Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_trampsekil.jpg
Niyə dekabrın 6-ı ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı olaraq tanıması nəinki bütün ərəb-müsəlman dünyasında, həmçinin Avropada bu qədər emosiyaya səbəb olub? Knesset və İsrailin baş nazirinin Qüdsdə yerləşməsindən təxminən 70 il keçib. Qüds 3000 il əvvəl çar Solomonun dövründə yəhudi dövlətinin paytaxtı olub. Çar orada böyük məbəd ucaldıb. Hazırda tikilinin yalnız qərb divarı, məşhur Ağlama divarı qalıb. Belə olduğu halda, bəlkə Donald Tramp (Donald Trump) yalnız həqiqəti etiraf edib? O, məhz bunu iddia edir və prezidentin arqumenti tamamilə keçərlidir.

 Ancaq ABŞ-ın Tel-Əvivdə yerləşən səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qərar iki ciddi diplomatik problem yaradır.

Birincisi, bu indiyənədək Birləşmiş Ştatlarla BMT-nin imzaladığı bütün sənədlərə ziddir. Britaniya mandatı dayandırıldıqdan sonra 1947-ci ildə imzalanan Fələstinin bölünməsi planında yəhudi və ərəb dövlətlərinin yaradılması, həmçinin tək allahlı üç böyük dinin – iudaizm, xristianlıq və islamın müqəddəs şəhəri kimi Qüdsün beynəlxalq status alması nəzərdə tutulub. Fələstinin 58%-i yəhudilərə, 42%-i isə ərəblərə verilib. Bu plana həyata keçmək qismət olmayıb. 1948-ci ildə sonuncu Britaniya əsgəri bu torpaqları tərk edən kimi Devid Ben-Qurion (David Ben Gurion) müstəqillik elan edib, ərəb dövlətləri (Misir, Livan, Suriya, İordaniya, İraq) yeni qurulan yəhudi dövlətinə hücum edib. Ərəb dövlətləri müharibədə məğlubiyyətə uğradıqdan sonra İsrail dövləti öz ərazilərini 78%-ə kimi genişlədib. Qalan 22% isə İordaniya ordusunun nəzarəti altında qalıb. 1967-ci il Altı günlük müharibə zamanı əldə etdiyi qələbə sayəsində İsrail Şərqi Qüdsü (Ağlama divarı ilə birgə), İordan çayının qərb sahilini, Qəzza sektorunu, Sinay yarımadasını və Suriyanın Qolan yüksəkliklərini ələ keçirib. BMT Təhlükəsizlik Şurasının 242 saylı qətnaməsi onda İsraili ərəb dövlətləri ilə sülh müqabilində işğal edilmiş əraziləri tərk etməyə çağırıb. Beləliklə, “yaşıl xətt” (1949-cu ilin fevralında atəşkəs xətti) İsrail dövlətinin dünya ictimaiyyəti tərəfindən tanınan sərhədləri olub. Ancaq bu qətnamə heç vaxt tətbiq olunmayıb. 1978-ci il sentyabrda bağlanan Kemp-Devid sülh sazişinə əsasən İsrail Sinay yarımadasını Misirə qaytarıb. 1994-cü il oktyabrda İsraillə imzalanmış sülh sazişinə əsasən İordaniya Rabin və Ərəfat arasında 1993-cü il sentyabrda əldə olunan sazişin şərtləri daxilində gələcək Fələstin dövlətinin tərkibinə qatılacaq olan Qərb sahili ilə bağlı bütün iddialarından imtina edib. Qeyd edək ki, saziş Ağ Evin çəmənliyində imzalandıqdan öncə gizli şəkildə Osloda müzakirə edilib. Lakin Oslo sazişi “HƏMAS”-ın silsilə hücumları və Likudanın hazır olmaması ucbatından pozulub. Buna görə Yaxın Şərqdə indiyənədək sülh mövcud deyil.

Qüdsün yekun statusu BMT-nin himayəsi altında ərəb-israil sülh müqaviləsinin elementlərindən biri olmalı idi. Tramp tələsik qərarı ilə ABŞ-ın əvvəlcədən dəstəklədiyi danışıqlara ziyan vurub.

İkinci problem ondan ibarətdir ki, Tramp qərarı ilə Amerikanı ərəb-yəhudi münaqişəsində oynadığı hakim rolundan məhrum edib. 1948-ci ildən İsrailin təminatçısı kimi ABŞ indiyənədək balanslaşdırılmış mövqeyini qoruyub saxlamağa çalıb ki, bu da ona real “ədalətli vasitəçi” olmağa imkan verib. 1956-cı il noyabrda məhz Vaşinqton İsrailin müttəfiqləri ingilis və fransızları Nasirə qarşı Süveyş müharibəsinə son qoymağa məcbur edib. 1973-cü il oktyabrda Kissincer (Henry Kissinger) İsraili Misirin üçüncü ordusu ətrafında mühasirə dairəsini zəiflətməyə inandırıb. Prezident Corc Buşun (George Bush) təşəbbüsü ilə 1991-ci il oktyabrda Madriddə sülh konfransı keçirilib. Prezident İsrail tərəfinin qatı müqavimətinə baxmayaraq, Fələstin nümayəndə heyətini konfransa dəvət edib.

Bütün geosiyasətçilər Qüds üçün hansı qərarın daha məntiqli olacağını bilir. Şəhərin qərb hissəsi İsrail, şərq hissəsi ilə Fələstin dövlətinin paytaxtı olmalıdır. Ağlama divarı isə İsrail tərəfinə, digər tərəfdən, iki müqəddəs məscid Fələstinə verilməlidir.

Onda israil-fələstin ərazi problemi sadəcə həll edilə biləcək siyasi problem olardı. İndi isə hər iki tərəf bu məsələyə dini qatdığı üçün həll demək olar qeyri-real görünür. Daha bir pis xəbər ondan ibarətdir ki, Amerika bu sonsuz münaqişədə daha potensial hakim rolunu oynamır. (Xpress)

Renaud Girard ("Le Fiqaro")
Sozcu.az

Bölmənin digər xəbərləri

16 Yanvar 2018 ABŞ DAHA BİR “KÜRDÜSTAN”I DA SURİYADA QURUR –Əsədin ölkəsini parçalamaq planı qüvvədədir - TƏHLİL
09 Yanvar 2018 NİYƏ ETİRAZÇILAR RUHANİYƏ QARŞI BU QƏDƏR QƏZƏBLİ İDİLƏR? –İran prezidentinin 24 milyon seçiciyə borcu var
05 Yanvar 2018 ABŞ-da NƏ QƏDƏR MÜSƏLMAN YAŞAYIR? –Yaxın gələcəkdə Birləşmiş Ştatlarda ikinci ən böyük dini qrup - ARAŞDIRMA
03 Yanvar 2018 Azər Qasımlı İranda baş verən hadisələrdən yazdı
01 Yanvar 2018 Putinin məxfi ordusu: ondan necə istifadə olunur?
27 Dekabr 2017 "İsrailin Azərbaycanın yanında olması erməni lobbisinə daha bir mesajdır" - ekspert
25 Dekabr 2017 ABŞ-dan şok hesabat – Rusiyanın hərbi imkanları...
19 Dekabr 2017 2018-ci ildə gözlənilən müharibələr:Şimali Koreya, Suriya və Ukraynada nələr baş verəcək?
08 Dekabr 2017 YPG-PYD-RUSİYA HƏRBİ ƏMƏKDAŞLIĞI:Suriya kürdləri indi Moskvaya daha çox meyillənirlər - TƏHLİL
06 Dekabr 2017 Fazil Məmmədov niyə vəzifədən çıxarıldı? – Səbəblər
04 Dekabr 2017 Donald Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıyacaqmı?
30 Noyabr 2017 KÖRFƏZ ÖLKƏLƏRİNƏ SİLAH KÖÇÜ –Rusiya silah bazarında BƏƏ-nin əsas satıcısına çevrilib - TƏHLİL
20 Noyabr 2017 MOSKVA KÜRD KARTINI VAŞİNQTONUN ƏLİNDƏN NECƏ ALDI?-Təhlil
15 Noyabr 2017 Yaxın Şərqdə böyük müharibə potensialı:sonda İran dağılar, Səudiyyə parçalanar, İsrail isə sağ çıxmaya bilər
14 Noyabr 2017 Yıldırımın “şiə təhlükəsi” açıqlamasında məqsədi… – Şərh
07 Noyabr 2017 SƏUD XANƏDANININ ƏN DOLAŞIQ DÖVRÜ:Varislik iddiası hələ çox qan tökdürəcək - TƏHLİL
06 Noyabr 2017 Amerika gizli Çin-Rusiya rəqabətindən nə uda bilər? –Təhlil
03 Noyabr 2017 ANKARA-BAĞDAD İTTİFAQININ BAŞ TUTMA EHTİMALI:kürd partiyaları arasında rəqabət PKK-nı gücləndirə bilər
28 Oktyabr 2017 Rusiya dağılacaq, İrəvan silinəcək, Azərbaycan və Türkiyə... – ABŞ kəşfiyyatının ŞOK PROQNOZU
25 Oktyabr 2017 RUSİYANIN “AXİLLES DABANI” – ŞİMALİ QAFQAZ:Putin ən etibarlı bürokratını niyə məhz Dağıstana göndərdi? - TƏHLİL
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.