Xəbər lenti

trampyehudi.jpg
ABŞ prezidenti Donald Tramp bu gün Yerusəlimin (Qüds-red.) İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin yüksək vəzifəli nümayəndəsi bəyan edib.

“Prezident dekabrın 6-da ABŞ-ın Yerusəlimin İsrailin paytaxtı kimi tanıdığını bəyan edəcək”, - deyə administrasiya nümayəndəsi təşkil olunmuş xüsusi brifinqdə bildirib.

Onun sözlərinə görə, Tramp həmçinin ABŞ-ın İsraildəki səfirliyinin Tel Əvivdən Yerusəlimə köçürüləcəyini bəyan edəcək.

“Bu həm tarixi, həm də müasir reallığın tanınması deməkdir. Bu dinc nizamlanmaya dair danışıqlar prosesinin hər hansı aspektlərinə və sərhəd məsələsinə toxunmur. D.Tramp qərarını Yaxın Şərq ölkələrin rəhbərləri ilə müzakirə edib. Fələstin-İsrail münaqişəsinin nizamlanması ilə məşğul olan xarici ölkə liderləri D.Trampa dəstək verib”, - deyə o bildirib.

Ağ Ev nümayəndəsi qeyd edib, Yerusəlimə dair qərar heç də ABŞ-ın İsrail sərhədləri ilə bağlı siyasətini dəyişmir: “Məbəd dağı məsələsində prezident bir daha status-kvonun qorunmasının vacibliyini qeyd edib. Tramp Fələstin-İsrail münaqişəsinin nizamlanması məsələsində nikbindir”.

D.Trampın müvafiq bəyanatı bu gün Bakı vaxtı ilə saat 22.00-da səsləndirəcəyi bildirir.

Qeyd edək ki, ərəb ölkələrinin liderləri ABŞ prezidentinin niyyətini tənqid ediblər, Aİ isə D.Trampın bu qərarının Yaxın Şərq probleminin həlli istiqamətində səylərə xələl gətirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Sozcu.az

Bölmənin digər xəbərləri

13 Dekabr 2017 Seçicinin səsvermə məntəqəsinin girişində yoxlanması qaydası ləğv edilir- Yeni qərar hazırlanır
13 Dekabr 2017 Putin Ərdoğanla S-400 müqaviləsini imzalmaqdan son anda imtina etdi
12 Dekabr 2017 Vikipediya Kərimzadəni kürd etdi: qızı danışdı - Foto
11 Dekabr 2017 Məhəmməd Əmin Rəsulzadənin məktubları ilk dəfə nəşr olunub
11 Dekabr 2017 Putin ordunu Suriyadan çıxarır – Əmr
11 Dekabr 2017 NATO-dan hesabat:“Rusiya Bakı və İrəvana bilərəkdən ziddiyyətli siyasi mesajlar göndərir"
09 Dekabr 2017 Nazirlikdən “Mavi balina” xəbərdarlığı - Toplantı
07 Dekabr 2017 İlham Əliyev yeni yolun təməlini qoydu
06 Dekabr 2017 Tramp “dərin dövlətlə” savaş açır: xüsusi qrup yaranır
05 Dekabr 2017 Rusiya Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıldı
05 Dekabr 2017 Mikayıl Cabbarov vergilər naziri təyin edildi
04 Dekabr 2017 Ərdoğan Ermənistanı izolyasiyanı gücləndirməklə hədələdi
04 Dekabr 2017 80 YAŞLI SABİQ KƏŞFİYYATÇI TÜRKİYƏDƏKİ ÇEVRİLİŞİN BEYİN MƏRKƏZİ ROLUNDA
04 Dekabr 2017 Rusiya Xəzərdə antiterror təlimləri keçirdi –Hərbi donanmanı dənizə çıxardı
02 Dekabr 2017 İlham Əliyev sərəncam imzaladı
02 Dekabr 2017 Pensiyalar bu tarixdə artırılacaq - Rəsmi
02 Dekabr 2017 Israil Iranı vurdu-Müharibə?
30 Noyabr 2017 MTN generalına hökm: 10,6 il həbs, əmlakı və rütbəsi...
30 Noyabr 2017 Azərbaycanda iki futbolçunun həbs xəbəri yayıldı – Şok faktlar
30 Noyabr 2017 Zərrab ayaqları qandallı hakim qarşısına çıxarıldı və şok ifadələr verdi
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.