Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_netenyahu123.jpg
Amerika nəşri "The American Conservative” yazır ki, “İsrail bölgədə “İranın üstünlüyü”ndən cinlənib. İranın təcridinə son qoymuş 2015-ci il nüvə sazişi iflas idi, Bəşər Əsədin Suriya hökuməti, “Hizbullah”dan və iranlı müttəfiqlərinin qələbələr silisləsi isə yoxlama atəşi oldu”.

 “İsrail itirilmiş təsir rıçaqlarını ABŞ və Rusiyanın yardımı ilə əldən qapmağa cəhd etdi. O, İran və ona müttəfiq qoşunların ABŞ və Rusiyanın iyunda “təhlükəsizlik zolağı” yaratdığı cənubi Suriyaya yaxınlaşmaması zəmanətinə nail ola bilmədi”.

İsrail baş naziri Benyamin Netanyahunun Rusiya prezidenti Vladimir Putinlə məsləhətləşməsi də heç nəyə gətirib çıxarmadı. Sakit Putin “həyəcanlanmış” Netanyahuya deyib: “İran Yaxın Şərqdə Rusiyanın strateji müttəfiqidir” və tərəfdaşlıq təklif edib: “İsrail də Rusiyanın bölgədə mühüm tərəfdaşıdır”.

İsrailin baş naziri və başqa yüksəkçinli rəsmiləri bu görüşdən sonra həmləyə keçərək “nəyin bahasına olur-olsun Suriyada İranın iddialarından qorunmağı” vəd edib və “Əsədin Dəməşqdəki sarayına hərbi hücumlar” hədəsi gəliblər.

Şübhəsiz, Moskvada unutmayıblar ki, İsrail Netanyahunun Putinlə son görüşündən dərhal sonra martda bəziləri Rusiya qoşunlarına yaxınlaşan Rusiyanın müttəfiqinə zərbə endirməyə başlayıb. Görünür, Putin bu dəfə İsraillə yeni qırmızı xətlərin bölgüsünə köklənib. Ruslar Netanyahu ilə görüşdən sonra Suriya ilə “400 km-ədək radiusda və 35 km-ədək hündürlükdəki hədəfi məhv etməyi bacaran” hava hücumundan vahid müdafiə sistemi yaratmaq haqda məlumat veriblər.

Livan. “Hizbullah”, Livan silahlı qüvvələri (LSQ) və Suriya Ərəb Ordusu (SƏO) bu yaxınlarda İŞİD və “əl-Qaidə” yə bağlı “ən-Nusra” qruplaşmaları tərəfindən Şərqi Livanın çoxillik işğalına nöqtə qoyub. Bu üç qüvvə “ən-Nusra”nı altı, İŞİD-i isə doqquz günə qovduğu hərbi hücuma başlayıb.

“Hizbullah” başçısı Həsən Nəsrullah uğurlu əməliyyatı “İkinci qurtuluş” adlandırıb – birincisi 2000-ci ildə Livanın israillilərdən azad edilməsi hesab olunur. “Hizbullah” və LSQ bu döyüşdən əvvəlki illərdə Livanda səyləri əlaqələndirib ki, bu da israillilər və amerikalıları özlərindən çıxardıb. ABŞ LSQ-i hazırlıq və silahla təmin edir, amma “Hizbullah” da Livan hökumətinin tərkib hissəsi olsa da, Livan müqavimət qrupunu terrorçu təşkilat sayır.

Livan-Suriya sərhədyanı bölgənin azad edilməsi İsraillə cənub sərhədi daxil olmaqla digər cəbhələrdə yerləşmək üçün təkcə “Hizbullah”ın əl-qolunu açmayıb, həm də az önəmli deyil ki, bu, SƏO-nun böhranın əvvəlindən bəri terrorçulardan geri aldığı ilk Suriya sərhədidir.

Suriya. İŞİD-in Suriyanın şərqində SƏO və müttəfiqlərinə təhvil verdiyi min kilometrdən kənarda terrorçular İsrailin işğal etdiyi Holan təpələrində kiçik bir ərazini tutublar. Suriyanın cənubi-qərbindəki bu rayon bir neçə başqa döyüş dəstələri, birinci növbədə “ən-Nusra” üçün bazadır və yaralı döyüşçülər bir qayda kimi, İsrail həkimlərinin yanına gedirlər.

Xəbər verildiyi kimi, bu münaqişə zamanı Suriyaya müttəfiq qoşunlara onlarla zərbə endirmiş israillilər “ən-Nusra” və yaxud İŞİD-ə nadir hallarda hücum ediblər. İsrail müdafiə naziri Moşe Yaalon 2016-cı ildə “Suriyada İranla İŞİD arasında seçim edilsə, mən İŞİD-i seçərəm” deməklə qəzet başlıqlarına düşüb. İsrailin bəzi siyasətçiləri bu xətti dəstəkləyib – İsrail analitik mərkəzinin bu yaxınlardakı “İŞİD-in məhvi strateji səhvdir” adlı məruzəsi İranın bölgəsəl hegemonluq cəhdlərinə mane olan İŞİD-ə dəstəyi arqumentləşdirir. İsrailin İrana ilişdiyi nəzərə alınmaqla təəccüblü deyil ki, Suriyada İŞİD-ə qarşı bu yaxınlardakı qələbələr dalğası Təl-Əvivdə təşviş doğurub. Cənubda təhlıükəsizlik zonası haqda saziş İsrailin uğursuzluqlarını ağırlaşdırmaqla Kuneytra, Dərya və əs-Suveyd rayonlarında yaraqlıların Suriyaya müttəfiq qoşunlarla döyüşünü çətinləşdirib.

İordaniya. Əmmanda bu cənub zonasının təhlükəsizləşdirilməsi monitorinqi təzəlikcə işə düşüb və ehtimal ki, iordaniyalıları Suriya ilə şimal sərhədini təmin etməyə və normallaşdırmağa məcbur edəcək. İordaniyalılar bu yay əvvəllər Səudiyyə Ərəbistanının başçılıq etdiyi (və İsrailin dəstəklədiyi), İranın təsirini boğmağa səy edən müsəlman dövlətlərinin alyasında idi. İordaniya o zaman İran döyüşçülərinin Suriya ilə sərhəddən uzaqlaşdırılmasına bərk təkid edirdi. Bu gün bu alyans fikir müxtəlifliyi üzündən dağılıb və görünür, iordaniyalılar bölgəsəl mövqelərini yenidən nəzərdən keçirəcək, həmçinin Rusiya, İran və Türkiyənin “təhlükəsizlik zonaları”nı qəbul edəcəklər.

Cənubun təhlükəsizləşdirilməsi haqda ABŞ-la Rusiya arasında əldə edilmiş sazişin şərtləri məxfidir və İranla “Hizbullah”ın Suriyadakı nüfuzunun azalacağının xeyrinə konkret arqumentlər yoxdur. Bu bildirir ki, İsrail Suriya hökumətinin cənuba nəzarətinə mane olan islamçı yaraqlılara daha güvənə bilməz. Trəbildə İraqla sərhəd keçidini bu yaxınlarda açmış İordaniya isə indi Suriya ilə Nəsib sərhəd keçidini açır. Bu addımın dividendləri İordaniyanın tükənmiş xəzinəsinə 1-2 milyard dollar gətirə bilər – iordaniyalıların Suriya ilə yaxşı davranması üçün çox yaxşı səbəbdir.

Türkiyə. İordaniyanın siyasi “şaxələnməsi” nə zamansa Bəşər Əsədin ən qızğın tənqidçisi və mühüm silah və yaraqlı tədarükçüsü Türkiyə prezidenti Rəcəb Ərdoğanın Əmmana səfərindən birbaşa sonra baş verib. Ərdoğan Səudiyyə Ərəbistanının İrana qarşı yönəlik “ərəb NATO-su” layihəsi ilə qısamüddətli dilxoşluqdan sonra ruslar və iranlılarla oynamağa dönüb. İordaniya KİV-ləri hətta iddia edir ki, Türkiyə prezidenti İranla vasitəçiliyi əlaqələndirməyi təklif edib ki, İordaniyanın təhlükəsizlik zonalarına mnüasibətdə sürəkli şübhələrini yumşaltsın.

Ərdoğan Əsəd hakimiyyətindəki Suriyanı və yaxud öz sərhədindən cənubda İranın fəal rolunu aşkarca qəbul etməsə də, onu İran-Rusiya orbitinə qaytaran iki hadisə baş verib. Birincisi, Fars körfəzi ölkələri əməkdaşlıq Şurasını bürüyən siyasi böhran – Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn Qətərə qarşı. Qətər də müttəfiqi Türkiyə kimi “Müsəlman qardaşlar”ın aparıcı tərəfdarıdır və İranla siyasi və iqtisadi münasibətlər daxil olmaqla şaxələndirilmiş xarici siyasət aparır. Şuranın Qətərə qarşı həmləsi bu yaxınlara qədər İranyönlü və Səudiyyəyönlü düşərgələrdən ibarət olan bölgədə daha bir uyğunsuzluq yaradıb. Türkiyə və Qətər indi Səudiyyə Ərəbistanı tərəfdən basqını yumşaltmaqla İrana və müttəfiqlərinə yaxınlaşaraq üçüncü düşərgəni yaradır.

İkinci impuls ABŞ-ın Suriyanın şimalında kürd demokartik qüvvələrinə dəstəyi ilə bağlıdır. Ərdoğan amerikalılara əsasən Türkiyədəki PKK-nın filialı sayılan Suriya kürdlərindən imtina etməyə çağırıb – bu qrup həm Ankarada, həm də Vaşinqtonda terrorçu qurum sayılır.

Kürd demokartlar İraqdan Aralıq dənizinə qədər Türkiyə sərhədi boyunca ərazini əhatə erdən Suriyanın şimalını bütünlüklə işğal etmək və federallaşdırmaq niyyətlərini ifadə etsələr də, amerikalılar Ərdoğanın xahişini saymadılar. Ankara indi bu məsələ üzrə Tehran, Bağdad və Dəməşqlə ümumi baxış nöqtəsini bölüşür – hamısı qəti şəkildə kürdlərin milli səylərinə qarşıdır.

Bütün bu “yenidənqurma” İraqda müstəqillik haqda sentyabrın sonuna nəzərdə tutulmuş və dörd paytaxtın dördünün də qarşı çıxdığı kürd referendumu fonunda baş verir. Ərbildəki kürd hökuməti ilə sıx münasibətləri olan İsrail referendumu dəstəkləyən yeganə ölkədir… Suriya və İraqda kürd federal qurumlarının yaradılması onların parçalanıb və zəifləməyi demək olardı. Və önəmlidir ki, kürd vilayətləri bu rayonlarda İranın İsrail sərhədlərinə çıxışına mane olan bufer kimi fəaliyyət göstərə bilər.

Beləliklə, Türkiyə və İranın Rusiya ilə münasibətlərinin təzələnməsi təkcə Suriya dövlətinin sabitliyinə şərait yaratmır, həm də İsrailin yeritdiyi “kürd siyasəti”ni çətinləşdirir.

HƏMAS. “Müqavimət oxu” haçansa dördlər – İran, Suriya, “Hizbullah” və HƏMAS-ın klubu idi. Lakin Suriyadakı məqsədlərin ziddiyyəti HƏMAS-ı indiyədək olduğu qrupdan çıxartdı. HƏMAS-ın yeni rəhbərliyi bütün ölkələrlə neytral münasibət və İran tərəfindən maliyyələşmə və münasibətlərin bərpasına cəhd edir. Keçən həftə onun başçısı Yəhya Sənvar Qəzada bildirib: “İran maliyyə və silah dəstəyi baxımından “İzəddin əl-Qəssam” briqadasının (HƏMAS-ın hərbi qanadı) ən böyük tərəfdarıdır” .

Və Suriya böhranının başa çatacağı və bunun Suriya ilə münasibətlərin bərpası üçün üfüqlər açacağı ümidilə nikbinliyini ifadə edib.

Bu, İsrail üçün bildirir ki, Qəzanın HƏMAS sektoru ilə İran arasındakı əlaqənin qırılması başa çatıb, Fələstin müqavimət qrupuna isə silah və yardım gələcək.

İsrailin qərb, şimal və şərq sərhədlərindəki olaylar Təl-Əvivin haçansa çətinliklə saxladığı tarazlığı qəflətən pozub. Nə zamansa Suriya parçalanmış, İraq bölünmüş, Livan hədsuiz dərəcədə uçulmuş, Qəza isə təkbaşına vuruşurdu.

Bu gün İranın onun sərhədləri arasındakı həmhüdud yerüstü dəhlizdən və Holanın işğal edilmiş ərazilərindən heç vaxt olmadığı qədər yararlanacağı ehtimalı daha böyükdür. “Müqavimət oxu” son altı ildə Suriya, İraq və Livanda böyük hərbi təcrübə əldə edib və ən başlıcası, qoşunları, kəşfiyyatı və planları vahid komanda mərkəzindən əlaqələndirməklə bunu ilk dəfə edib. Bundan başqa, bu ox indi BMT TŞ-nın iki daimi üzvü – Rusiya və Çinin siyasi himayəsindən istifadə edir. Rusiyalıların da indi xeyli hərbi təcrübəsi var, çinlilər isə İranda – neft-qaz kəmərlərinin əsas mərkəzində də öz iqtisadi nüfuzlarını genişləndirməyə səy göstərirlər.

Bu ölkələr terrorizmi məhv edərək infrastrukturu bərpa edincə İsrail oyndankənardır. Variantlar azalır, əldə ancaq hərbi planlar qalır. Görünür, Livan və Qəza ilə aşkar qarşıdurma və yaxud Suriyaya zərbə artıq tamamilə ciddi şəkildə nəzərdən keçirilir.

“Hizbullah” İsrailin işğal etdiyi Livan ərazilərinin qaytarılması tələbini davam etdirir, ayaqüstə qalxan Suriya Holan təpələrini tələb edir. “The American Conservative” sual edir: “Lakin İsrail etiraf edir ki, durum dəyişilib?”

Yelena Xanenkova

regnum.ru,13.09.2017

Tərcümə Strateq.az-ındır.
Sozcu.az

Bölmənin digər xəbərləri

14 Dekabr 2017 ABŞ YAXIN ŞƏRQDƏ HAKİM ROLUNU İTİRİR –Tramp “yaşıl xətt”i niyə dağıtdı? –TƏHLİL
08 Dekabr 2017 YPG-PYD-RUSİYA HƏRBİ ƏMƏKDAŞLIĞI:Suriya kürdləri indi Moskvaya daha çox meyillənirlər - TƏHLİL
06 Dekabr 2017 Fazil Məmmədov niyə vəzifədən çıxarıldı? – Səbəblər
04 Dekabr 2017 Donald Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıyacaqmı?
30 Noyabr 2017 KÖRFƏZ ÖLKƏLƏRİNƏ SİLAH KÖÇÜ –Rusiya silah bazarında BƏƏ-nin əsas satıcısına çevrilib - TƏHLİL
20 Noyabr 2017 MOSKVA KÜRD KARTINI VAŞİNQTONUN ƏLİNDƏN NECƏ ALDI?-Təhlil
15 Noyabr 2017 Yaxın Şərqdə böyük müharibə potensialı:sonda İran dağılar, Səudiyyə parçalanar, İsrail isə sağ çıxmaya bilər
14 Noyabr 2017 Yıldırımın “şiə təhlükəsi” açıqlamasında məqsədi… – Şərh
07 Noyabr 2017 SƏUD XANƏDANININ ƏN DOLAŞIQ DÖVRÜ:Varislik iddiası hələ çox qan tökdürəcək - TƏHLİL
06 Noyabr 2017 Amerika gizli Çin-Rusiya rəqabətindən nə uda bilər? –Təhlil
03 Noyabr 2017 ANKARA-BAĞDAD İTTİFAQININ BAŞ TUTMA EHTİMALI:kürd partiyaları arasında rəqabət PKK-nı gücləndirə bilər
28 Oktyabr 2017 Rusiya dağılacaq, İrəvan silinəcək, Azərbaycan və Türkiyə... – ABŞ kəşfiyyatının ŞOK PROQNOZU
25 Oktyabr 2017 RUSİYANIN “AXİLLES DABANI” – ŞİMALİ QAFQAZ:Putin ən etibarlı bürokratını niyə məhz Dağıstana göndərdi? - TƏHLİL
24 Oktyabr 2017 Kataloniya “daxili problemdir”, Qarabağ qlobal? – Təzad
17 Oktyabr 2017 Politoloq: "Kərkük taktikası Qarabağa tətbiq oluna bilər"
12 Oktyabr 2017 Əliyev, Ərdoğan və Putinin sinxron hərəkətinin sirri:“ABŞ BU 3 ÖLKƏDƏ HAKİMİYYƏTİ DƏYİŞMƏK İSTƏYİR” – TƏHLİL
02 Oktyabr 2017 Britaniya mətbuatı: “Şimali Kipr Türk Respublikasını tanımağın vaxtı çatıb”
29 Sentyabr 2017 İraq-Kürdüstan savaşı başlasa, kim qalib gələcək? –Tərəflərin hərbi imkanları haqda fərqli rəylər var - TƏHLİL
23 Sentyabr 2017 General Sisinin Suriya və İraq həmləsi:Ehramlar ölkəsi köhnə bazarlarda Rusiya, Çin və İranla rəqabətə başlayır - Təhlil
09 Sentyabr 2017 “Böyük İsrail” və Kürdüstan:Yaxın Şərqdə “İnon planı” gerçəkləşdirilir – Təhlil
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.