Xəbər lenti

ilhameliyevbua.jpg
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-202 kilometrlik hissəsində tikiləcək yeni yolun təməlqoyma mərasimində iştirak edib.

 Azəravtoyol ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına avtomobil yolunun layihəsi barədə məlumat verib.

Bildirilib ki, layihə çərçivəsində Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən başlayaraq, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Gəndob yaşayış məntəqəsinə qədər 97 kilometr uzunluğunda, oradan da Rusiya Federasiyası sərhədinə doğru 22 kilometr yeni yolun tikintisi nəzərdə tutulur. Beləliklə, dörd hərəkət zolaqlı yeni yolun uzunluğu 119 kilometr, eni 15 metr olacaq. 119-cu kilometrdən sərhədə doğru 38 kilometr uzunluğunda yeni yolun tikintisi isə davam edir. Yolun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Gəndob yaşayış məntəqəsinə qədər olan hissəsinin 1-ci texniki dərəcəyə uyğun tikilməsi nəzərdə tutulur. Yola hər hansı maneənin çıxmasının qarşısını almaq üçün körpü və birləşmələr inşa ediləcək, yol hər iki tərəfdən çəpərlənəcək. Əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək. Bu işlər tam başa çatdıqdan sonra yolun ümumi uzunluğunun 157 kilometr təşkil edəcəyi gözlənilir. Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 2005-ci ildə Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Sazişə qoşulub. Bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının körfəz ölkələrinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradır. Dəhlizin Azərbaycan ərazisindən keçən avtomobil yollarının uzunluğu 520 kilometrdir. Bunlardan, Bakı-Quba-Rusiya sərhədi istiqamətində yolun uzunluğu 208 kilometr, Bakı-Ələt-Astara yolunun uzunluğu isə 312 kilometr təşkil edir. Qeyd edilən mövcud yolların yaşayış məntəqələrindən keçməsi sürət həddinin aşağı, vaxt sərfiyyatının çox olmasına səbəb olur. Yaşayış məntəqələrindən keçmədən, mövcud yollara alternativ yolların tikintisi magistral yollarda nəqliyyatın sıxlığını aradan qaldırmaq, ölkədə avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizlik tələblərinin təmin edilməsi məqsədi daşıyır. Belə ki, yüksək standartlara və normativlərə uyğun olan avtomobil yollarında maksimal sürət həddi olacaq, bu yollarda nəqliyyat vasitələri daha rahat və təhlükəsiz hərəkət edə biləcək.

Sonra dövlət başçısı yeni yolun təməlini qoyub./axar.az/
Sozcu.az

Bölmənin digər xəbərləri

13 Dekabr 2017 Seçicinin səsvermə məntəqəsinin girişində yoxlanması qaydası ləğv edilir- Yeni qərar hazırlanır
13 Dekabr 2017 Putin Ərdoğanla S-400 müqaviləsini imzalmaqdan son anda imtina etdi
12 Dekabr 2017 Vikipediya Kərimzadəni kürd etdi: qızı danışdı - Foto
11 Dekabr 2017 Məhəmməd Əmin Rəsulzadənin məktubları ilk dəfə nəşr olunub
11 Dekabr 2017 Putin ordunu Suriyadan çıxarır – Əmr
11 Dekabr 2017 NATO-dan hesabat:“Rusiya Bakı və İrəvana bilərəkdən ziddiyyətli siyasi mesajlar göndərir"
09 Dekabr 2017 Nazirlikdən “Mavi balina” xəbərdarlığı - Toplantı
06 Dekabr 2017 Tramp “dərin dövlətlə” savaş açır: xüsusi qrup yaranır
06 Dekabr 2017 Tramp bu gün Qüdsün İsrailin paytaxtı kimi tanındığını elan edəcək
05 Dekabr 2017 Rusiya Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıldı
05 Dekabr 2017 Mikayıl Cabbarov vergilər naziri təyin edildi
04 Dekabr 2017 Ərdoğan Ermənistanı izolyasiyanı gücləndirməklə hədələdi
04 Dekabr 2017 80 YAŞLI SABİQ KƏŞFİYYATÇI TÜRKİYƏDƏKİ ÇEVRİLİŞİN BEYİN MƏRKƏZİ ROLUNDA
04 Dekabr 2017 Rusiya Xəzərdə antiterror təlimləri keçirdi –Hərbi donanmanı dənizə çıxardı
02 Dekabr 2017 İlham Əliyev sərəncam imzaladı
02 Dekabr 2017 Pensiyalar bu tarixdə artırılacaq - Rəsmi
02 Dekabr 2017 Israil Iranı vurdu-Müharibə?
30 Noyabr 2017 MTN generalına hökm: 10,6 il həbs, əmlakı və rütbəsi...
30 Noyabr 2017 Azərbaycanda iki futbolçunun həbs xəbəri yayıldı – Şok faktlar
30 Noyabr 2017 Zərrab ayaqları qandallı hakim qarşısına çıxarıldı və şok ifadələr verdi
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.