Xəbər lenti

ayetullamayk.jpg
İranın baş prokuroru Cəfər Müntəziri ölkəni bürümüş kütləvi aksiyaların ABŞ, İsrail və Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini bildirib.

Baş prokuror əməliyyata Mərkəzi Kəşfiyyat İdarəsinin İran üzrə xüsusi məsul şəxsi Maykl D`Andrea-nın rəhbərlik etdiyini deyib. Əməliyyatın maliyyələşdirilməsini Ər-Riyad üzərinə götürüb.

Baş prokurorun sözlərinə görə, plan “Ardıcıl konvergensiya doktrinası” adlanır. Bu plana millətçilər, radikal solçular, o cümlədən “İran Xalq Mücahidləri Təşkilatı”, monarxiya tərəfdarları və kommunizm ideyalarına bağlı olan digər bəzi qruplar cəlb edilib.

Ötən ilin iyun ayında “The New York Times” qəzeti xəbər vermişdi ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İrandakı əməliyyatları ilə Maykl d’Andrea məşğul olacaq. Bu şəxs daha çox “ayətullah Mayk” və “Qara şahzadə” ləqəbləri ilə məşhurdur. Məhz d’Andrea “Əl-Kaida”nın keçmiş lideri Üsamə ben Ladenin qətli üzrə əməliyyata nəzarəti həyata keçirirdi. Mənbənin bildirdiyinə görə, bu təyinat onu göstərə bilər ki, Tramp Tehrana qarşı daha mürtəce yanaşmanı seçib.

“O, olduqca aqressiv proqramı həyata keçirə və bunu çox ağıllı şəkildə edə bilir”, - qəzetə verdiyi müsahibədə xüsusi xidmət orqanının keçmiş hüquqşünası Robert İtinger deyib. MKİ özü xəbəri, onun gizli olduğunu bəhanə gətirərək, şərh etməkdən imtina edib. d’Andrea barədə o məlumdur ki, 50-dən bir az artıq yaşı var və İslamı qəbul edib.

Xatırladaq ki, İranda etirazlar əsas ərzaq məhsullarının, o cümlədən yoxsulların qarnını doyurması üçün ən əlçatan ərzaq sayılan yumurtanın kəskin bahalaşmasına görə başlamışdı. Lakin İran hakimiyyəti dərhal etirazlara görə məsuliyyəti xarici düşmənlərin üzərinə qoyub.

Aksiyalar başlayandan ABŞ rəhbərliyi, o cümlədən prezident Tramp etirazlara fəal dəstək verib./virtualaz.org/
Sozcu.az

Bölmənin digər xəbərləri

19 Yanvar 2018 Qadağan olunmuş yerlərdə siqaret çəkənləri cərimələmək səlahiyyəti 2 nazirliyə verildi
18 Yanvar 2018 İlham Əliyev "Soyqırım" haqqında sərəncam imzaladı
17 Yanvar 2018 Müəllimlərin dərs yükü 1,5, aylıq maaşları 2 dəfə qalxdı –Prezident sərəncam verdi
17 Yanvar 2018 Ərdoğanın anonsunu verdiyi müharibə başladı - 30 ölü
16 Yanvar 2018 İranın "Sepəh" bankı Azərbaycan türk millətini təhqir edib
15 Yanvar 2018 "Əgər Tahir Kərimli kimi deputat Xamneyiyə "Xamneyi Ağa" deyirsə..." -ZƏKA SAHİB
14 Yanvar 2018 Bayraqdardan "irançı"lara tərs şillə:"İranı yerlə bir edəcəyik!"
12 Yanvar 2018 Fazil Məmmədov Mehriban Əliyevanın yaxın adamını vəzifədən çıxartdı
11 Yanvar 2018 Türkiyəni bu yolla pis vəziyyətə salmaq istəyirlər – “Yeni Şəfəq”
11 Yanvar 2018 Lənkəranda Müsavatçıya təzyiq: Mülkü əlindən alınır
10 Yanvar 2018 Bəzi ərazilərdə yaşıllıq sahəsinin azaldılmasına icazə veriləcək- Nazirlər Kabineti
10 Yanvar 2018 Şahın oğlu İrana qayıtmağa hazırlaşır: "Vaxtı çatıb"
09 Yanvar 2018 Yeni infoqrafika: Bu ölkələrə vizasız gedə bilərik
09 Yanvar 2018 Vəzifədən çıxarılan 64 vergi məmurundan bəzilərinin adları açıqlandı –SİYAHI
08 Yanvar 2018 Petrosyanın "Qarabağı qaytaraq" tələbi gündəmdə - Güzəşt…
07 Yanvar 2018 Əhmədinejadın həbsi xəbəri yalan çıxdı:“Bu məlumat həqiqətə uyğun deyil”
07 Yanvar 2018 Əhmədinejad həbs edildi
06 Yanvar 2018 Bu sahibkarlar cərimələnəcək - 1000 manat
06 Yanvar 2018 Baxçalıdan Türkiyə ordusuna savaş çağırışı:"Daşı daş üstündə qoymayın!"
04 Yanvar 2018 Türkiyə S-400 kompleksi üçün xüsusi alay yaradır
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.