Xəbər lenti

sahincefer3.jpg
Binəli Yıldırım “şiəliyin bölgədə yayılması təhlükədir” deyəndə İranın regionda məzhəbçilik təməlində apardığı ekspansiya siyasətini nəzərdə tutur.

 Bu sözləri politoloq Şahin Cəfərli Türkiyənin Baş naziri Binəli Yıldırım CNN-ə müsahibəsini şərh edərkən yazıb. Politoloq bildirib ki, Suriya bataqlığında başlıca məqsədinə çatmayan Türkiyənin diqqəti hazırda özünün cənub sərhədlərində - İraq və Suriyanın şimalında kürd zolağının yaranmasını əngəlləməyə yönəlib:

“Belə bir zolaq Türkiyənin Yaxın Şərqlə əlaqəsinin kəsilməsi deməkdir. Cənubda kürd dövlətinin yaranmasının Türkiyənin içərisinə mümkün təsirləri isə hamıya məlumdur. Amma nəzərdən qaçan önəmli bir məsələ var. İran dövləti də eyni bölgədə öz zolağını yaradır: İrandan başlayıb, İraqdan keçməklə Suriyaya, Aralıq dənizi sahillərinə qədər uzanan “şiə zolağı” formalaşır. Bu zolaq da eynilə kürd zolağı kimi Türkiyəni bölgədən təcrid edir və Türkiyənin maraqları baxımından ciddi təhlükədir. Hazırda Türkiyə və İranın yeganə üst-üstə düşən marağı kürd dövlətinin ortaya çıxmasına yol verməməkdən ibarətdir, qalan məsələlərdə iki dövlət regional rəqib olaraq qalır”.

Politoloqun sözlərinə görə, Rusiya, İran və Türkiyədən ibarət Astana formatı üç dövlətin strateji səviyyədə anlaşması demək deyil, sadəcə, situativ ittifaqdır:

“Bunu kürd məsələsində Rusiyanın fərqli mövqeyindən də görmək olar. Rusiya Suriyanın gələcək dövlət quruluşu ilə bağlı məsələlərin müzakirəsi məqsədilə keçirəcəyi “Suriya Milli Dialoq Konqresi”nə Türkiyənin terror təşkilatı saydığı PYD-YPG-ni də dəvət edib. Bu qruplaşmanın Moskvada rəsmi nümayəndəliyi var və bu yaxınlarda, təxminən 1 ay əvvəl onlar Rusiya XİN-in dəvəti ilə Moskvada səfərdə oldular. Əsəd hökuməti də rəsmi olaraq bəyan etdi ki, kürdlərə muxtariyyət verilməsi məsələsini müzakirə etməyə hazırdır.

Olduqca mürəkkəb, qarışıq durum yaranıb. Bu gün birlikdə görünənlər sabah asanlıqla ayrıla bilər, yaxud əksinə bu gün ayrı olanların sabah ortaq məxrəcə gəlməsi tamamilə mümkündür”.

Ş.Cəfərli bildirib ki, Türkiyənin İran, İraq, Suriya, Rusiya, ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə həm ortaq, həm də fərqli maraqları var:

“Hər hansı dövlətin bu vakxanaliyadan özünün bütün maraqlarını təmin edərək çıxması möcüzəvi nəticə olardı. Türkiyə Atatürkün mənası indi daha yaxşı anlaşılan “yurdda sülh, cahanda sülh” düsturundan uzaqlaşmamalı idi...”

Qeyd edək ki, Türkiyənin Baş naziri Binəli Yıldırım regionda şiəliyin geniş yayılmasının ciddi təhlükəyə çevrildiyini deyib. “Bölgədə artıq dini zəmində müharibə başlayıb. Son 500 ildə İranla Türkiyə arasında hər hansı müharibə aparılmayıb. Regionda dini zəmində müharibə başlayıb və heç kim onun nə vaxt bitəcəyini deyə bilməz. Buna görə də biz vaxtaşırı qonşu və dost ölkə İrana təhlükəli addımlardan çəkinməsilə bağlı xəbərdarlıq edirik”, - B.Yıldırım bildirib.(axar.az)

Sozcu.az

Bölmənin digər xəbərləri

20 Noyabr 2017 MOSKVA KÜRD KARTINI VAŞİNQTONUN ƏLİNDƏN NECƏ ALDI?-Təhlil
15 Noyabr 2017 Yaxın Şərqdə böyük müharibə potensialı:sonda İran dağılar, Səudiyyə parçalanar, İsrail isə sağ çıxmaya bilər
07 Noyabr 2017 SƏUD XANƏDANININ ƏN DOLAŞIQ DÖVRÜ:Varislik iddiası hələ çox qan tökdürəcək - TƏHLİL
06 Noyabr 2017 Amerika gizli Çin-Rusiya rəqabətindən nə uda bilər? –Təhlil
03 Noyabr 2017 ANKARA-BAĞDAD İTTİFAQININ BAŞ TUTMA EHTİMALI:kürd partiyaları arasında rəqabət PKK-nı gücləndirə bilər
28 Oktyabr 2017 Rusiya dağılacaq, İrəvan silinəcək, Azərbaycan və Türkiyə... – ABŞ kəşfiyyatının ŞOK PROQNOZU
25 Oktyabr 2017 RUSİYANIN “AXİLLES DABANI” – ŞİMALİ QAFQAZ:Putin ən etibarlı bürokratını niyə məhz Dağıstana göndərdi? - TƏHLİL
24 Oktyabr 2017 Kataloniya “daxili problemdir”, Qarabağ qlobal? – Təzad
17 Oktyabr 2017 Politoloq: "Kərkük taktikası Qarabağa tətbiq oluna bilər"
12 Oktyabr 2017 Əliyev, Ərdoğan və Putinin sinxron hərəkətinin sirri:“ABŞ BU 3 ÖLKƏDƏ HAKİMİYYƏTİ DƏYİŞMƏK İSTƏYİR” – TƏHLİL
02 Oktyabr 2017 Britaniya mətbuatı: “Şimali Kipr Türk Respublikasını tanımağın vaxtı çatıb”
29 Sentyabr 2017 İraq-Kürdüstan savaşı başlasa, kim qalib gələcək? –Tərəflərin hərbi imkanları haqda fərqli rəylər var - TƏHLİL
23 Sentyabr 2017 General Sisinin Suriya və İraq həmləsi:Ehramlar ölkəsi köhnə bazarlarda Rusiya, Çin və İranla rəqabətə başlayır - Təhlil
14 Sentyabr 2017 İsrail üçün qara xəbər:Yaxın Şərqdə qüvvələr balansı dəyişilir – Təhlil
09 Sentyabr 2017 “Böyük İsrail” və Kürdüstan:Yaxın Şərqdə “İnon planı” gerçəkləşdirilir – Təhlil
06 Sentyabr 2017 Putin Sarkisyanı söydü
03 Sentyabr 2017 Rusiyanın növbəti Qarabağ riyakarlığı
30 Avqust 2017 Berlinin Ankaraya aqressiyasının gizli səbəbi – Bakı faktı da...
25 Avqust 2017 Türkiyə Ermənistanla sərhəddi açacaqmı? -TƏHLİL
14 Avqust 2017 MİLLƏT – ORDU”, YOXSA MƏZARLIQ?
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.