Xəbər lenti

dugin.jpg
Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqu hesab olunan rusiyalı filosof Aleksandr Duqin Türkiyəyə ABŞ-ın iqtisadi sanksiyaları ilə bağlı xəbərdarlıq edib.

Publika.az “Habertürk” nəşrinə istinadən xəbər verir ki, Duqin Qərbin Türkiyənin zəif yerlərindən istifadə etməyə çalışacağını bildirib.
Onun sözlərinə görə, Ankara İraq işğalından sonra yeni təhlükənin Qərb olduğunu başa düşüb.
Qərb Türkiyəni öz aralarında görmək istəmir. ABŞ kürdlərə dəstək verərək Türkiyə dövlətini təhdid edir. Ərdoğan (Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan –red.) həm müsəlmanlar, həm də Qərblə ittifaq bağladı. Nəticə nə oldu? Dövlət çevrilişinə cəhd. ABŞ islam ideologiyası və FETÖ-dən istifadə edərək dövlət çevrilişinə cəhd etdi. Davudoğlunun (Türkiyənin keçmiş xarici işlər naziri Əhməd Davudoğlu –red.) Suriya siyasəti başqa bir nümunədir. Yenə də islamçı və Qərb tərəfdarı fikirlərinin qarışığı idi. Proseslərin gəldiyi indiki nöqtə Ərdoğana Qərblə əlaqələrin bitdiyini göstərdi”, - Duqin deyib.
Beynəlxalq Avrasiya Hərəkatının lideri hesab edir ki, Ərdoğanın azad və müstəqil olmaq istəyi artdıqca, bir o qədər çox Qərbin hədəfinə çevrilir:
“Türkiyə bütöv qalmaq istəyirsə, bunu Qərb düşərgəsinin içində qalaraq edə bilməz. Türkiyə parlamentinə o bombaları (söhbət 2016-cı il iyulun 15-də qiyamçılar tərəfindən Türkiyə parlamentinin bombalanmasından gedir –red.) Rusiya atmadı.
Duqin Rusiya və Türkiyə arasında təyyarə böhranı ilə pozulan münasibətlərin normallaşması üçün Rusiya prezidenti Vladimir Putini yola gətirdiyini növbəti dəfə etiraf edib:
“Putini Ərdoğanla bağlı mən razı saldım. Bəli, münasibətlərin normallaşması üçün yardım etdim, çünki müharibənin bir addımlığında idik. Prezidentimizin fikrini asanlıqla dəyişdirmək mümkün deyil. Putin rasional və idealistdir. Bəzi mövzularla bağlı dəlilləri varsa, dəyərləndirir”.
Onun sözlərinə görə, Qərb “Ergenekon” və “Balyoz”dan sonra ordunun içində Ərdoğana dəstək verəcək kimsənin qalmadığını düşünmüşdü:
“Amma ordudakı atatürkçülər Ərdoğanı dəstəklədilər. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi dövlət çevrilişinə cəhd gecəsi Rusiya ilə Türkiyə arasındakı əlaqə kanallarını kəsməyə çalışdı. Onlar Putini Ərdoğana qarşı mövqe tutması üçün razı salmağa çalışdılar. İstənilən liderin Ərdoğandan daha yaxşı olacağını, vətəndaş müharibəsinin baş verəcəyini və Rusiyanın bu müharibəni öz xeyrinə istifadə edə biləcəyini söylədilər. Putinin ətrafındakı təsirli şəxslərdən istifadə etmək istədilər. Amma Putini razı salmaq mümkün olmadı. Çünki bu, Türkiyənin sonu demək idi. Daha əvvəl də dediyim kimi, kürdlər dövlət çevrilişinə cəhddən sonra üsyan hazırlığı görmüşdülər”.
Rusiyalı filosof qeyd edir ki, Qərb bir çox amili bir araya gətirərək Türkiyəyə qarşı hərəkət edəcək. Duqinin fikincə, etnik qarşıdurmalar yaradıla, siyasi və hərbi elitadan Ərdoğana qarşı istifadə oluna bilər:
“Amerikalılar bütün zəif nöqtələrdən istifadə etməyə çalışacaqlar. Bütün iqtisadi əlaqələrdən mütləq istifadə edəcəklər. Daim hücum altında olacaqsınız. İran və Türkiyəyə qarşı sanksiyalar tətbiq olunub. Əminəm ki, onlar Türkiyəyə qarşı da bunu edəcəklər. İqtisadiyyatı xilas etmək üçün Türkiyənin “B” planı olmalıdır”.
Duqinin fikrincə, İran, Türkiyə, Rusiya, Suriya və İraq bir araya gələrək kürdlərə onları razı sala biləcək bir təklif verərsə, hamı öz təhlükəsizliyini təmin edər.
“Kürd kimliyinə laqeyd qalmamalıyıq. Çünki bunu etdikcə, onlar ABŞ və İsrailin əlinə düşürlər. Onların Amerika imperalizminin kuklaları olmasına mane olmalıyıq”, - o söyləyib.
Duqin dövlət çevrilişinə cəhddən əvvəl “orduda hərəkətlilik var” deyərək Ankaranı xəbərdar etmişdi.
Sozcu.az

Bölmənin digər xəbərləri

24 Noyabr 2017 Türkiyədən ABŞ-a qarşı tarixi fənd – S-400
24 Noyabr 2017 Pasportunu itirənlərə xəbərdarlıq - Rüsumlar artırılır
21 Noyabr 2017 Mübahisəli inzibati ərazilərlə bağlı problemlər necə həll ediləcək? –Prezidentdən mühüm fərman
21 Noyabr 2017 Rusiyanın axtardığı Telman İsmayılov üzə çıxdı:"Hamı deyir ki, sənin məsələnlə bağlı əmr yuxarıdan gəlib..."
20 Noyabr 2017 Lotu Quli Türkiyədən böyük savaşa hazırlaşır
19 Noyabr 2017 Dünyanın ən çox sərvət toplayan diktatorları - Siyahı
18 Noyabr 2017 Yarımçıq binadan mənzil satılmasına son
18 Noyabr 2017 Norveç də Türkiyədən üzr istədi
17 Noyabr 2017 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
17 Noyabr 2017 Bakıda məmur oğlu polisdən qaçıb restoranda gizləndi - VİDEO
16 Noyabr 2017 Gürcüstandakı soydaşlarımız ana dilində dərslik tapa bilmir –Təhsil Nazirliyindən isə səs çıxmır
16 Noyabr 2017 Astarada Şəhid məzarı baxımsızlıqdan uçub dağılır -FOTOLAR
16 Noyabr 2017 Rusiya mətbuatından sensasion iddia:"Ərdoğanla Putin razılaşdı, 5 rayon Azərbaycana qaytarılacaq"
15 Noyabr 2017 Ünvanlı sosial yardım ləğv ediləcək
15 Noyabr 2017 Türkiyəni ayağa qaldıran skandal bitdi – Atatürkün ölüm fərmanı...
15 Noyabr 2017 Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ verilir
15 Noyabr 2017 "Konfirella" adlı Peçenyenin içindən şüşə çıxdı
15 Noyabr 2017 Cəmilov: Kremldə elə kişi yoxdur
15 Noyabr 2017 Mətbuat Şurası məlumat yaydı: "Bizə qarşı kampaniyaya başlayıblar"
14 Noyabr 2017 Azərbaycanın dövlət borcu fəlakətli həddə çatıb
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.