Xəbər lenti

simalikipr.jpg
Kipr adasının yunan və türk hissələrinin birləşdirilməsi üçün edilən növbəti cəhdin də iflasa uğramasının ardınca Britaniyanın keçmiş xarici işlər naziri Jack Straw“The Independent” qəzetində yazır ki, əksinə adanın ikiyə bölündüyünü qəbul edərək “hər iki Kipri” beynəlxalq aləmdə rəsmən tanımağın vaxtı çatıb.

Niyə?

Türkiyə Kiprə 1974-cü ildə hərbi müdaxilə edib, lakin bu, yunanların dövlət çevrilişi etməsinin nəticəsi kimi baş verib.

Bu həmin vaxt idi ki, Kiprin seçilmiş prezidenti Makarios millətçi yunanlar tərəfindən devrilmiş və hətta az qala öldürülmüşdü.O vaxt BMT Təhlükəsizlik Şurasında çıxış edən Makarios elan etmişdi ki, Kiprə əslində Yunanıstan müdaxilə edib. Onun sözlərinə görə, çevriliş edənlərin məqsədi türk icmasının iradəsini nəzərə almadan adanı Yunanıstanla birləşdirmək idi.

Kiprin bir sıra türk anklavlarında dəhşətli hücumların ardınca adadakı Türkiyə hərbçilərinin sayı dramatik şəklildə artırılıb. O vaxtdan bəri on minlərlə türk əsgəri adadır. Onların müdafiə etdiyi türk icması adanın şimalında Şimali Kipr Türk Respublikası yaradıb.Yunan xuntasının özü isə yunanların daha bir çevrilişi nəticəsində devrilib.

Bəziləri iddia edə bilərlər ki, Türkiyə Kiprə bu qədər qoşun yeritməklə aşırı reaksiya göstəribJack Straw yazır ki, “amma Türkiyə bu vəziyyətə qollarını sallayıb sadəcə tamaşaçı kimi baxa bilməzdi”.

Keçmiş nazir bildirir ki, adada təhlükəyə məruz qalan britaniyalı azlıq olsaydı, heç London da buna biganə qalmazdı.Müəllif yazır ki, həmin vaxtdan bəri Kiprə dair, əsasən də BMT-nin egidası altında saysız danışıqlar aparılıb.

Bu danışıqlarda, həm də adadakı türk əsgərləri kontingentinin ixtisarı məsələsi qoyulub.Adanın iki icmasının birləşdirilməsi üçün ən maraqlı plan 2004-cü ildə BMT-nin o vaxtkı baş katibi Kofi Annan tərəfindən irəli sürülmüşdü.O vaxt iki icma üçün bir konstitusiyanın qəbulu məsələsi qoyulmuşdu. Həmin planı türklər böyük səs çoxluğu ilə qəbul etdilər, amma yunanlar bu planı böyük səs çoxluğu ilə rədd etdilər.

Burada fundamental məsələ budur ki, Kipr yunanlarının hər hansı razılaşmada elə bir maraqları yoxdur.

Jack Straw yazır ki, o vaxt Britaniya da daxil Avropa İttifaqı Kiprin yunan hissəsini üzvlüyə qəbul etməklə böyük səhvə yol verib. Lakin türk sakinlər üçün bundan da təhqiramizi adanın Aİ-yə bütünlükdə qəbul edilməsi idi.Keçmiş nazir yazır ki, bu qərar Kipr türklərinin rəyini nəinki nəzərə almamış, əksinə bütöv bir icmanı havadan asılı vəziyyətə salmışdı.

Straw öz məqaləsində vurğulayır ki, indi Kipr türklərinə qarşı edilmiş ədalətsizliyə son qoyulmalı, Şimali Kiprin Aİ-yə tam üzvlüyü üçün türk icmasının hazırlanmasına başlanmalıdır.

Straw yazır ki, əslində heç yunan Kipri də özünü nümunəvi Aİ üzvü kimi aparmır.2011-2012-ci ildə Kipr Rusiya oliqarxları üçün ofşor rolunu oynamaqla öz varlığına az qala son qoyacaq maliyyə böhranı törətmişdi.

Ötən ay “The Guardian” yazmışdı ki, Kipr Rusiya və Ukraynanın oliqarx milyarderlərinə vətəndaşlıq satmaqla 2013-cü ildən bəri 4 milyard avro qazanıb.

Adanın iki icmasının birləşidirilməsi bir də ona görə müşküldür ki, siyasi birləşmə yunanların siyasi hakimiyyəti türklərlə paylaşması demək olardı.

Keçmiş nazir yazır ki, əgər yunanlara belə bir təklif onların Aİ-yə üzvlük şərti kimi verilsəydi, bəlkə də keçərli olardı.Amma indi belə bir şərt və ya siyasi qazanc olmadan heç bir Kipr yunan lideri birləşmə üçün elektoratı arxasınca apara bilməyəcək.

Jack Straw yazır ki, hazırkı status quo sadəcə olaraq Kiprin yunan hissəsi üçün əlverişlidir.
realmedia.az
Sozcu.az

Bölmənin digər xəbərləri

20 Noyabr 2017 MOSKVA KÜRD KARTINI VAŞİNQTONUN ƏLİNDƏN NECƏ ALDI?-Təhlil
15 Noyabr 2017 Yaxın Şərqdə böyük müharibə potensialı:sonda İran dağılar, Səudiyyə parçalanar, İsrail isə sağ çıxmaya bilər
14 Noyabr 2017 Yıldırımın “şiə təhlükəsi” açıqlamasında məqsədi… – Şərh
07 Noyabr 2017 SƏUD XANƏDANININ ƏN DOLAŞIQ DÖVRÜ:Varislik iddiası hələ çox qan tökdürəcək - TƏHLİL
06 Noyabr 2017 Amerika gizli Çin-Rusiya rəqabətindən nə uda bilər? –Təhlil
03 Noyabr 2017 ANKARA-BAĞDAD İTTİFAQININ BAŞ TUTMA EHTİMALI:kürd partiyaları arasında rəqabət PKK-nı gücləndirə bilər
28 Oktyabr 2017 Rusiya dağılacaq, İrəvan silinəcək, Azərbaycan və Türkiyə... – ABŞ kəşfiyyatının ŞOK PROQNOZU
25 Oktyabr 2017 RUSİYANIN “AXİLLES DABANI” – ŞİMALİ QAFQAZ:Putin ən etibarlı bürokratını niyə məhz Dağıstana göndərdi? - TƏHLİL
24 Oktyabr 2017 Kataloniya “daxili problemdir”, Qarabağ qlobal? – Təzad
17 Oktyabr 2017 Politoloq: "Kərkük taktikası Qarabağa tətbiq oluna bilər"
12 Oktyabr 2017 Əliyev, Ərdoğan və Putinin sinxron hərəkətinin sirri:“ABŞ BU 3 ÖLKƏDƏ HAKİMİYYƏTİ DƏYİŞMƏK İSTƏYİR” – TƏHLİL
29 Sentyabr 2017 İraq-Kürdüstan savaşı başlasa, kim qalib gələcək? –Tərəflərin hərbi imkanları haqda fərqli rəylər var - TƏHLİL
23 Sentyabr 2017 General Sisinin Suriya və İraq həmləsi:Ehramlar ölkəsi köhnə bazarlarda Rusiya, Çin və İranla rəqabətə başlayır - Təhlil
14 Sentyabr 2017 İsrail üçün qara xəbər:Yaxın Şərqdə qüvvələr balansı dəyişilir – Təhlil
09 Sentyabr 2017 “Böyük İsrail” və Kürdüstan:Yaxın Şərqdə “İnon planı” gerçəkləşdirilir – Təhlil
06 Sentyabr 2017 Putin Sarkisyanı söydü
03 Sentyabr 2017 Rusiyanın növbəti Qarabağ riyakarlığı
30 Avqust 2017 Berlinin Ankaraya aqressiyasının gizli səbəbi – Bakı faktı da...
25 Avqust 2017 Türkiyə Ermənistanla sərhəddi açacaqmı? -TƏHLİL
14 Avqust 2017 MİLLƏT – ORDU”, YOXSA MƏZARLIQ?
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.