Xəbər lenti

turkyurus1.jpg
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən 36-cıTürk Günü və Festivalı çərçivəsində türk xalqlarının Manhettendə izdihamlı yürüşü təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, ABŞ-dakı türk cəmiyyətləri tərəfindən təşkil olunmuş yürüşdə Türkiyənin Nyu-Yorkdakı baş konsulu Ertan Yalçın, Türk Amerika Dərnəkləri Federasiyasının sədri Atilla Pak, Federasiyanın sədr müavini, Azərbaycan Nyu-York Assosiasiyasının vitse-prezidenti və Amerika-Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Nadiya Zöhrə Şərifi və digər cəmiyyətlərin rəhbərləri, üzvləri iştirak ediblər.

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_turkyurus2.jpg

Nadiya Zöhrə Şərifi tədbirdə çıxış edərək dünyada yaşayan 200 milyona yaxın türkün 50 milyonundan çoxunu Azərbaycan türklərinin təşkil etdiyini vurğulayb. O, hər il yürüş keçirməklə dünyaya, bütün türklərə birlik mesajı verdiklərini deyib: “Gəlin yaxın olaq, bir olaq və birlikdə güclü olaq. Çünki biz güclü olsaq, bütün türk millətləri güclü olacaq. Bizim qardaşlığımız və birliyimiz davamlı olsun. Yaşasın Azərbaycan! Yaşasın türk millətləri!”.
b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_turkyurus3.jpg

Yürüşə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Krım türkləri də qatılıb. Amerikada yaşayan Azərbaycan cəmiyyətinin üzvləri yürüşdə iştirak edərək Azərbaycan və türk bayraqlarını dalğalandırıblar. Manhettendə Madison prospektindən başlayan yürüş BMT-nin mənzil-qərargahı qarşısında sona çatıb.

Qeyd edək ki, Amerika türklərinin bayram kimi qeyd etdiyi Türk Günü Yürüşü Amerikadakı türk cəmiyyətlərinin birlik və bərabərlik rəmzi kimi dəyərləndirilir.

Bölmənin digər xəbərləri

20 Noyabr 2017 Hədəf türkman torpağı, milli kimliyimizdir - Salihi
14 Noyabr 2017 Məşhur türkoloq: “Onlara bellərindəki xüsusi nişanı göstərdim...”
08 Noyabr 2017 TÜRKMƏNLƏRİN ARTAN GÜCÜ –Mübahisəli referendumdan sonra İraqda müsbət dəyişikliklər baş verir
27 Oktyabr 2017 Nursultan Nazarbayev qazax dilinin latin əlifbasına keçidi haqqında fərman imzalayıb
23 Oktyabr 2017 20 ildən sonra bir ilk – Özbəkistan Prezidenti Ankaraya ayaq basacaq
16 Oktyabr 2017 Ordu Kərkük hava limanını ələ keçirdi - FOTO +VİDEO
10 Oktyabr 2017 Üz-üzə qalan iki türk dövləti - Bişkeklə Astana arasında nə baş verir?
02 Oktyabr 2017 Millət vəkilindən Kərkük çağrışı: "İnanıram ki, onların bu çağırışına səs verəcəyik"
25 Sentyabr 2017 Türkmən lider İlham Əliyevə səsləndi: "HARDASAN?"
19 Sentyabr 2017 Kürd silahlıları Türkmən Cəbhəsinin liderinə silahlı hücum edib
11 Sentyabr 2017 Nazarbayev əlifbanı dəyişir: 17 hərf ixtisar olunur
10 Sentyabr 2017 Nazarbayevdən islam ölkələrinə möhtəşəm təklif
09 Sentyabr 2017 Mosulda uçqunlar altından minlərlə cəsəd çıxarılıb
20 Avqust 2017 Çaldıran döyüşünün şişirdilməsinin səbəbləri - VİDEO
27 İyul 2017 Bu Türk ölkəsi də latın əlifbasına keçəcək
24 İyul 2017 Türkiyədə Qarabağ küçəsinin açılışı oldu
11 İyul 2017 “Traktor”dan iranlı jurnalistə güllə kimi - Cavab
13 İyun 2017 BAO Əbülfəz Elçibəyin doğum günü ilə bağlı tədbir keçirəcək
03 İyun 2017 Qədim türklər niyə sırğa taxırdı?
31 May 2017 Azərbaycan Quzey Kıprısın müstəqilliyini tanıyacaq?
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.