Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_azerqasssm.jpgİrandaki hadisələrlə bağlı

İrandaki hadisələrin bir neçə səbəbi var: 1. Sırf siyasi sistemin mahiyyətindən irəli gələn; 2. Sosial-iqtisadi problemlər; 3. Geopolitik məsələlər.

İranda baş verənlərdə bu uç amilin hər birisinin payı var. Lakin ən zəif bənd sosial-iqtisadi problemlər arqumentidir. Yəni insanların məhz sosial-iqtisadi problemlərə görə etiraza qalxdığına inanmaq və ya bunu əsas amil hesab etmək olduqca yanlışdı. Təəsüflər olsun ki, bizdə hələ də bir çox adam qlobal hadisələrdə bu amili ən vacib hesab edir. Ola bilsin köhnə sovet ideoloji təsilinin təsiridir ("materiya birincidir, əsasdır və şuuru müəyyən edəndir" məsələsi!). Əslinə qalsa sosial-iqtisadi problemlər elə özü nəticədir. Hər zaman da nəticə olub. Yanlış daxili-xarici siyasətin və ya siyasi sistemin mahiyyətindən irəli gələn nəticə.

İranda sosial-iqtisadi problemlər siyasi rejimin mahiyyətinə görə deyil (korrupsiya olsa da iqtisadi azadlıqlar pis-yaxşı təmin edilib), məhz geopolitik məsələlərdən irəli gələn nəticədir. İqtisadi sanksiyalar, ilk növbədə Yaxın Şərqdə şiəliyin yayılma xərcləri, Suriya, Livan və İraqda şiə qruplarına hərbi-maliyyə dəstək, hərbi xərclər öz sözünü deyib. Praktiki olaraq da hadisələrin hansısa bir mərhələsində xarici gizli müdaxilə və ya hər hansısa marjinal-ideoloji qruplardan birinin və ya bir neçəsinin xarici təsir altında olması mümkündür və ehtimal olunur. Lakin bununla yanaşı insanları Suriyaya, Livana və ya İraqa görə kütləvi şəkildə küçəyə çıxarmaq, ümumiyyətlə on minlərlə adamı xaricdən idarə etmək mümkün deyil. Xaricdən müdaxilə hansısa bir mərhələdə ola bilər. Lakin daxildə siyasi sistemdə problemlər olmasa adamlar heç vaxt küçələrə çıxmaz.

Hər bir kütləvi aksiyada əsas məsələ şüarlardı. İranda siyasi rejimə qarşı səsləndirilən şüarlara diqqət edin! İnsanlar məhz siyasi sistemin mahiyyətindən irəli gələn problemlərdən yorulublar. Hərəkətverici amil məhz şüuraltı yatan problemlərdi. Edamlar, qadınların hüquqları, mollaların şəxsi həyata müdaxiləsi və s. və i... İranda Yaxın Şərq avtoritar və monarxik ailə rejimlərindən fərqli olaraq rəqabətli seçkilər keçirilir və hökumətlər dəyişir. İranda siyasi sistemin problemi başqa müstəvidədir - şəxsi azadlıqların olmaması və siyasi-ideoloji rəqabətin yoxluğu. İranın siyasi sistemində islam bir ideoloji olaraq demokratiyanın içində deyil, demokratiya islamın içindədir. İran rəqabətli seçkilər nəticəsində dəyişən hökumətlərin mümkün olduğu teokratik cümhuriyyətdir! Bu sistem Yaxın Şərq despotiyalarından, ilk növbədə İranın əsas düşməni Səudiyyə Ərəbistandan daha proqressiv olsa da, sonuc etibarilə insan azadlığını məhdudlaşdıran rejimdir. İran Xalqı (bütün etnik qruplar daxil!) dövlətçiliyi və tarixi yaddaşı baxımdan nə vaxtsa bu rejimə etiraz edəcəkdi.

Etiraz aksiyaları davam etsə və daha da genişlənsə siyasi sistemdə reformalar qaçılmaz olacaq. İslahatlar olsa yuxarıda dediyim kimi əsas iki məsələni dəyişməli olacaqlar: 1. İnsanlara şəxsi azadlıqlar verilməlidir, şəxsi həyatlarına müdaxilə olmamalıdır; 2. Fərqli siyasi ideologiyalar seçkilərə buraxılmalıdır.

Dediyim islahatlar şiəlikdən imtina və xarici siyasəti 180 dərəcə dəyişmək, məsələn Səudiyyəyə dost demək anlamına da gəlmir. İranda onsuz da şiəlikdən imtina ümumiyyətlə mümkün deyil, heç lazım da deyil. Çünki şiəlik bölgəmizdə işidçiliyin və yad ekstremist dini təriqətlərin ayaq açmasının qarşısını alan əsas amildir. Sadəcə din siyasi alət olmaqdan qurtulmalıdır. Hər kəs istədiyi kimi yaşasın, uşaqlarını istədiyi kimi tərbiyyə etsin. Bu rejimin adı - dünyəvi demokratik cümhuriyyətdir! Bizə də, bölgənin digər ölkələrinə də bu lazımdır.

Azər Qasımlı, REAL Hərəkatı sədrinin ictimai siyasi məsələlər üzrə müavini 

Sozcu.az

Bölmənin digər xəbərləri

17 Fevral 2018 ABŞ, İsrail, Türkiyə... - Savaşın gizlinləri açıldı
15 Fevral 2018 Tofiq Zülfüqarov: Krakovda bizə dalana dirənmiş istiqamət təklif olunur
05 Fevral 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL
05 Fevral 2018 Amerikalı casusdan Türk ordusu və “dərin dövlət”lə bağlı SENSASİYALI ÇAĞIRIŞ
29 Yanvar 2018 Seçkidə İştirak, yoxsa boykot?
25 Yanvar 2018 “STRATFOR” Rusiyanın 2018-ci ildəki xarici siyasətindən yazdı:Avrasiya, Qarabağ, seçkilər –– TƏHLİL
24 Yanvar 2018 Türkiyə hücumu: “Böyük İsrail” və Sevr məhv edildi – General
16 Yanvar 2018 ABŞ DAHA BİR “KÜRDÜSTAN”I DA SURİYADA QURUR –Əsədin ölkəsini parçalamaq planı qüvvədədir - TƏHLİL
09 Yanvar 2018 NİYƏ ETİRAZÇILAR RUHANİYƏ QARŞI BU QƏDƏR QƏZƏBLİ İDİLƏR? –İran prezidentinin 24 milyon seçiciyə borcu var
05 Yanvar 2018 ABŞ-da NƏ QƏDƏR MÜSƏLMAN YAŞAYIR? –Yaxın gələcəkdə Birləşmiş Ştatlarda ikinci ən böyük dini qrup - ARAŞDIRMA
01 Yanvar 2018 Putinin məxfi ordusu: ondan necə istifadə olunur?
27 Dekabr 2017 "İsrailin Azərbaycanın yanında olması erməni lobbisinə daha bir mesajdır" - ekspert
25 Dekabr 2017 ABŞ-dan şok hesabat – Rusiyanın hərbi imkanları...
19 Dekabr 2017 2018-ci ildə gözlənilən müharibələr:Şimali Koreya, Suriya və Ukraynada nələr baş verəcək?
14 Dekabr 2017 ABŞ YAXIN ŞƏRQDƏ HAKİM ROLUNU İTİRİR –Tramp “yaşıl xətt”i niyə dağıtdı? –TƏHLİL
08 Dekabr 2017 YPG-PYD-RUSİYA HƏRBİ ƏMƏKDAŞLIĞI:Suriya kürdləri indi Moskvaya daha çox meyillənirlər - TƏHLİL
06 Dekabr 2017 Fazil Məmmədov niyə vəzifədən çıxarıldı? – Səbəblər
04 Dekabr 2017 Donald Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıyacaqmı?
30 Noyabr 2017 KÖRFƏZ ÖLKƏLƏRİNƏ SİLAH KÖÇÜ –Rusiya silah bazarında BƏƏ-nin əsas satıcısına çevrilib - TƏHLİL
20 Noyabr 2017 MOSKVA KÜRD KARTINI VAŞİNQTONUN ƏLİNDƏN NECƏ ALDI?-Təhlil
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.