Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_lavrov.jpg
Yaxud, 20 faiz ərazini “Dostluq” ordeninə dəyişmək

 

Fakt budur ki, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. 25 ildir ki, bu münaqişə ədalətli həllini tapmır və tragikomediyaya çevrilmiş “sülh danışıqları” davam edir.


Amma bir fakt da var ki, bugünə qədər Avropa və ABŞ-dan Azərbaycanın ərazibütövlüyünü dəstəkləyən jestlər edilib. Avropa Parlamentinin, Almaniya Bundestaqının, BMT-nin, ABŞ Dövlət Departamentinin qətnamələrini misal göstərmək olar. Hətta ABŞ-ın 22 ştatı Xocalı soyqırımını tanıyıb. Bir müddət əvvəl isə Minsk qrupunun Amerikalı həmsədri açıq şəkildə biıdirdi ki, Azərbaycanın ərazibütövlüyü təmin olunmalıdır.

Bütün bunlardan sonra isə Rusiyalı nazir Sergey Lovrov dilə gəldi və “Qərb istəsəydi, Qarabağ məsələsi çoxdan həllini tapmışdı” fikrini səsləndirdi. Bəli, Rusiya növbəti dəfə öz adını özgəsinə yapışdırmaq cəhdi etdi. Halbuki, Ermənistanın bugünə qədər təcavüzkar siyasəti davam etdirməsi, Rusiyanın birmənalı dəstəyi sayəsində mümkün olub. 25 ildir ki, Rusiya Ermənistana atalıq edir, hərbi, siyasi, maddi dəstəyini əsirgəmir. Bugünlərdə hər iki ölkənin ordularının birləşdirilməsini rəsmiyyətə çevirdilər. Onu da qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Azərbaycanlıların qanına susamış Zori Balayanı ordenlə təltif etdi və onu böyük qəhrəman kimi dəyərləndirdi. Yeri gəlmişkən, Rusiyanın müdafiə nazirinin müavini açıqlama verdi ki, bizim Qafqazda bir nömrəli müttəfiqimiz Ermənistandır. Sergey Lavrovun isə “Qarabağ Azərbaycanın daxili məsələsi deyil” bəyanatı isə dillərdə əzbərdi.

Demək istəyirik ki, Rusiya Ermənistana dəstəyini gizli şəkildə deyil, mümayişkaranə formada edib. Azərbaycanda balaca uşaq da bilir ki, Rusiya faktoru olmasa, Ermənistan sülhün şərtlərinə dərhal əməl edər.

Amma bütün bunlara baxmayaraq Sergey Lovrov qırmızı-qırmızı ölkəsini məsum göstərməyə cəhd etdi və bu çox pis alındı.

Amma məsələnin başqa tərəfi də var və bu Lavrovun açıqlamasından daha absurd görünür.

Bəli, hökumət mediası Lovrovun bu sayıqlamasını həvəslə tirajlayır və ictimai rəyi anti-Qərb mövqeyinə kökləməyə çalışır. Təbii ki, bu açıqlamanı tirajlayanlar Lavrovun nağıl danışdığını bilir, sadəcə olaraq həmişəki kimi şəxsi maraqlar stratdadır. Hökumət üçün Qarabağın azadlığından çox, demokratiya tələb edənlərin gözdən düşməsi önəmlidir. Ona görə də bugünə qədər Lavrovun riyakar mövqeyinə münasibət bildirən tapılmayıb. Sanki, 20 faiz torpağı “Dostluq” ordenlərinə dəyişiblər və bu “alış-veriş”dən məmnundular. Bəli, fakt budur ki, hökumətin mövqeyi “düşmənin dostu ilə dost olmaq” prinsipinə uyğundur. Rusiya Azərbaycan məmurlarəna orden-medal, Ermənistana isə 20 faiz torpağın zəmanətini verib. Və Azərbaycan hökumətindən arxayın olduqlarına görə, Qarabağın qara düyününün günahını Qərbin üstünə atırlar.

Amma yuxarıda da qeyd etdiyimiz kimi bu “köpüklü açıqlama”nı heç kimə qəbul etdirmək mümkün deyil. Əksinə, hökumət bu rüsvayçı təbliğatla Qarabağa hansı qiyməti verdiyini bir daha təsdiqlədi.

İlham

azadliq.info

Bölmənin digər xəbərləri

17 Fevral 2018 ABŞ, İsrail, Türkiyə... - Savaşın gizlinləri açıldı
15 Fevral 2018 Tofiq Zülfüqarov: Krakovda bizə dalana dirənmiş istiqamət təklif olunur
05 Fevral 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL
05 Fevral 2018 Amerikalı casusdan Türk ordusu və “dərin dövlət”lə bağlı SENSASİYALI ÇAĞIRIŞ
29 Yanvar 2018 Seçkidə İştirak, yoxsa boykot?
25 Yanvar 2018 “STRATFOR” Rusiyanın 2018-ci ildəki xarici siyasətindən yazdı:Avrasiya, Qarabağ, seçkilər –– TƏHLİL
24 Yanvar 2018 Türkiyə hücumu: “Böyük İsrail” və Sevr məhv edildi – General
16 Yanvar 2018 ABŞ DAHA BİR “KÜRDÜSTAN”I DA SURİYADA QURUR –Əsədin ölkəsini parçalamaq planı qüvvədədir - TƏHLİL
09 Yanvar 2018 NİYƏ ETİRAZÇILAR RUHANİYƏ QARŞI BU QƏDƏR QƏZƏBLİ İDİLƏR? –İran prezidentinin 24 milyon seçiciyə borcu var
05 Yanvar 2018 ABŞ-da NƏ QƏDƏR MÜSƏLMAN YAŞAYIR? –Yaxın gələcəkdə Birləşmiş Ştatlarda ikinci ən böyük dini qrup - ARAŞDIRMA
03 Yanvar 2018 Azər Qasımlı İranda baş verən hadisələrdən yazdı
01 Yanvar 2018 Putinin məxfi ordusu: ondan necə istifadə olunur?
27 Dekabr 2017 "İsrailin Azərbaycanın yanında olması erməni lobbisinə daha bir mesajdır" - ekspert
25 Dekabr 2017 ABŞ-dan şok hesabat – Rusiyanın hərbi imkanları...
19 Dekabr 2017 2018-ci ildə gözlənilən müharibələr:Şimali Koreya, Suriya və Ukraynada nələr baş verəcək?
14 Dekabr 2017 ABŞ YAXIN ŞƏRQDƏ HAKİM ROLUNU İTİRİR –Tramp “yaşıl xətt”i niyə dağıtdı? –TƏHLİL
08 Dekabr 2017 YPG-PYD-RUSİYA HƏRBİ ƏMƏKDAŞLIĞI:Suriya kürdləri indi Moskvaya daha çox meyillənirlər - TƏHLİL
06 Dekabr 2017 Fazil Məmmədov niyə vəzifədən çıxarıldı? – Səbəblər
04 Dekabr 2017 Donald Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıyacaqmı?
30 Noyabr 2017 KÖRFƏZ ÖLKƏLƏRİNƏ SİLAH KÖÇÜ –Rusiya silah bazarında BƏƏ-nin əsas satıcısına çevrilib - TƏHLİL
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.