Xəbər lenti

kampp3.jpg
BU, UNUDULURMU? - Unutduq təəssüf ki ...

Birinci Dünya Müharibəsində ingilislərə, 150 min əsgərimiz əsir düşüb. Bu əsgərlərdən bir qismi də Misirin İsgəndəriyyə şəhəri yaxınlığında olan Seydibeşir Usare düşərgəsinə həbs edilib.

********

Düşərgənin tam adı “Seydibeşir Kuveysna Osmani Useray-ı Hərbiyə Kampı” idi. Bu düşərgədə 1918-ci ildə Fələstin cəbhəsində əsir düşən Osmanlı əsgərləri həbsdə saxlanılırdı. 12 İyun 1920-ci ilə qədər iki il ərzində hər cür işgəncə, əziyyət, ağır təhqirlər və alçaltmaya məruz qalıblar. İnsanlıqdan uzaq rəftarın səbəbi isə ermənilər idi. Düşərgədəki türkcə bilən erməni tərcüməçilərin yalan, səhv tərcümələri düşərgələrin ingilis komandirlərini türk düşməni halına gətirmişdi. Savaş bitdikdən sonra düşərgədəki ağır şərtlər səbəbindən ölənlərdən başqa, yerdə qalan əsgərləri təslim etmək ingilislərin işinə yaramırdı. Çünki başlana biləcək yeni bir döyüşdə bu əsgərlərin yenidən qarşılarına çıxa biləcəkləri, ermənilər tərəfindən ingilislərin beyinlərinə işlənmişdi.

********

Əsgərlərimiz mikrobdan təmizlənmə bəhanəsi ilə, süngü ilə dezinfeksiya hovuzlarına salınıb, ancaq suya normaldan çox “Krizol” maddəsi qatılmış olub. Türk əsgəri ayağını suya salan kimi həddindən artıq krizol maddəsi səbəbindən ayaqlarının dərisi yanırdı. İngilis əsgərləri qundaq zərbələri ilə əsgərlərimizin hovuzdan çıxmalarına icazə vermirdilər. Əsgərlər bellərinə qədər gələn suya başlarını soxmaq istəmədikdə, ingilislər havaya, əsgərlərin başı üzərinə atəş açmağa başlayıblar. Əsgərlər də ölməmək üçün başlarını suya soxublar. Ancaq başını sudan çıxaranlar artıq ətrafı görə bilmirdilər. Çünki gözləri yanmışdı.

********

Çölə çıxanların halını görən sıradakı əsgərlərimizin müqavimətləri də fayda etmədi və 15 000 (15 min) əsgərimiz kor oldu. Bu vəhşilik 25 May 1921-ci il tarixində Türkiyə Böyük Millət Məclisində müzakirəyə səbəb olub. Millət vəkilləri Faik və Şərəf Beyler bir təklif verərək, Misirdə əsirlərin  Krizol duşuna soxularaq, 15 min vətən övladının gözlərinin kor edildiyini, bunun səbəbkarı olan ingilis həkimin, qarnizon komandirinin və əsgərlərin cəzalandırılması üçün TBMM-in təşəbbüsə keçməsini istəyiblər.

********

Ancaq yeni qurulan dövlətin min cür dərdi vardı. Ağır problemlərlə məşğul olan TBMM-də bu hesab soruşma işi unuduldu getdi. Amma onlar unutmurlar...  Öz xəyanətlərini belə soyqırım ambalajına qucaqlayıb, dünya ictimaiyyətinə təqdim edirlər. Ən kədərli olanı da məlum bəzilərinin, bu qaralama kampaniyalarına çanaq tutmasıdır. “Ermənilər soyqırım edildi”,- deyə dünyanı ayağa qaldırır, bizim tariximizdən xəbərimiz yox!!!

Salam və dualarla Barbaros Vural 

Xatırladaq ki, 2009-ci ildə, MHP sədrinin müavini Oktay Vural mövzu ilə əlaqədar məsələyə münasibət bildirilməsini istəyib. O zaman milli müdafiə naziri Vecdi Gönül belə bir hadisənin yaşanmadığını bildirib. Tarixçi Cezmi Yurtsever isə Vəcdi Könülü bu belə bir hadisənin yaşandığını vurğulayıb.

 SOZCU.AZ
kamp54.jpg
b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_kamp2.jpg

Bölmənin digər xəbərləri

04 Fevral 2018 Düşməni məhv edəcək silah orduya verildi – Foto
27 Yanvar 2018 Türk əsgərinə odun daşıyan vətəndaş: "Ananız, atanız sizi bu millətə əmanət etdi"
18 Yanvar 2018 Qazaxıstanda faciə.. 52 Özbəkistan vətəndaşı həyatını itirdi..
11 Yanvar 2018 QAZAXLARIN LATIN ƏLİFBASINA KEÇİDİ –Astana Rusiyadan uzaqlaşmaq, Türk dünyası ilə yaxınlaşmaq kursu seçib - TƏHLİL
09 Yanvar 2018 Özbəkistanda zəvvarlara qarşı yeni tələblər qoyuldu –İkinci dəfə Həccə getmək mümkün olmayacaq
02 Yanvar 2018 İraq Türkmən Cəbhəsinin liderlərindən biri qətlə yetirildi
01 Yanvar 2018 Bu türk dövləti dünyanın ən güclü qurumunun rəhbəri oldu
20 Dekabr 2017 Ərdoğan ərəb naziri topa tutdu:"Ey zavallı, biz Mədinəni qoruyanda, sənin əcdadın harada idi?”
13 Dekabr 2017 Qırğızıstanda mobil telefon qadağası- Parlament yeni qanun qəbul edəcək
02 Dekabr 2017 Turan Birliyi yaranarsa, nə baş verəcək? - Video
27 Noyabr 2017 Türk komandir Azərbaycan bayrağı haqda nə dedi?-VİDEO
20 Noyabr 2017 Hədəf türkman torpağı, milli kimliyimizdir - Salihi
14 Noyabr 2017 Məşhur türkoloq: “Onlara bellərindəki xüsusi nişanı göstərdim...”
08 Noyabr 2017 TÜRKMƏNLƏRİN ARTAN GÜCÜ –Mübahisəli referendumdan sonra İraqda müsbət dəyişikliklər baş verir
27 Oktyabr 2017 Nursultan Nazarbayev qazax dilinin latin əlifbasına keçidi haqqında fərman imzalayıb
23 Oktyabr 2017 20 ildən sonra bir ilk – Özbəkistan Prezidenti Ankaraya ayaq basacaq
16 Oktyabr 2017 Ordu Kərkük hava limanını ələ keçirdi - FOTO +VİDEO
10 Oktyabr 2017 Üz-üzə qalan iki türk dövləti - Bişkeklə Astana arasında nə baş verir?
02 Oktyabr 2017 Millət vəkilindən Kərkük çağrışı: "İnanıram ki, onların bu çağırışına səs verəcəyik"
25 Sentyabr 2017 Türkmən lider İlham Əliyevə səsləndi: "HARDASAN?"
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.