Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_gece1.jpg
Noyabrın 30-da Bakının Xudafərin Sarayında İraq və Suriyada yaşayan türkmən soydaşlarımıza mənəvi dəstək məqsədilə " Kərkük Gecəsi " keçirilib. 

Gecəni giriş sözü ilə " Kərkük Harayı" Soydaşlarımıza yardım kampaniyasının Əlaqələndirmə Mərkəzinin üzvləri Rüfət Muradlı və Jalə Cəfərova açdıqdan sonra Azərbaycan himni və Türkmeneli marşı oxunub. Sonra Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və KXCP sədri Mirmahmud Mirəlioğlu mərasim iştirakçıları qarşısında çıxış edərək Türkmenelinin Türk Dünyasının bir parçası və Azərbaycan Türklüyünün ayrılmaz hissəsi olduğunu iştirakçıların diqqətinə çatdırıblar. Tanınmış sənət ustaları Nuriyyə Hüseynova, Ağalar Bayram, Novruz Novruzlu, Solmaz Kosayeva, Şuşa Elat Muğam Üçlüyünün ifaları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Kərkük Gecəsində Bakıda Türkmenelindən olan tələbələr adından Yəhya Mehdi, şair Yusif Nəğməkar, İraq Azərbaycan Mədəni Əlaqələr İB-nin sədri Tahirə Məmmədova çıxış edərək Kərkük Gecəsinin təşkil olunmasına görə təşkilatçılara təşəkkürlərini bildiriblər. 

Kərkük Gecəsində Milli Mədəniyyyətin Təbliği İB tərəfindən hazırlanmış " Türkməneli Səninləyik" bağlıqlı xüsusi bayraq iştirakçılar tərəfindən imzalanaraq kərküklü tələbələrə təqdim olunub. Gecədə gənc məktəblilərin Kərkük haqda şeri səsləndikdən sonra "Kərkük Harayı" Soydaşlarımıza yardım Kampaniyası Əlaqələndirmə Mərkəzinin üzvləri  Ümid Partiyasından Taleh Əliyev, Tamilla Qulami, KXCP-dən Südeif Sadıqlı, Ağ Partiyadan Əhəd  Məmmədli, Bütöv Azərbaycan Ocaqları adından Faiq Qəzənfəroğlu, Azərbaycan Turan Birliyindən Flora Ramazanova, habelə Bütöv Azərbaycan Mühafizəkarlar və Millətçi Gənclər Təşkilatı təmsilçiləri çıxış edərək Kərkük deyib, Türkmeneli deyib Gecəyə qatılanlara öz təşəkkürlərini ifadə edərək bu yöndə fəaliyyətlərin davamlı olmasına israr ediblər..  

Kərkük Gecəsinin sonunda gənc rəssamlar mərasim boyu çəkdikləri tabloları Türkmənelindən olan tələbələrə hədiyyə ediblər.  

Elman Türkoğlu isə özü hazırladığı Türkməneli və Azərbaycan bayraqlarını " Kərkük Harayı" Əlaqəlindirmə Mərkəzinə bağışlayıb.  Mərasim Azərbaycandan Türkmənelinə dəstək çağırışları ilə sona çatıb.
b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_gece3.jpg
b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_gece4.jpg

Bölmənin digər xəbərləri

19 Sentyabr 2017 Kürd silahlıları Türkmən Cəbhəsinin liderinə silahlı hücum edib
11 Sentyabr 2017 Nazarbayev əlifbanı dəyişir: 17 hərf ixtisar olunur
10 Sentyabr 2017 Nazarbayevdən islam ölkələrinə möhtəşəm təklif
09 Sentyabr 2017 Mosulda uçqunlar altından minlərlə cəsəd çıxarılıb
20 Avqust 2017 Çaldıran döyüşünün şişirdilməsinin səbəbləri - VİDEO
27 İyul 2017 Bu Türk ölkəsi də latın əlifbasına keçəcək
24 İyul 2017 Türkiyədə Qarabağ küçəsinin açılışı oldu
11 İyul 2017 “Traktor”dan iranlı jurnalistə güllə kimi - Cavab
13 İyun 2017 BAO Əbülfəz Elçibəyin doğum günü ilə bağlı tədbir keçirəcək
03 İyun 2017 Qədim türklər niyə sırğa taxırdı?
31 May 2017 Azərbaycan Quzey Kıprısın müstəqilliyini tanıyacaq?
24 May 2017 ABŞ-da türk xalqlarının yürüşü təşkil edilib - FOTO
23 May 2017 Keçmiş prezidentin evini yandırdılar
22 May 2017 İraqlı şiə liderdən İrana çağırış : “Bölgəyə kədər və iztirab gətirən məzhəbçi siyasətdən əl çək”
18 May 2017 Krımı bir gün geri alacağıq - Tatar lider
10 May 2017 Azərbaycan şəhərlərində gizli təxribat… - Ziyalılardan şok çağırış
30 Aprel 2017 Mosulda terror: 14 polis öldü, 20 yaralı
04 Aprel 2017 "KƏRKÜKÜN KÜRDÜSTANA VERİLMƏSİNİN HÜQUQİ ƏSASI YOXDUR”
24 Mart 2017 Mosulda 80-dən çox dinc sakinin cəsədi çıxarılıb
12 Fevral 2017 İraq Türkmənləri Xocalı Soyqrımını Ankarada andılar
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.