Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_ermenioorddd.jpg
Helsinki  Vətəndaş  Assambleyasının  Vanadzor  Ofisi  xəbərdarlıq edir.

Vigen Sərkisyan Ermənistanın yeni Müdafiə Naziri təyin edildikdən sonra özü ilə “Millət-Ordu” adlandırdığı yeni bir lozunq da gətirdi. Yeni nazirin gəlməsi ilə erməni ordusunda tezliklə müsbət dəyişikliklərin olcağına  ümid bəsləyən hər kəs  qisa bir zaman ərzində ümidlərinin boşa çıxdığının şahidi oldular.

 Məlum oldu  ki, Ermənistanda son zamanlar hərbi xidmətə həm də ciddi xəstəliyi olan çağırışçılar da cəlb olunurlar. Ölkədə getdikcə vüsət alan mühacirlərin qarşısını ala bilməyən hakimiyyət orqanları çıxış yolunu ordunu xəstə gənclərin hesabına təmin etməkdə görürlər. Bu isə, təbii olaraq xəstə əsgər valideynlərinin narazılığına və ən başlıcası isə, orduda ölüm sayının artmasına səbəb olur. Bütün bunlar eyni zamanda orduda əlavə xərclərin artması deməkdir.

  Xəbərdarlıqda deyilir ki, 2017-ci ilin yanvarın 1-dən iyunun 31-nə qədər Ermənistan ordusunda 38 nəfər hərbi qulluqçunun öldürülməsi haqqında rəsmi məlumat var. Bunların heç də hamısı rəqib, yəni Azərbaycan Ordusu ilə döyüşlərdə ölən hərbçilər deyil. Təkcə iyun ayında ölmüş 3 nəfər əsgərin yalnız 1 nəfəri atışmada öldürülüb. Qalan 2 nəfərin ikisi də psixoloji və başqa xəstəliklərdən əziyyət çəkənlər olub. Faktlar göstərir ki, əvvəlki aylarda ölənlərin də arasında xəstəliklərdən ölənlərin sayı üstünlük təşkil edir.Orduda nizam-intizam qaydalarının tez-tez pozulması halları da xəstə əsgərlərin hesabına yazılır.

  Beləliklə də, Ermənistan hakimiyyət orqanlarının bilərəkdən buraxdıqları kobud səhvlər nəticəsində ölkədə onsuz da ehtiyac duyulan insan resurslarının azalması      açıq-aşkar müşahidə olunur. Erməni ordusunda ölüm sayının artması nəticəsində bu kiçik ölkənin ictimaiyyəti şüurunda “ORDU” sözü “ƏT MAŞINI” sözü ilə eyniləşdirilib. Qarabağdan gələn hər bir əsgərin ölüm xəbəri Ermənistan vətəndaşında mənəvi cəhətdən öz ordusuna olan inamı itirir və ona qarşı yad münasibət yaradır. Artıq hamıya məlumdur ki, ortaya atılmış hay-küylü “Millət-Ordu” şüarı cılız bir təbliğat vasitəsi olaraq sadəcə erməni analarına təskinlik vermək və onların göz yaşlarını dayandırmaq  üçündür.

İSMAYIL  TANRIVERDİ        

BDU-TARİX  Erməni Araşdırmaları elmi-tədqiqat və

tədris    Mərkəzinin rəhbəri.   

Bölmənin digər xəbərləri

20 Noyabr 2017 MOSKVA KÜRD KARTINI VAŞİNQTONUN ƏLİNDƏN NECƏ ALDI?-Təhlil
15 Noyabr 2017 Yaxın Şərqdə böyük müharibə potensialı:sonda İran dağılar, Səudiyyə parçalanar, İsrail isə sağ çıxmaya bilər
14 Noyabr 2017 Yıldırımın “şiə təhlükəsi” açıqlamasında məqsədi… – Şərh
07 Noyabr 2017 SƏUD XANƏDANININ ƏN DOLAŞIQ DÖVRÜ:Varislik iddiası hələ çox qan tökdürəcək - TƏHLİL
06 Noyabr 2017 Amerika gizli Çin-Rusiya rəqabətindən nə uda bilər? –Təhlil
03 Noyabr 2017 ANKARA-BAĞDAD İTTİFAQININ BAŞ TUTMA EHTİMALI:kürd partiyaları arasında rəqabət PKK-nı gücləndirə bilər
28 Oktyabr 2017 Rusiya dağılacaq, İrəvan silinəcək, Azərbaycan və Türkiyə... – ABŞ kəşfiyyatının ŞOK PROQNOZU
25 Oktyabr 2017 RUSİYANIN “AXİLLES DABANI” – ŞİMALİ QAFQAZ:Putin ən etibarlı bürokratını niyə məhz Dağıstana göndərdi? - TƏHLİL
24 Oktyabr 2017 Kataloniya “daxili problemdir”, Qarabağ qlobal? – Təzad
17 Oktyabr 2017 Politoloq: "Kərkük taktikası Qarabağa tətbiq oluna bilər"
12 Oktyabr 2017 Əliyev, Ərdoğan və Putinin sinxron hərəkətinin sirri:“ABŞ BU 3 ÖLKƏDƏ HAKİMİYYƏTİ DƏYİŞMƏK İSTƏYİR” – TƏHLİL
02 Oktyabr 2017 Britaniya mətbuatı: “Şimali Kipr Türk Respublikasını tanımağın vaxtı çatıb”
29 Sentyabr 2017 İraq-Kürdüstan savaşı başlasa, kim qalib gələcək? –Tərəflərin hərbi imkanları haqda fərqli rəylər var - TƏHLİL
23 Sentyabr 2017 General Sisinin Suriya və İraq həmləsi:Ehramlar ölkəsi köhnə bazarlarda Rusiya, Çin və İranla rəqabətə başlayır - Təhlil
14 Sentyabr 2017 İsrail üçün qara xəbər:Yaxın Şərqdə qüvvələr balansı dəyişilir – Təhlil
09 Sentyabr 2017 “Böyük İsrail” və Kürdüstan:Yaxın Şərqdə “İnon planı” gerçəkləşdirilir – Təhlil
06 Sentyabr 2017 Putin Sarkisyanı söydü
03 Sentyabr 2017 Rusiyanın növbəti Qarabağ riyakarlığı
30 Avqust 2017 Berlinin Ankaraya aqressiyasının gizli səbəbi – Bakı faktı da...
25 Avqust 2017 Türkiyə Ermənistanla sərhəddi açacaqmı? -TƏHLİL
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.