Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_ilhameliyev77.jpg
Azərbaycan Prezidenti İlham Əliyev 3-4 günün içində ikinci (birinci strateji qərar hakim Yeni Azərbaycan Partiyasının qurultayını gözləmədən partiyadakı müavini Əli Əhmədovun açıqlaması vasitəsilə prezident seçkisində iştirak edəcəyini anons etməsi idi) strateji qərarını verdi. Azərbaycanda növbənkənar prezident seçkisi aprelin 11-də keçiriləcək.

 Siyasi sabitlik var, iqtisadiyyat və sosial həyatda ciddi problemlər yoxdur, əksinə prezident də son toplantılarda vurğulayır ki, 2017-ci il Azərbaycan üçün uğurlu keçdi, qeyri-neft sektoru inkişaf edir, 4 milyard dollar əlavə vəsait qazanılıb, manat sabitliyini qoruyur.

Belə isə nədən İlham Əliyev növbədənkənar prezident seçkisinə ehtiyac duydu?

"Atlas" Araşdırmalar Mərkəzinin qənaətinə görə, prezidentin qərarının arxasında iki amil dayanır.

Birinci amil ölkədəki sabitliyin qorunmasıyla bağlıdır. Seçki oktyabr ayında keçirilsəydi, müxtəlif namizədlər irəli sürüləcək, bloklar yaranacaq, ən azı 7 ay siyasi atmosfer gərginləşəcəkdi. Hakimiyyət bunu istəmir. Bölgədə vəziyyət də stabil deyil. Ətraf toz-dumandır. Maraqlı dövlətlərin oktyabr ayına hazırlaşaraq Azərbaycandakı gərgin seçki kampaniyasından öz məqsədləri üçün istifadə edəcəyi istisna deyildi.

İkinci amil xarici təhlükə ilə bağlıdır. 2013-cü il prezident seçkisində Rusiyadakı mərkəzlər müdaxilə planı hazırlamış, Rusiyadakı azərbaycanlı oliqarxları siyasi fəaliyyətə cəlb etmişdi. Doğrudur, Azərbaycanda prezident seçkisinə ay yarım qalmış Rusiya prezidenti Vladimir Putin Bakıya gəldi və hakimyyəti rahatladı. Məsələ burasındadır ki, Rusiyada və Ermənistanda prezident seçkisi mart ayındadır. Azərbaycanda seçki oktyabr ayında keçirilsəydi, Rusiyadakı mərkəzlərin yenə də Azərbaycandakı seçkiyə müdaxilə planları ola bilərdi. Apreldə isə müdaxilə imkanları minimumdur. Çünki Rusiyadakı seçki ilə Azərbaycandakı seçki arasındakı zaman fərqi çox az olacaq, müdaxilə üçün vaxtları çatmayacaq.

Üçüncü amil Azərbaycanda may ayında Cumhuriyyətin quruluşunun 100 illik tədbirləri ilə əlaqəlidir. Prezident bu tədbirləri may ayında daha güvənilir şəkildə keçirmək istəyir. Üstəgəl mayın 28-də böyük amnistiya nəzərdə tutulub. Həmin amnistiya siyasi məhbus kimi qiymətləndirən bir çox şəxsə şamil edilə bilər.
Sozcu.az

Bölmənin digər xəbərləri

18 Fevral 2018 ABŞ-ın iki eskadra mina gəmisi Qara dənizə daxil olub
18 Fevral 2018 Sarkisyan Azərbaycan dilində danışdı
18 Fevral 2018 ABŞ-ın rəsmən ittiham etdiyi 13 Rusiya vətəndaşının adları açıqlandı – SİYAHI
17 Fevral 2018 MSK daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq etdi
14 Fevral 2018 Prezidentliyə iddialıların sayı artır - 11 namizəd
13 Fevral 2018 Rəsul Quliyev kimin dəyirmanına su tökür...?
10 Fevral 2018 Qazax rayonunda xanım Jurnalist aclıq aksiyasına başladı
10 Fevral 2018 Pensiyalar nə qədər artıb?
06 Fevral 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR
05 Fevral 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək
05 Fevral 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi
05 Fevral 2018 Terrorçu əsirdən şok etiraf: Qərbdən gələn hərbçilər...
05 Fevral 2018 Ərdoğan Roma Papası ilə görüşdü –59 ildən sonra Türkiyə rəhbəri yenidən Vatikana səfər edib FOTO
05 Fevral 2018 Növbədənkənar seçkilər necə elan edilə bilər? –QANUN
05 Fevral 2018 MSK növbədənkənar prezident seçkiləri ilə bağlı bir həftə ərzində qərar verəcək
04 Fevral 2018 ABŞ-Rusiya savaşını yadplanetlilər dayandırıb – Şok
31 Yanvar 2018 Prezident general-polkovniklə bağlı sərəncam verdi
31 Yanvar 2018 Deputat Rövşən Rzayev Sarqisyanın qarşısında baş əyib?– FOTO
30 Yanvar 2018 Azərbaycan ordusunun gücü... - General
30 Yanvar 2018 Hüquq müdafiəçisinə verilən mükafatı Azərbaycanda sındırıblar -FOTOLAR
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.