəsəd də hazırda nə zamansa uçqunların altından çıxarılacağı günü “gözləyir”.

Səad Həmind onu da bildirib ki, avadanlıq çatışmazlığı və müxtəlif dəlmə-deşiklərdə indiyədək gizlənib, hazırda isə onların üzərinə atəş açaraq hücuma keçən İŞİD qalıntıları işlərini yürütməyə xeyli əngəl törədir. Bununla belə, o, növbəti 2 ay ərzində Mosulu insan cəsədlərindən tamamilə təmizləyə biləcəklərinə inanır.

Mosulun İŞİD işğalından azad olunması əməliyyatında mülki itkilər bununla da məhdudlaşmır. Rəsmi məlumata görə, 20 iyulda tamamlanan əməliyyatda 1429 mülki vətəndaş öldürülmüşdü. Mütəxəssislər bu rəqəmi həmin an ələ keçirilən insan cəsədlərinə aid edirdilər. Onların fikrincə isə, uçqunlar altında qalan mülki vətəndaşların sayı dəfələrlə çox idi.

İngilitərənin "The İndependent" qəzeti də bir müddət əvvəl mülki itkilər barədə “qara” xəbərlər yaymışdı. Qəzetin İraqın sabiq xarici işlər naziri Xoşyar Zəbariyə istinadən verdiyi məlumata görə, təxminən, doqquz ay davam edən qarşıdurmalarda 40 min adam öldürülüb.

Mosul əməliyyatının bu cür ağır mülki itkiylə nəticələnəcəyi gözlənilməz deyildi. “Xilafət”çilərin, rəsmi Bağdadı və beynəlxalq koalisiya qüvvələrini əməliyyatdan yayındırmaq üçün mülki vətəndaşları canlı qalxana çevirməsi bu ağır “fəlakətin” xəbərçisi idi. Hətta 100 minlərlə mülki itki gözlənilirdi. Nədən ki, İŞİD işğalı altında qalan Mosulda 1 milyondan artıq sakin girov kimi saxlanılırdı.

İraq və beynəlxalq koalisiya qüvvələri məhz bu səbəbdən uzun müddət Mosul əməliyyatına başlaya bilmirdilər. Fəqət Trampın hakimiyyətə gəlməsiylə ABŞ-ın terrorizmə qarşı mübarizə strategiyası da dəyişildi. Əvvəl “mümkün olduğu qədər az mülki itki” prinsipi “nəyin bahasına olursa olsun təmizlik” taktikasıyla əvəz olundu. Məhz bundan sonra ABŞ təyyarələri mülki vətəndaş-terrorçu fərqi gözləmədən Mosulun başına bombalar yağdırdı. Bir növ, yerlə yeksan olunan şəhərdə indi uçqunlar altından çıxarılan meyidlər də həmin taktika dəyişikliyinin cansız “əsərləri”dir.

Heydər Oğuz

Bölmənin digər xəbərləri

20 Noyabr 2017 Hədəf türkman torpağı, milli kimliyimizdir - Salihi
14 Noyabr 2017 Məşhur türkoloq: “Onlara bellərindəki xüsusi nişanı göstərdim...”
08 Noyabr 2017 TÜRKMƏNLƏRİN ARTAN GÜCÜ –Mübahisəli referendumdan sonra İraqda müsbət dəyişikliklər baş verir
27 Oktyabr 2017 Nursultan Nazarbayev qazax dilinin latin əlifbasına keçidi haqqında fərman imzalayıb
23 Oktyabr 2017 20 ildən sonra bir ilk – Özbəkistan Prezidenti Ankaraya ayaq basacaq
16 Oktyabr 2017 Ordu Kərkük hava limanını ələ keçirdi - FOTO +VİDEO
10 Oktyabr 2017 Üz-üzə qalan iki türk dövləti - Bişkeklə Astana arasında nə baş verir?
02 Oktyabr 2017 Millət vəkilindən Kərkük çağrışı: "İnanıram ki, onların bu çağırışına səs verəcəyik"
25 Sentyabr 2017 Türkmən lider İlham Əliyevə səsləndi: "HARDASAN?"
19 Sentyabr 2017 Kürd silahlıları Türkmən Cəbhəsinin liderinə silahlı hücum edib
11 Sentyabr 2017 Nazarbayev əlifbanı dəyişir: 17 hərf ixtisar olunur
10 Sentyabr 2017 Nazarbayevdən islam ölkələrinə möhtəşəm təklif
20 Avqust 2017 Çaldıran döyüşünün şişirdilməsinin səbəbləri - VİDEO
27 İyul 2017 Bu Türk ölkəsi də latın əlifbasına keçəcək
24 İyul 2017 Türkiyədə Qarabağ küçəsinin açılışı oldu
11 İyul 2017 “Traktor”dan iranlı jurnalistə güllə kimi - Cavab
13 İyun 2017 BAO Əbülfəz Elçibəyin doğum günü ilə bağlı tədbir keçirəcək
03 İyun 2017 Qədim türklər niyə sırğa taxırdı?
31 May 2017 Azərbaycan Quzey Kıprısın müstəqilliyini tanıyacaq?
24 May 2017 ABŞ-da türk xalqlarının yürüşü təşkil edilib - FOTO
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.