Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_siqaretqadagasi.jpg
Son günlər mətbuatda siqaret çəkilməsi ilə bağlı cərimələrin tətbiq edilmədiyi və hələ də qadağan olunmuş yerlərdə bu halların davam etdiyinə dair müzakirələr sürür. Qapalı yerlərdə siqaret çəkilməsi ilə bağlı hüquqi məsuliyyət (inzibati cərimələr) necədir? Qanunda nəzərdə tutulan həmin inzibati xətaları (cərimələri) kim tətbiq edir və ya bu işlərə hansı orqanlar baxmalıdır?

 Sozcu.az xəbər verir ki,Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov məsələ ilə bağlı Modern.az-a açıqlama verib.Millət vəkili bildirib ki, İnzibati Xətalar Məccələsində bəzi yerlərdə siqaret çəkməyə görə cərimə nəzərdə tutan xüsusi normalar var.

“Məsələn, İnzibati Xətalar Məccələsinin 299-cu maddəsində (hava nəqliyyatında) siqaret çəkməyə görə, 100 manat və 305-ci maddədə isə (dəmir yolu nəqliyyatında) 40 manat cərimə nəzərdə tutulur. İnzibati Xətalar Məccələsinin 212.2. maddəsi ilə, yəni, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “Siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli və hüquqi şəxslər də cərimə edilə bilər”.

Deputat bildirib ki, siqaret çəkməyə görə cərimənin tətbiq edilməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə (FHN) və Daxili İşlər Nazirliyinə (DİN) verilib.

“Belə ki, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Prezidentin fərmanı var.

Fərmana əsasən İnzibati Xətalar Məcələsinin 212.1. maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi, məcəllənin 212.2. maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə isə Fövqəladə Hallar Nazirliyi baxır. Deməli, mövcud qanunvericiliyə əsasən, idarə, müəssisə və təşkilatlar barəsində inzibati cərimə tətbiq etmək səlahiyyəti FHN-ə (212.2), fiziki şəxslər barəsində (212.1) isə DİN-ə verilib”.

V.Hüseynov deyib ki, qanun bəzi yerlərdə sadəcə siqareti deyil, bütün tütün məmulatlarının (qəlyan və elektron siqaret də daxil olmaqla) çəkilməsini qadağan edir.

“Yeni qəbul olunmuş “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna əsasən, siqaret tütün məmulatlarının bir növüdür. Bütün növ qəlyanlar və elektron siqaretlər də tütün məmulatlarına bərabər tutulur. Qanun bəzi yerlərdə sadəcə siqareti deyil, bütün tütün məmulatlarının (qəlyan və elektron siqaret də daxil olmaqla) çəkilməsini qadağan edir. İnzibati Xətalar Məcəlləsinin hazırda qüvvədə olan 212-ci maddəsi isə sadəcə siqaretin adını çəkir. Məcəllədə yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar Milli Məclisin yaz sessiyasında dəyişiklik edildikdə bu məsələlər daha aydın müəyyən ediləcək”.

Bölmənin digər xəbərləri

21 Fevral 2018 Məcburi köçkünlərin aylıq müavinəti artırıldı –10 faiz...
20 Fevral 2018 Suriya ordusu Hələbdən Afrinə girmək istədi, Türkiyə F-16-ları havaya qaldırdı, atəş açdı –Lavrovdan bəyanat
19 Fevral 2018 "Hakimiyyətin namizədi İlham Əliyev, müxalifətin əsas namizədi özüməm" - Hafiz Hacıyev
18 Fevral 2018 ABŞ-ın iki eskadra mina gəmisi Qara dənizə daxil olub
18 Fevral 2018 Bu yollarda sürət həddi endirildi (XƏBƏRDARLIQ)
18 Fevral 2018 Sarkisyan Azərbaycan dilində danışdı
18 Fevral 2018 ABŞ-ın rəsmən ittiham etdiyi 13 Rusiya vətəndaşının adları açıqlandı – SİYAHI
17 Fevral 2018 MSK daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq etdi
14 Fevral 2018 Prezidentliyə iddialıların sayı artır - 11 namizəd
13 Fevral 2018 Rəsul Quliyev kimin dəyirmanına su tökür...?
10 Fevral 2018 Qazax rayonunda xanım Jurnalist aclıq aksiyasına başladı
10 Fevral 2018 Pensiyalar nə qədər artıb?
06 Fevral 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR
05 Fevral 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək
05 Fevral 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi
05 Fevral 2018 Terrorçu əsirdən şok etiraf: Qərbdən gələn hərbçilər...
05 Fevral 2018 Ərdoğan Roma Papası ilə görüşdü –59 ildən sonra Türkiyə rəhbəri yenidən Vatikana səfər edib FOTO
05 Fevral 2018 Növbədənkənar seçkilər necə elan edilə bilər? –QANUN
05 Fevral 2018 MSK növbədənkənar prezident seçkiləri ilə bağlı bir həftə ərzində qərar verəcək
05 Fevral 2018 Növbədənkənar seçki hansı ehtiyacdan irəli gəldi?
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.