Xəbər lenti

putinsrksyn34.png
NATO-nun Gürcüstanda növbəti təlimləri başlayıb. “Agile Spirit 2017” adlanan təlimlər 3-11 sentyabr tarixlərini əhatə edəcək. Təlimlə bağlı diqqət çəkən məqam isə Şimal Alyansının Rusiya sərhədlərinin dibində “at oynatmasından” daha çox, Ermənistanın təlimdə iştirakdan imtinasının müzakirə edilməsidir.

 Bundan öncə, NATO-nun Gürcüstanda iyulun 20-dən başlayaraq, avqustun 13-nə qədər davam edən “Noble Partner 2017” adlı təlimlərində erməni hərbiçilər iştirak edirdi və bu həm Qərbdə, həm də Ermənistanın özündə “İrəvan Rusiya boyunduruğundan xilas olur” ajiotajını yaratmışdı. Hətta qərbyönümlü erməni siyasətçilər az qala qol götürüb oynamaq həddinə çatmışdılar. Amma hər zaman “Ermənistan Rusiyanın icazəsi olmadan NATO təliminə necə əsgər göndərib” sualı havadan asılı olaraq qalırdı.

Azərbaycan faktoru

Ehtimal etmək olardı ki, Ermənistanın NATO təliminə qatılması Rusiya-Azərbaycan münasibətlərinə “adekvat cavab” gedişi idi. Xüsusilə Rusiyanın Azərbaycana irimiqyaslı silah satışını həyata keçirməsi, həmçinin, iyulun 21-də (NATO təlimlərinin başlanmasından bir gün sonra) Rusiya prezidenti Vladimir Putinin Azərbaycan lideri İlham Əliyevi Soçidə yüksək səviyyədə qəbul etməsi və ikitərəfli münasibətlərin müzakirəsi İrəvanda ciddi narazılıq yaratmışdı. Bu baxımdan, NATO gedişi ermənilərin ruslara mesajı idi. Əslində, məsələ bu qədər sadə olmasa da, Bakı-Moskva xəttində sıx təmasların İrəvanın siyasi oriyentasiyasına təsir etdiyi faktı mövcuddur. Lakin bütün hallarda Sarkisyan rejiminin NATO gedişi, daha doğrusu, rusların buna göz yumması düşündürücü məqam idi. Axı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqının üzvü kimi Ermənistanın bu qurumları məhv etməyi hədəfləyən NATO-nun qucağına oturması açıq-aşkar Moskvanı satması deməkdir.

Putindən “STOP”əmri

Lakin Sarkisyanın “Agile Spirit 2017” təlimlərində iştirakdan son anda imtina etməsi deməyə əsas verir ki, Moskvadan İrəvana “STOP” əmri gəlib. NATO rəhbərliyi və Gürcüstanın Müdafiə Nazirliyinin birgə yaydığı bəyanatda göstərilirdi ki, təlimlərdə iştirak edəcək ölkələrin arasında Ermənistanın da adı var. Ermənistan isə son anda imtina edərək, “biz əvvəldən iştirak edəcəyimizi dəqiq bildirməmişdik” açıqlamasını yaydı.

“Mazaqlaşmağı” dayandır əmri harada verildi?

Avqustun 23-də Putin Soçidə Sarkisyanı qəbul etdi. Kremlin mətbuat xidmətinin yaydığı məlumatda deyilirdi ki, görüşdə ikitərəfli münasibətlər müzakirə olunub. Bu məlumatda Dağlıq Qarabağ münaqişəsindən daha çox ikitərəfli münasibətlərin qabardılması diqqət çəkirdi. Görünür, Putin Sarkisyana Qərblə “mazaqlaşmağı” bitirmək əmrini məhz Soçidə verib.

“Kavkazplus” saytının “Putin Sarkisyanı söydü, İrəvan NATO təlimlərindən son anda imtina etdi” məlumatı bu kontekstdə diqqətdən yayınmır.

“Putin Soçidə Sarkisyandan soruşub ki, o, Kremlin icazəsi olmadan müttəfiqi Rusiyanın düşmənləri ilə birlikdə təlimdə niyə iştirak edir?”- deyə sayt qeyd edib.

Sarkisyana qarşı kulis döyüşü?

İrəvanın bu imtinası Ermənistan daxilində siyasi qarşıdurmalara da yol açıb. Məlumatlara görə, artıq hakimiyyət daxilindəki qərbyönümlü qruplaşmalar Sarkisyana açıq savaş elan etməyə hazırlaşır.

Moskva göz yaşlarına inanmır

Bu qruplaşmaya yaxın olan “Aravot” qəzeti isə təlimlərdə iştirakdan imtinanı biabırçılıq adlandırıb.

“Moskva göz yaşlarına inanmır və Rusiya Ermənistanın imtinasına görə ona təşəkkür etməyəcək. Yaxında Moskva İrəvanı yenı satacaq”, - deyə qəzet yazıb.

Düşmən ölkə qlobal məngənədə sıxılır

Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, İrəvanın məhz təlimlər başlayan gün iştirakdan imtinası Qərbdə Ermənistanı pis vəziyyətə salacaq.

Erməni şərhçi əlavə edir ki, Rusiya Ermənistanı qlobal toqquşmanın tərkibinə daxil edir: “Ermənistan Rusiya-ABŞ məngənəsinin arasında sıxılıb əziləcək. Sarkisyan hakimiyyətinin bu siyasəti bir çox məsələdə, o cümlədən, Dağlıq Qarabağ məsələsində bizim ölkəmizi çətin vəziyyətə salacaq. Lakin hər şey onsuz da İrəvanda həll olunmur, qərarı Moskva verir”.

Göründüyü kimi, Ermənistanda vəziyyət getdikcə daha da gərginləşir. 2013-cü ildə Avropa İttifaqı ilə Assosiativ Sazişi imzalamaqdan son anda imtina edən Ermənistan indi də NATO-ya son anda “atdı”. Lakin bu, İrəvan daxilində ciddi siyasi çaxnaşmaların başlanmasına da gətirib çıxara bilər.

publika.az

Bölmənin digər xəbərləri

17 Fevral 2018 ABŞ, İsrail, Türkiyə... - Savaşın gizlinləri açıldı
15 Fevral 2018 Tofiq Zülfüqarov: Krakovda bizə dalana dirənmiş istiqamət təklif olunur
05 Fevral 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL
05 Fevral 2018 Amerikalı casusdan Türk ordusu və “dərin dövlət”lə bağlı SENSASİYALI ÇAĞIRIŞ
29 Yanvar 2018 Seçkidə İştirak, yoxsa boykot?
25 Yanvar 2018 “STRATFOR” Rusiyanın 2018-ci ildəki xarici siyasətindən yazdı:Avrasiya, Qarabağ, seçkilər –– TƏHLİL
24 Yanvar 2018 Türkiyə hücumu: “Böyük İsrail” və Sevr məhv edildi – General
16 Yanvar 2018 ABŞ DAHA BİR “KÜRDÜSTAN”I DA SURİYADA QURUR –Əsədin ölkəsini parçalamaq planı qüvvədədir - TƏHLİL
09 Yanvar 2018 NİYƏ ETİRAZÇILAR RUHANİYƏ QARŞI BU QƏDƏR QƏZƏBLİ İDİLƏR? –İran prezidentinin 24 milyon seçiciyə borcu var
05 Yanvar 2018 ABŞ-da NƏ QƏDƏR MÜSƏLMAN YAŞAYIR? –Yaxın gələcəkdə Birləşmiş Ştatlarda ikinci ən böyük dini qrup - ARAŞDIRMA
03 Yanvar 2018 Azər Qasımlı İranda baş verən hadisələrdən yazdı
01 Yanvar 2018 Putinin məxfi ordusu: ondan necə istifadə olunur?
27 Dekabr 2017 "İsrailin Azərbaycanın yanında olması erməni lobbisinə daha bir mesajdır" - ekspert
25 Dekabr 2017 ABŞ-dan şok hesabat – Rusiyanın hərbi imkanları...
19 Dekabr 2017 2018-ci ildə gözlənilən müharibələr:Şimali Koreya, Suriya və Ukraynada nələr baş verəcək?
14 Dekabr 2017 ABŞ YAXIN ŞƏRQDƏ HAKİM ROLUNU İTİRİR –Tramp “yaşıl xətt”i niyə dağıtdı? –TƏHLİL
08 Dekabr 2017 YPG-PYD-RUSİYA HƏRBİ ƏMƏKDAŞLIĞI:Suriya kürdləri indi Moskvaya daha çox meyillənirlər - TƏHLİL
06 Dekabr 2017 Fazil Məmmədov niyə vəzifədən çıxarıldı? – Səbəblər
04 Dekabr 2017 Donald Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıyacaqmı?
30 Noyabr 2017 KÖRFƏZ ÖLKƏLƏRİNƏ SİLAH KÖÇÜ –Rusiya silah bazarında BƏƏ-nin əsas satıcısına çevrilib - TƏHLİL
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.