Xəbər lenti

imanmus.jpg
Müsavat Partiyasının Lənkəran Təşkilatının sədri İman Əliyevin mülkü əlindən alınır.

Bu barədə İman Əliyev Arqument.Az-a məlumat verib.

O bildirib ki, özünün xəbəri olmadan barəsində məhkəmə iddiası qaldırılıb: “Mənə təzyiqlər davamlıdır. 2 il öncə 30 sutka həbs olundum. Bir müddət öncə Müsavatın Rayon Təşkilatının konfransı evimdə keçiriləndən sonra polisə çağırıldım. Sonra noyabrın 30-da Liman icra hakimiyyəti başçısının müavini Fərid Novruzov gəlib evimin və dükanımın şəklini çəkdi. Səbəbini soruşdum, heç nə demədi. Dekabrın 2-də yenidən Lənkəran Şəhər Polis İdarəsinə çağırılıb xəbərdarlıq aldım. Dekabrın 20-də yenidən polisə çağırıldım ki, guya hansısa vətəndaşı zorla Müsavat Partiyasına üzv etmək istəyirəm. O da gəlib polisə müraciət edib. Bu gün isə xəbər verdilər ki, məhkəmədir və 2004-cü özəlləşdirdiyim obyektlə bağlı məsələ qaldırılıb, əlimdən almaq istəyirlər”.

İman Əliyev deyib ki, bu məsələ yerli icra orqanlarının siyasi sifarişi əsasında həyata keçirilir: “Bu gün məhkəmədə məlum oldu ki, Liman şəhər icra nümayəndəsi Bəxtiyar Səfərov, Balıqçılar qəsəbəsi üzrə icra nümayəndəsi Məlikməmməd Abışov, Liman şəhər 1 saylı məktəbin direktoru Əlövsət Qurbanov və əvvəllər müəllim işləmiş, indi isə oğlu vəzifədə olan Siyavuş Süleymanlı dükanımla bağlı iddia qaldırıblar. İddia edirlər ki, obyekt o vaxt saxta yolla özəlləşdirilib. Guya özləri də saxtakarlıq etdiklərini etiraf edirlər. Onlar obyektdə paylarının olduğunu iddia edirlər, amma heç biri o vaxt “Azərittifaq”da işləməyib. İndi saxta sənədlərlə işi öz xeyirlərinə həll etməyə çalışırlar. Amma məqsəd bəllidir, sifarişçilərin də kimliyi ortadadır. Məhkəmə bu gün qərar çıxarmaq istəyirdi. Rəsmən mülkümü əlimdən almaq istəyirlər. Siaysi sifariş olduğu da ortadadır. Son iki ayda bir neçə dəfə davamlı təzyiqə məruz qalmışam, indi də xəbərim olmadan məhkəməyə verilmişəm. Bu gün məhkəmə keçirildi. Xahiş elədim ki, vaxt versinlər. Nəhayət, uzun söhbətdən sonra məhkəmə gələn çərşənbəyə qədər təxirə salındı. Bu işlərin arxasında Lənkəran Şəhər İcra Hakimiyyəti, Liman Şəhər İcra nümayəndəliyi dayanır. Digər icra nümayəndəlikləri və məktəb direktoruna ta icra hakimiyyəti təzyiq edib. Hazırda repressiya ilə üz-üzəyəm. Bir neçə gün öncə yerli icra nümayəndəsi oğluma da zəng edərək hədə-qorxu asmış, təhdid etmişdi. Bu barədə mətbuata da məlumat vermişdim”.

Məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb. Liman şəhər icra nümayəndəsi Bəxtiyar Səfərov da məsələyə münasibət bildirmək istəməyib.

XATIRLATMA

Dekabrın 2-də Müsavat Partiyası Lənkəran təşkilatının sədri İman Əliyev polisə aparılıb. Onunla bağlı polisə icra başçısı şikayət edib. Bu barədə İman Əliyev özü məlumat verib. O bildirib ki, polisə çağırılmasının səbəbi Müsavat Partiyasının Lənkəran Təşkilatının konfransının evində keçirilməsi olub.

Dekabrın 20-də isə İman Əliyevdən yenidən polisə çağırılıb. İ.Əliyevin verdiyi məlumata görə, guya hansısa vətəndaş polisə şikayət edib ki, guya onu zorla partiyaya üzv etmək istəyiblər.

İman Əliyev qeyd edib ki, təzyiqlər noyabrın 26-da Liman şəhərində Müsavat Partiyasının Lənkəran Təşkilatının konfransından sonra başlayıb. Hətta noyabrın 30-da Liman icra hakimiyyəti başçısının müavini Fərid Novruzov onlara gələrək evinin, həyətinin və dükanının şəklini çəkib.

Onun sözlərinə görə, bütün bunlar siyasi fəaliyyətinə görədir: “Konfrans evimdə oldu. Bizə tədbirləri keçirtmək üçün yer vermirlər. O gündən mənə və partiya üzvlərinə təzyiqlər artıb. 36 il bir təşkilatda işləmişəm. Əmlak payı kimi yolun kənarında olan köhnə ticarət obyektini almışam. Alandan sonra təmir etmişəm, buna çoxlu pul xərcləmişəm. Hamısını da qanuni yolla etmişəm. Ailəmi bu ticarət obyektinin hesabına saxlayıram. Gəlib həmin mağazanın və evimin həyətini çəkdilər. Belə başa düşürəm ki, mənə yeni problemlər yaradırlar”.

İcra başçısının müavini Fərid Novruzov isə məlumatı təkzib edib: “Məni bu işlərə qatmayın. Mən heç kəsin nə evini, nə də həyətini çəkmişəm. Məlumat doğru deyil”.

İman Əliyev isə icra hakimiyyəti başçısı müavininin dediklərini həqiqətəuyğun saymayıb.

Bölmənin digər xəbərləri

19 Yanvar 2018 Qadağan olunmuş yerlərdə siqaret çəkənləri cərimələmək səlahiyyəti 2 nazirliyə verildi
18 Yanvar 2018 İlham Əliyev "Soyqırım" haqqında sərəncam imzaladı
17 Yanvar 2018 Müəllimlərin dərs yükü 1,5, aylıq maaşları 2 dəfə qalxdı –Prezident sərəncam verdi
17 Yanvar 2018 Ərdoğanın anonsunu verdiyi müharibə başladı - 30 ölü
16 Yanvar 2018 İranın "Sepəh" bankı Azərbaycan türk millətini təhqir edib
15 Yanvar 2018 "Əgər Tahir Kərimli kimi deputat Xamneyiyə "Xamneyi Ağa" deyirsə..." -ZƏKA SAHİB
14 Yanvar 2018 Bayraqdardan "irançı"lara tərs şillə:"İranı yerlə bir edəcəyik!"
12 Yanvar 2018 Fazil Məmmədov Mehriban Əliyevanın yaxın adamını vəzifədən çıxartdı
11 Yanvar 2018 Türkiyəni bu yolla pis vəziyyətə salmaq istəyirlər – “Yeni Şəfəq”
10 Yanvar 2018 Bəzi ərazilərdə yaşıllıq sahəsinin azaldılmasına icazə veriləcək- Nazirlər Kabineti
10 Yanvar 2018 Şahın oğlu İrana qayıtmağa hazırlaşır: "Vaxtı çatıb"
09 Yanvar 2018 Yeni infoqrafika: Bu ölkələrə vizasız gedə bilərik
09 Yanvar 2018 Vəzifədən çıxarılan 64 vergi məmurundan bəzilərinin adları açıqlandı –SİYAHI
08 Yanvar 2018 Petrosyanın "Qarabağı qaytaraq" tələbi gündəmdə - Güzəşt…
07 Yanvar 2018 Əhmədinejadın həbsi xəbəri yalan çıxdı:“Bu məlumat həqiqətə uyğun deyil”
07 Yanvar 2018 Əhmədinejad həbs edildi
06 Yanvar 2018 Bu sahibkarlar cərimələnəcək - 1000 manat
06 Yanvar 2018 Baxçalıdan Türkiyə ordusuna savaş çağırışı:"Daşı daş üstündə qoymayın!"
05 Yanvar 2018 İranı qarışdıran şəxs açıqlandı - Amerikalı "Ayətullah Mayk"
04 Yanvar 2018 Türkiyə S-400 kompleksi üçün xüsusi alay yaradır
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.