Xəbər lenti

zekasahibb.jpgBir qurup İranpərəst şəxsin İran səfirliyi qarşısında "aksiya" keçirərək, İran molla rejiminin lideri Ayətullah Xamneyini rəhbər adlandırmaları və onun düşmənlərinə ölüm hayqırmaları Azərbaycanda normal qarşılanmadı. Müstəqil bir dövlətin vətəndaşlarının başqa bir ölkənin, həm də Ermənistan kimi işğalçı bir rejimin arxa-dayağı olan bir ölkənin liderinin rəhbər adlandırılmasını dövlətçiliyimizə qarşı təhdid kimi qiymətləndirdilər.

87 Saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən deputatlığa keçmiş namizəd, Bütöv Azərbaycan Ocaqlarının üzvü Zəka Sahib Sozcu.az saytına bildirib ki, həmin aksiyanı İranın Azərbaycanda olan agentura şəbəkəsi təşkil edib:"Hesab edirəm ki, bu aksiyanı İranın Azərbaycanda olan agentura şəbəkəsi təşkil edibdir. Bu aksiyanın torpaqları erməni işğalında olan Azərbaycanda keçirilməsi utancverici bir hadisə oldu. Torpaqlarımızı işğal edən, Xocalı Soyqrımı kimi dəhşətli bir soyqrım törədən bir vəhşi millətə hər vasitə ilə dəsətk verən Xomneyiyə "ağam", "rəhbərim", deyə müraciət edənlər, Xomneyinin düşmənlərinə ölüm arzulayanlar Azərbaycan dövlətinin düşmənləridirlər.

Həmin aksiyayanın keçirilməsində Azərbaycan hakimiyyətinin də hansısa bir marağının olduğunu deyən Zəka Sahib qeyd etdi ki, İrana qarşı keçirilən aksiyaları zopa ilə dağıdan Azərbaycan polisi, düşmənlərin aksiyasına müdaxilə etmədi: "Azərbaycanın güneyində baş verən hadisələrlə bağlı iran səfirliyi qarşısında etiraz piketi keçirmək istəyəndə polislər dərhal zor tətbiq edərək piketi dağıdır, lakin ölkəmizin strateji rəqibi olan bir ölkəyə öz içimdən belə anormalcasına "dəstək" verənlərə niyə müdaxilə etmirlər? Bu həm də strateji hədəflərimizə qarşı xəyanətdir. Həmin "aksiya"da iştirak edənlərin milli düşüncəsi olmadığına əminəm. Xəyanətkarlar hər zaman olub olacaqlarda, lakin tarixin qızıl yaddaşında milətinin sabahı üçün savaşanlar qalacaq. Molla rejimi artıq öz içindən parçalanmaqdadır, bunun üçün də onların burdakı əlaltılar narahat olublar".

Son zamanlar bəzi QHT -lərin İrana səfərlər etməsinə toxunan Zəka Sahib bunu da qeyd etdi ki, əgər İrana gedən Tahir Kərimli kimi deputatlar Xamneyi haqda danışanda "Xamneyi ağa" deyirsə, İranın agenturası da Azərbaycanda rahat şəkildə fəaliyyət göstərəcək: "Son zamanlar bəzi QHT-lərin İrana səfərlər etməsi, bəzilərinin sədrlərinin İranı qardaş -dost dövlət adlandırması və hətta daha uzağa gedərək, İranı Türkiyə ilə eyniləşdirməsi halları nəzərə çarpır. İran artıq Azərbaycanda bir çox ictimai-siyasi təşkilatlara nüfuz etməyi bacarıbdır. Elə bir insanlar var ki, onları Milli Şuranın mitinqlərində tirbunada da, dövlət xətti ilə İrana gedən nümayəndə heyyətinin tərkibində də görmək mümkündür. Çox qarmaqarışıq bir vəziyyət yaranıbdır, bir çoxlarının kim olduğu məlum olmur. Bu yaxınlarda İrana gedənlərin arasında Tahir Kərimli də var idi. Bir başa hakimiyyətin dəstəyi ilə mandat əldə edən bu adam, Xomneyi haqda danışarkən, "Xamneyi ağa" deyə sözünü işlədir. Belə məsuliyyətsiz insanların dövlətimizin parlamentində oturması və başqa bir dövlətin rəhbərini "ağa" adlandırması dövlətçiliyimizə təhdiddir. Bu adamla eyni dairədən deputatlığa namizəd olmuşuq. Tahir Kərimli demək olar ki, bütün görüşlərində Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy haqqında şər-böhtan dolu sözlər işlədirdi. Bəlkə də bu yanaşmasına görə də saxta mandat qazandı. Əbülfəz bəy haqqında sanki vətən xayinindən danışırmış kimi danışan Tahir Kərimlinin, Azərbaycana düşmən olan bir dövlətin rəhbərini özünə "ağa"adlandırması bəs edir ki, İranın agenturası Azərbaycanda rahat şəkildə fəaliyyət göstərsin".

Elşən Əlisoy 

Bölmənin digər xəbərləri

18 Fevral 2018 ABŞ-ın iki eskadra mina gəmisi Qara dənizə daxil olub
18 Fevral 2018 Sarkisyan Azərbaycan dilində danışdı
18 Fevral 2018 ABŞ-ın rəsmən ittiham etdiyi 13 Rusiya vətəndaşının adları açıqlandı – SİYAHI
17 Fevral 2018 MSK daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq etdi
14 Fevral 2018 Prezidentliyə iddialıların sayı artır - 11 namizəd
13 Fevral 2018 Rəsul Quliyev kimin dəyirmanına su tökür...?
10 Fevral 2018 Qazax rayonunda xanım Jurnalist aclıq aksiyasına başladı
10 Fevral 2018 Pensiyalar nə qədər artıb?
06 Fevral 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR
05 Fevral 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək
05 Fevral 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi
05 Fevral 2018 Terrorçu əsirdən şok etiraf: Qərbdən gələn hərbçilər...
05 Fevral 2018 Ərdoğan Roma Papası ilə görüşdü –59 ildən sonra Türkiyə rəhbəri yenidən Vatikana səfər edib FOTO
05 Fevral 2018 Növbədənkənar seçkilər necə elan edilə bilər? –QANUN
05 Fevral 2018 MSK növbədənkənar prezident seçkiləri ilə bağlı bir həftə ərzində qərar verəcək
05 Fevral 2018 Növbədənkənar seçki hansı ehtiyacdan irəli gəldi?
04 Fevral 2018 ABŞ-Rusiya savaşını yadplanetlilər dayandırıb – Şok
31 Yanvar 2018 Prezident general-polkovniklə bağlı sərəncam verdi
31 Yanvar 2018 Deputat Rövşən Rzayev Sarqisyanın qarşısında baş əyib?– FOTO
30 Yanvar 2018 Azərbaycan ordusunun gücü... - General
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.