Xəbər lenti

ilhameliy.jpg
Prezident İlham Əliyev dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maddi rifahını yaxşılaşdırmaq məqsədilə dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

Nazirlər Kabinetinə tapşırılıb ki, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşlarının sxemini və məbləğlərini on beş gün müddətində təsdiq etsin; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Diaqnostik qiymətləndirmədən sonra Təhsil Nazirliyinin keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbul edilən, idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilər bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış işçilərə bərabər tutulurlar.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Bu sərəncamın 1-ci hissəsi 2018-ci il yanvarın 1-dən tətbiq edilir.
Sozcu.az

Bölmənin digər xəbərləri

21 Fevral 2018 Məcburi köçkünlərin aylıq müavinəti artırıldı –10 faiz...
20 Fevral 2018 Suriya ordusu Hələbdən Afrinə girmək istədi, Türkiyə F-16-ları havaya qaldırdı, atəş açdı –Lavrovdan bəyanat
19 Fevral 2018 "Hakimiyyətin namizədi İlham Əliyev, müxalifətin əsas namizədi özüməm" - Hafiz Hacıyev
18 Fevral 2018 ABŞ-ın iki eskadra mina gəmisi Qara dənizə daxil olub
18 Fevral 2018 Bu yollarda sürət həddi endirildi (XƏBƏRDARLIQ)
18 Fevral 2018 Sarkisyan Azərbaycan dilində danışdı
18 Fevral 2018 ABŞ-ın rəsmən ittiham etdiyi 13 Rusiya vətəndaşının adları açıqlandı – SİYAHI
17 Fevral 2018 MSK daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq etdi
14 Fevral 2018 Prezidentliyə iddialıların sayı artır - 11 namizəd
13 Fevral 2018 Rəsul Quliyev kimin dəyirmanına su tökür...?
10 Fevral 2018 Qazax rayonunda xanım Jurnalist aclıq aksiyasına başladı
10 Fevral 2018 Pensiyalar nə qədər artıb?
06 Fevral 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR
05 Fevral 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək
05 Fevral 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi
05 Fevral 2018 Terrorçu əsirdən şok etiraf: Qərbdən gələn hərbçilər...
05 Fevral 2018 Ərdoğan Roma Papası ilə görüşdü –59 ildən sonra Türkiyə rəhbəri yenidən Vatikana səfər edib FOTO
05 Fevral 2018 Növbədənkənar seçkilər necə elan edilə bilər? –QANUN
05 Fevral 2018 MSK növbədənkənar prezident seçkiləri ilə bağlı bir həftə ərzində qərar verəcək
05 Fevral 2018 Növbədənkənar seçki hansı ehtiyacdan irəli gəldi?
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.