Xəbər lenti

1111istan.jpg
İstanbulun Beşiktaş rayonunda yerləşən "Reina" gecə klubuna İlkin məlumata görə, yerli vaxtla saat 01.15 radələrində “Şaxta Baba” geyimində olan 3 silahlı terrorçu gecə klubuna daxil olaraq, hər tərəfə atəş açmağa başlayıb. 

Sozcu.az xəbər verir ki,  İstanbul valisi hücum nəticəsində azı 39 nəfərin öldüyünü və 69-dan çox şəxsin yaralandığını bildirib.

Qeyd edək ki, hücum nəticəsində ölənlərdən 16-nın başqa ölkələrin vətəndaşı olduğu açıqlanıb.

Türkiyə mediası bildirir ki, terrorçular ərəbcə danışırmışlar və bu da terroru İŞİD terror təşkilatının törətməsi versiyasını gücləndirir.

Türkiyədə baş verən terror olayına ABŞ prezidenti Barak Obama reaksiya verib. B. Obama açıqlamasında Türkiyəyə terrorla mübarizədə yardım təklif edib.

***

Türkiyə prezidenti R.T. Ərdoğan baş verən terrorla bağlı üzüntü duyduğunu və gəlişmələri yaxından təqib etdiyini bildirib. O, Türkiyənin baş nazirindən, İstanbul valisindən və hüquq mühafizə orqanlarından bilavasitə məlumatlar alıb.  

***

Terror baş verən məkanın sahibi Türkiyə mediasına deyib ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi gecə klubuna qarşı teror hazırlandığı barədə onları xəbərdar edibmiş. Məhz bu xəbərdarlıqdan sonra Türkiyənin təhlükəsizlik qüvvələri həmin məkana dair dənizdən və qurudan olası hucumlara qarşı önləmlər alıblar. Lakin, göründüyü budur ki, həmin önləmlərin faydası
olmayıb.  

 

 

Bölmənin digər xəbərləri

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.