Xəbər lenti

terroristanb.jpg
Gözlənildiyi kimi də oldu: İstanbulda 30-u polis, 8-i mülki şəxs olmaqla, 38 nəfərin həyatına son qoyan xain terror aktının altından PKK çıxdı. Daha doğrusu, PKK-nın qolu olan TAK – “Küdüstan Azadlıq Şahinləri” terror hücumuna görə məsuliyyəti öz üzərinə götürdü.

 Təşkilat hücumda bir canlı bombanın iştirak etdiyini də etiraf edib. Yada salaq ki, olay zamanı az qala yarım ton (300-400 kq) trotildən istifadə olunub.

Trotil, kamikadze, həlak olan günahsız dinc sakinlər və polis əməkdaşları. Bu detalları boşuna xatırlatmadıq. Məsələ ondadır ki, daima təməl bəşəri haqlardan, insanlıqdan dəm vuran qoca Avropadan, onun əsas qurumlarından və siyasilərindən Türkiyənin ən böyük şəhərində 10 dekabrda törədilən müdhiş terror əməlinə reaksiya nə adekvat oldu, nə də çevik, hətta heç düz-əməlli səs də çıxmadı.

Bəzi rəsmilər, məsələn, İngiltərənin xarici işlə naziri, türk əsilli Boris Conson, Almaniya kansleri Merkel istisna olmaqla, qalanlar bu qanlı aktı ya pisləməyə özlərində cəsarət tapmadılar, ya pisləməyə tələsmədilər, ya da pisləsələr də, bunu candərdi etdilər və hətta olayı “terror” adlandırmaqdan belə çəkindilər.

Bu da Avropanın gerçək simasını göstərən, terroru “yaxşı və pis”ə bölən, bəşəriyyət adına, insanlıq adına, lap elə demokrat adına rüsvayçı nümunə-reaksiyalar: ondan başlayaq ki, Almaniyanın nüfuzlu “Deutche Welle” nəşrinin jurnalisti Vodafon Arena terror aktı ilə bağlı özünün twitter səhifəsində beləcə də yazıb: “Bu – PKK-nın böyük uğurudur”.

Düzdür, sonradan o, bu rüsvayçı statusunu silib. Ancaq nə xeyri?

Bunu yenə jurnalist söyləyib deyə, üstündən keçmək də olardı, əgər analoji mövqe avropalı məmurlar, Avropanın məsul şəxsləri səviyyəsində də sərgilənməsəydi. Tarix üçün onların da adlarını qeyd edək: Avropa Parlamentinin sədri Martin Şults “qəlbi ilə Türkiyə vətəndaşları ilə olduğunu” söyləsə də, hadisəni terror adlandırmayıb. Həmçinin, Avropa Birliyinin (AB) xarici işlər naziri Federiko Moqerini şablon yanaşma sərgiləyərək, yalnızca Türkiyə ilə həmrəylik ifadə edib, o da “terror” deməyib. AB-nin qonşuluq və genişlənmə siyasəti üzrə ali komissarı Yoxannes Xan da “terrorizm” sözünü işlətməyib. Yalnız “demokratik cəmiyyətdə zorakılığa yer yoxdur” kimi abstrakt və əhəmiyyətsiz ifadə ilə kifayətlənib.

Həmçinin, ABŞ-dan hələki sanballı reaksiya gəlməyib. İndi nə ad versən buna? Terrorun buynuzu-zadımı olur, әcaba? Avropaya, ABŞ-a daha hansı atribut, əlamət lazımdır ki, 10 dekabr aktının xalis terror hücumu olduğunu etiraf eləsinlər, boyunlarına alsınlar. Olmaya terrorun klassik anlamını Avropada, ABŞ- da unudublar.

Bu nədir görəsən, Qərbin çox öyündüyü dəyərlərin devalvasiyasımı? Yoxsa ki, alman jurnalistin statusundan da göründüyü kimi, terror aktını, üzvlərinə geniş qucaq açdığınız PKK-çılar törədib deyə, sevinirsiniz?!

Yəqin ki, sonuncudur. O zaman min dəfə yazıqlar olsun! Və bu sinizmdən sonra Türkiyədən, Azərbaycandan Avropaya qarşı, onun qurumlarına qarşı yenə rəğbət, sayğımı umacaqsınız?
Gerçəkdən də dost dar gündə bilinir. İstanbuldakı qanlı cinayət isə həm də Türkiyənin, türk düşmənlərinin gerçək çevrəsini bir daha cızmış oldu. Doğrudan da hər şər işdə bir xeyir başlanğıcı var.

Şərə lənət, şəhidlərə rəhmət!!! Allah Türkiyəmizi qorusun.
(musavat.com)

Bölmənin digər xəbərləri

12 İyul 2017 Rusiya və İran Alxanlı qətliamına niyə göz yumdu?
11 İyul 2017 ABŞ prosesi başlatdı: Merkel Trampın önünü kəsəcəkmi?
06 İyul 2017 "Rusiyanın məkiri bu məsələdə çox qabarıq görünür" - Eldar Sabiroğlu
25 İyun 2017 “Şimali Qafqaz parçalanmaya və xaosa sürüklənə bilər” - EKSPERT
23 İyun 2017 ABŞ və Şimali Koreyanı savaşdan çəkindirən əsas faktorlar...
09 İyun 2017 Səudiyyəni qıcıqlandıran nədir? -Qətərdə baş verənlərə baxış
18 May 2017 Rusiya Qarabağda müharibəni başladır - Plan
11 May 2017 ABŞ kəşfiyyatı: Qarabağda tammiqyaslı savaş gözlənilir
08 May 2017 Makron prezident oldu, amma görəcəyi günlər hələ qabaqdadır...
05 May 2017 İraq Kürdüstanının müstəqillik oyunu:Bərzani referendumla nə qazanacaq?
21 Aprel 2017 Lavrovun bu addımı hörmətsizlikdir - Politoloq
13 Aprel 2017 Azərbaycan dini qadağaların 'ən yüksək' olduğu ölkələrdəndir
04 Aprel 2017 Peterburqdakı partlayış təsadüfidir? - Yeni versiya
03 Aprel 2017 "Rusiya münaqişənin həlli məsələsini öz inhisarına götürmək istəyir"
31 Mart 2017 Dikinson: “Bu baş versə, Putin devriləcək”
27 Mart 2017 Rusiya Bakı və İrəvanla oynayır... - Stratfor
24 Mart 2017 Stratfor: “Rusiya Avropa Birliyini dağıdacaq”
16 Mart 2017 "Ermənistanda hazırkı müxalif qruplaşmalar sadəcə görüntü xarakteri daşıyır"
05 Mart 2017 Azərbaycanda Türkiyənin hərbi bazası yaradıla bilərmi? - ŞƏRHLƏR
05 Mart 2017 İran prezidenti Qarabağla bağlı ciddi heçnə deməyib
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.