Xəbər lenti

elcinmirz.jpg
Avropa Şurasının rəhbəri Donald Tusk ötən həftəsonu Avropa Birliyinin Kataloniya prosesinə müdaxilə imkanlarının olmadığı və bunun İspaniyanın daxili işi olduğu ilə bağlı bəyanat yayıb. Yəni, İspaniya öz ərazi bütövlüyü ilə bağlı hansı tədbirləri görsə, qurum bunu normal qarşılayacaq. Ancaq Dağlıq Qarabağ məsələsində Avropa Birliyi bunu Azərbaycanın ərazi bütövlüyü məsələsi, onun daxili işi kimi qəbul etmir. Hətta problemin həll edilə bilməsi üçün Azərbaycandan müəyyən güzəştlər etməsi tələb olunur. Buna səbəb nədir?

Sozcu.az xəbər verir ki, Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli bunun səbəbinin dəfələrlə vurğuladığımız kimi, ikili standartlar olduğunu bildirib:

“Dünyanın aparıcı ölkələri və onların himayəsində olan beynəlxalq təşkilatlar artıq uzun illərdir ki, beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığına təminat verən prinsiplərini öz maraqlarının girovuna çeviriblər. Dünyada ədalətin gücü deyil, gücün ədaləti hökm sürür. Bütün bunlar fundamental səbəblərdir. Bundan başqa, şübhəsiz ki, BMT başda olmaqla, beynəlxalq təhlükəsizliyə təminat verən bütün təşkilatların geosiyasi maraqların ifadəsi və uzlaşdırılması üçün alətə, bəzən isə bazar piştaxtasına çevrilməsi, dünyanı beynəlxalq hüququn ali prinsiplərinin deyil, böyük güclərin və transmilli şirkətlərin yaratdığı klubların idarə etməsi, etnik, dini və digər bu kimi amillərdən geosiyasi və geoiqtisadi məqsədlər üçün istifadə edilməsi kimi səbəblər də var”.

Politoloq Elxan Şahinoğlu isə bunun səbəbinin Qərbin Dağlıq Qarabağ probleminə fərqli yanmaşması və problemin həllində Ermənistanın maraqlarının nəzərə alınması olduğunu qeyd edib:

“Bütün bunlar məhz ikili standartlara gətirib çıxarır. Kataloniya məsələsində Kataloniyanın seperatizminə Avropa ölkələri arasında fəal dəstək verən ölkə yoxdur. Dağlıq Qarabağ məsələsində isə faktiki biz Ermənistanla müharibə şəraitindəyik, Ermənistan bizim torpaqlarımızı işğal edib. Ona görə də Avropa İttifaqı bu məsələyə guya fərqli yanaşır. Amma əslində Avropa İttifaqı sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Avropa Parlamentində bununla bağlı qətnamələr qəbul edilib. Amma çox təəssüf ki, bu qətnamələr işləmir, qüvvəyə minmir. Məsələn, İspaniyaya dedikləri kimi, Dağlıq Qarabağ məsələsində bunun Azərbaycanın daxili işi olduğunu və Azərbaycanın bu məsələni öz bildiyi kimi həll edə biləcəyini demirlər. Əksinə, Rusiya Xarici İşlər naziri Serqey Lavrov bir müddət öncə Dağlıq Qarabağ probeminin Azərbaycanın daxili işi olmaması ilə bağlı açıqlama vermişdi. Bütün bunlar ondan xəbər verir ki, əslində biz heç kimə güvənmədən, ümid etmədən, öz məsələmizi özümüz həll etməyə çalışmalı və işğalçıya təzyiqi artırmalıyıq”.

Politoloq ikili standartlara din amilinin əsas rol oynaması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:

“Əslində, bu amil də müəyyən qədər rol oynayır. Amma sırf müsəlman ölkəsi olmağımıza görə bizə ikili yanaşma olduğunu deyə bilmərik. Bu məntiqlə düşünsək, İran da müsəlman ölkəsidir, ancaq bizə Qarabağ məsələsində real dəstək vermir, əksinə, Ermənistanla əlaqələrini inkişaf etdirir. Yəni bu baxımdan yanaşdıqda İran bizə tam dəstək verməlidir. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev D-8 sammitində çıxışı zamanı məscidləri dağıdan ölkənin müsəlman ölkələrinin dostu ola bilməyəcəyini dedi. Bu, Ermənistanla münasibətləri, ticarət əlaqələri olan müsəlman dövlətlərinə çağırış idi. Belə müsəlman ölkələri, çox təəssüf ki, var. Hazırda bir çox xristian ölkələrinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çox ciddi qəbul etdiyi sənədlər, qətnamələr mövcuddur. Ona görə də buna din deyil, geosiyasi maraqlar prizmasından yanaşmaq daha məntiqlidir”.

Bölmənin digər xəbərləri

20 Noyabr 2017 MOSKVA KÜRD KARTINI VAŞİNQTONUN ƏLİNDƏN NECƏ ALDI?-Təhlil
15 Noyabr 2017 Yaxın Şərqdə böyük müharibə potensialı:sonda İran dağılar, Səudiyyə parçalanar, İsrail isə sağ çıxmaya bilər
14 Noyabr 2017 Yıldırımın “şiə təhlükəsi” açıqlamasında məqsədi… – Şərh
07 Noyabr 2017 SƏUD XANƏDANININ ƏN DOLAŞIQ DÖVRÜ:Varislik iddiası hələ çox qan tökdürəcək - TƏHLİL
06 Noyabr 2017 Amerika gizli Çin-Rusiya rəqabətindən nə uda bilər? –Təhlil
03 Noyabr 2017 ANKARA-BAĞDAD İTTİFAQININ BAŞ TUTMA EHTİMALI:kürd partiyaları arasında rəqabət PKK-nı gücləndirə bilər
28 Oktyabr 2017 Rusiya dağılacaq, İrəvan silinəcək, Azərbaycan və Türkiyə... – ABŞ kəşfiyyatının ŞOK PROQNOZU
25 Oktyabr 2017 RUSİYANIN “AXİLLES DABANI” – ŞİMALİ QAFQAZ:Putin ən etibarlı bürokratını niyə məhz Dağıstana göndərdi? - TƏHLİL
17 Oktyabr 2017 Politoloq: "Kərkük taktikası Qarabağa tətbiq oluna bilər"
12 Oktyabr 2017 Əliyev, Ərdoğan və Putinin sinxron hərəkətinin sirri:“ABŞ BU 3 ÖLKƏDƏ HAKİMİYYƏTİ DƏYİŞMƏK İSTƏYİR” – TƏHLİL
02 Oktyabr 2017 Britaniya mətbuatı: “Şimali Kipr Türk Respublikasını tanımağın vaxtı çatıb”
29 Sentyabr 2017 İraq-Kürdüstan savaşı başlasa, kim qalib gələcək? –Tərəflərin hərbi imkanları haqda fərqli rəylər var - TƏHLİL
23 Sentyabr 2017 General Sisinin Suriya və İraq həmləsi:Ehramlar ölkəsi köhnə bazarlarda Rusiya, Çin və İranla rəqabətə başlayır - Təhlil
14 Sentyabr 2017 İsrail üçün qara xəbər:Yaxın Şərqdə qüvvələr balansı dəyişilir – Təhlil
09 Sentyabr 2017 “Böyük İsrail” və Kürdüstan:Yaxın Şərqdə “İnon planı” gerçəkləşdirilir – Təhlil
06 Sentyabr 2017 Putin Sarkisyanı söydü
03 Sentyabr 2017 Rusiyanın növbəti Qarabağ riyakarlığı
30 Avqust 2017 Berlinin Ankaraya aqressiyasının gizli səbəbi – Bakı faktı da...
25 Avqust 2017 Türkiyə Ermənistanla sərhəddi açacaqmı? -TƏHLİL
14 Avqust 2017 MİLLƏT – ORDU”, YOXSA MƏZARLIQ?
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.