Xəbər lenti

eflatunamasov.jpg“Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının 8 noyabr 2017-ci il tarixli iclasından sonra adlarının «qara siyahı»ya əlavə edilməsi tövsiyə olunan kütləvi informasiya vasitələrinin bir qrupu tərəfindən Şuranın İdarə Heyətinin üzvlərinə qarşı xoşagəlməz kampaniyaya start verilib”.

Sozcu.az xəbər verir ki, bu barədə şuranın yaydığı məlumatda qeyd edilir. Bildirilir ki, kampaniyaya adları «qara siyahı»da yer alan bəzi informasiya orqanları da qoşulub: “MŞ təmsilçiləri barədə qərəzli, həqiqətə uyğun gəlməyən materiallar, hədələyici anonslar yayımlanmaqda, müxtəlif sosial şəbəkələrdə paylaşılmaqda, real və saxta profillər vasitəsi ilə verilən şərhlərdə böhtanlara, açıq təhqirlərə üstünlük verilməkdədir".

Azərbaycan Mətbuat Şurası bildirir ki, “qara siyahı”ya daxil edilmə peşə prinsiplərinə laqeyd yanaşan, onları mütəmadi pozan, tövsiyyə və iradlara məhəl qoymayan, ümumən etik dəyərlərə zidd davranış və hərəkətlərə yol verən KİV-lərə qarşı ictimai məzəmmət və ictimai qınaq tədbiridir. Şuradan eyni zamanda qeyd edilir ki, mediada hədə-qorxu və şantajla müşaiyyət edilən yazıları və ya məqalələri qarşı tərəfə - hüquqi, yaxud fiziki şəxsə təsir vasitəsi sayır:
"Buna görə də «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası çıxardığı məlum rəyində tam haqlıdır. Təəssüf ki, bəzi KİV-lər və onların jurnalist adına iddia edən rəhbərləri məsələnin mahiyyətini düzgün qiymətləndirməyəcək qədər bəsit fəaliyyət yolundan əl çəkmirlər.
Komissiya rəyə gələrkən həmçinin peşə fəaliyyəti, yaradıcılıq xüsusiyyətləri şikayət(lər) doğurmuş KİV-lərin yazılarında tənqid obyektinə çevrilmiş şəxslərə münasibətdəki forma və metodları əsas götürüb. Bu forma və metodlar isə tam spekulyativ təbiətə malikdir. Guya şəhid ailələrinin hüquqlarını qorumaq, hansısa ədalətsizliyin qarşısını almaq məqsədi ilə onların adından ölkə rəhbərliyinə aramsız müraciətlərin yayımlanması, eyni şəxslərin hədəfə götürülməsi (bəzən barələrində bir gündə iki və daha çox materialın yayımlanması), özlərinə yaxın media vasitələri ilə “korporativ həmrəylik” (eyni şəxs barədə beş-on saytda eyni materialın yayımlanması), müəyyən təmənna müqabilində məsələni həll etmə imkanlarının mövcudluğuna dair tənqid obyektlərinə ünvanlanan açıq və qapalı eyhamlar, qanunsuz tələblərin yerinə yetirilməsi üçün şikayət müəllifləri kimi göstərilən şəxslərlə sövdələşmələr, milli ayrıseçkilik zəminində ittihamlar və sair belə yarıtmazlıqlar kifayət qədərdir. Bütün bunlar əslində “reket” sözünə sırf hüquqi prizmadan yanaşmaq üçün də ciddi əsaslar yaradır".

Mətbuat Şurasının yaydığı məlumatda o da vurğulanır ki, qurumun fəaliyyəti timsalında Azərbaycan mediasının saflaşmasına yönələn işlər eyni zamanda ictimai əhəmiyyətlidir:
"İndiyədək həqiqi qələm sahibləri, peşənin təəssübünü çəkən jurnalistlər tərəfindən prosesə böyük dəstək göstərilib. İnanırıq ki, bu dəstək bundan sonra da olacaqdır. Hədə-qorxu mesajları ünvanlayanlar, təhqir və böhtan yağdıranlar isə anlamalıdırlar ki, Şura onlarla mübarizədə həm geniş cəmiyyətin dəstəyinə, həm də qanunçuluğun gücünə arxayındır.

Mətbuat Şurasının üzvlərinə münasibətdə nalayiq davranışlar bütövlükdə bu qurumu formalaşdıran həqiqi peşə sahiblərinə, təəssübkeş qələm əhlinə, media cameəsinin daşıdığı bəşəri dəyərlərə həqarət kimi qiymətləndiriləcək, layiqli cəzasını alacaqdır. Şura mübarizəsində haqlıdır və heç bir halda haqlı mövqeyindən geri çəkilməyəcəkdir. Buna hər kəs əmin olsun, xəbərdarlıqdan düzgün nəticə çıxarsın”.

Bölmənin digər xəbərləri

24 Noyabr 2017 Türkiyədən ABŞ-a qarşı tarixi fənd – S-400
24 Noyabr 2017 Pasportunu itirənlərə xəbərdarlıq - Rüsumlar artırılır
21 Noyabr 2017 Mübahisəli inzibati ərazilərlə bağlı problemlər necə həll ediləcək? –Prezidentdən mühüm fərman
21 Noyabr 2017 Rusiyanın axtardığı Telman İsmayılov üzə çıxdı:"Hamı deyir ki, sənin məsələnlə bağlı əmr yuxarıdan gəlib..."
20 Noyabr 2017 Lotu Quli Türkiyədən böyük savaşa hazırlaşır
19 Noyabr 2017 Dünyanın ən çox sərvət toplayan diktatorları - Siyahı
18 Noyabr 2017 Yarımçıq binadan mənzil satılmasına son
18 Noyabr 2017 Norveç də Türkiyədən üzr istədi
17 Noyabr 2017 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
17 Noyabr 2017 Bakıda məmur oğlu polisdən qaçıb restoranda gizləndi - VİDEO
16 Noyabr 2017 Gürcüstandakı soydaşlarımız ana dilində dərslik tapa bilmir –Təhsil Nazirliyindən isə səs çıxmır
16 Noyabr 2017 Astarada Şəhid məzarı baxımsızlıqdan uçub dağılır -FOTOLAR
16 Noyabr 2017 Rusiya mətbuatından sensasion iddia:"Ərdoğanla Putin razılaşdı, 5 rayon Azərbaycana qaytarılacaq"
15 Noyabr 2017 Ünvanlı sosial yardım ləğv ediləcək
15 Noyabr 2017 Türkiyəni ayağa qaldıran skandal bitdi – Atatürkün ölüm fərmanı...
15 Noyabr 2017 Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ verilir
15 Noyabr 2017 "Konfirella" adlı Peçenyenin içindən şüşə çıxdı
15 Noyabr 2017 Cəmilov: Kremldə elə kişi yoxdur
14 Noyabr 2017 Azərbaycanın dövlət borcu fəlakətli həddə çatıb
14 Noyabr 2017 Azərbaycanda "qida polisi": Məhsulların reyestrini aparacaq, yoxlamadan keçirəcək
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.