Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_mehsulstadion.jpg
“Praktik Hüquqşünaslar Qrupu” noyabrın 18-də keçmiş Məhsul stadionunda mitinq keçirəcək.

 Bu barədə işçi qrupunun üzvü Xalid Bağırov "Amerikanın Səsi"-nə bildirib. Onun sözlərinə görə, “Praktik Hüquqşünaslar Qrupu” bu gün mitinqin razılaşdırılması üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcək. Hüquqşünaslar Milli Məclisin nümayəndəlik instutunun ləğvi ilə bağlı qanunvericiliyə etdiyi dəyişikliyə etiraz edir.

Azərbaycan Milli Məclisi oktaybrın 31-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik edib. Ali Məhkəmənin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, fiziki şəxsin yalnız yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə verilir. Dəyişikliyə görə, məhkəmə çəkişmələrində nümayəndəlik institutunun vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur. Kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilmir.

Qanun 2018-ci il yanvarın 1-də qüvvəyə minəcək.

Azərbaycanda vəkillık etmək üçün Vəkillər Kollegiyasının üzvü olmaq lazımdır. Ölkədə hazırda 10 milyona yaxın insan yaşayır, Vəkillər Kollegiyasının isə cəmi 900 üzvü var. “Praktik Hüquqşünaslar Qrupu” bu ilin oktyabrında formalaşıb. Qrupa 10 hüquqşünas daxildir. Qrup hüquqi islahatlarla bağlı təkliflər hazırlayıb hökumətə təqdim etmək və ölkədəki hüquqşünasların maraqlarını təmsil etmək məqsədilə yaradılıb.
Sozcu.az

Bölmənin digər xəbərləri

24 Noyabr 2017 Türkiyədən ABŞ-a qarşı tarixi fənd – S-400
24 Noyabr 2017 Pasportunu itirənlərə xəbərdarlıq - Rüsumlar artırılır
21 Noyabr 2017 Mübahisəli inzibati ərazilərlə bağlı problemlər necə həll ediləcək? –Prezidentdən mühüm fərman
21 Noyabr 2017 Rusiyanın axtardığı Telman İsmayılov üzə çıxdı:"Hamı deyir ki, sənin məsələnlə bağlı əmr yuxarıdan gəlib..."
20 Noyabr 2017 Lotu Quli Türkiyədən böyük savaşa hazırlaşır
19 Noyabr 2017 Dünyanın ən çox sərvət toplayan diktatorları - Siyahı
18 Noyabr 2017 Yarımçıq binadan mənzil satılmasına son
18 Noyabr 2017 Norveç də Türkiyədən üzr istədi
17 Noyabr 2017 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
17 Noyabr 2017 Bakıda məmur oğlu polisdən qaçıb restoranda gizləndi - VİDEO
16 Noyabr 2017 Gürcüstandakı soydaşlarımız ana dilində dərslik tapa bilmir –Təhsil Nazirliyindən isə səs çıxmır
16 Noyabr 2017 Astarada Şəhid məzarı baxımsızlıqdan uçub dağılır -FOTOLAR
16 Noyabr 2017 Rusiya mətbuatından sensasion iddia:"Ərdoğanla Putin razılaşdı, 5 rayon Azərbaycana qaytarılacaq"
15 Noyabr 2017 Ünvanlı sosial yardım ləğv ediləcək
15 Noyabr 2017 Türkiyəni ayağa qaldıran skandal bitdi – Atatürkün ölüm fərmanı...
15 Noyabr 2017 Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ verilir
15 Noyabr 2017 "Konfirella" adlı Peçenyenin içindən şüşə çıxdı
15 Noyabr 2017 Cəmilov: Kremldə elə kişi yoxdur
15 Noyabr 2017 Mətbuat Şurası məlumat yaydı: "Bizə qarşı kampaniyaya başlayıblar"
14 Noyabr 2017 Azərbaycanın dövlət borcu fəlakətli həddə çatıb
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.