Xəbər lenti

dim.jpg
Bildiyiniz kimi, 2019-cu ildə Azərbaycanda fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinə ilk dəfə olaraq yeni formatda qəbul imtahanları keçriləcək. Bu imtahanlar zamanı birinci və ikinci mərhələdə hansı standartlar üzrə şagirdlərin bilik və bacarıqlarının yoxlanılacağı indidən tam şəkildə açıqlanmalıdır ki, hal-hazırda X sinifdə oxuyan şagirdlər daha rahat və yüksək səviyyədə hazırlaşa bilsin.

 Sozcu.az xəbər verir ki,bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, yeniliyə iki ildən də az müddət qalmasına baxmayaraq, hələ də həll olunmayan, müəllim və şagirdlər üçün açıq qalan suallar var:

“Bütün təhsil ictimaiyyətini narahat edən sual 2019-cu ildə keçriləcək qəbul imtahanlarında hansı dərsliklərdən istifadə olunması ilə bağlıdır. Məlum olduğu kimi, artıq IX sinifdə bütün tədris proqramı başa çatır və şagirdlər X-XI siniflərdə VI-IX siniflərdə öyəndikləri mövzuları təkrar, dərinləşmiş formada oxuyurlar. İndi maraqlıdır ki, qəbul imtahanlarında VI-XI sinif dərsliklərindən istifadə olunacaq, yoxsa yalnız X-XI siniflərdən? Nəzərə alsaq ki, Azərbaycan respublikası Prezidenti İlham Əliyevin 2004-cü il sərəncamından sonra orta məktəbdə təhsil alan bütün şagirdlərə dərsliklər pulsuz olaraq verilir, amma dərs ilinin sonunda həmən kitablar geri yığılır, deməli, ali məktəbə sənəd verən XI sinif şagirdinin aşağı sinif kitabları yoxdur. Bu o deməkdir ki, valideynlər əlavə xərc çəkərək, həmin kitabları əldə etməlidir. Bundan əlavə, şagirdlər aşağı siniflərdəki mövzuları təkrarlamaq, oxumaq üçün yenidən repetitora müraciət etməli olacaqlar. Bu da öz növbəsində valideynləri əlavə məbləğ itkisi ilə qarşı-qarşıya qoyacaq”.

Ekspert qeyd edib ki, 2008-ci ildən başlayaraq, respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir:

“Lakin 2017-ci ildə məhz ilk dəfə kurikulumla təhsil almağa başlayanların IX sinifdə buraxılış imtahanları keçirildi, ortaya heç də xoş olmayan nəticə çıxdı. Məlum oldu ki, 2019-cu ildə 5-6 fənndən qəbul imtahan verəcək şagirdlər 2017-ci ildə 2 fənndən verdikləri buraxılış imtahanları nəticəsinə görə kurikulumu demək olar ki, anlamayıblar, mənimsəməyiblər. Bununla yanaşı, 2019-cu ildə qruplara daxil olan fənlər üzrə bal paylanma əmsalının hələ də açıqlanmaması ciddi narahatlıq doğurur. Doğrudur, 2019-cu ildən etibarən buraxılış imtahanlarında toplanılan balın qəbul imtahanına birbaşa təsir etməsi buraxılış imtahanlarının əhəmiyyətini artırsa da, bu mərhələdə də balların əmsalının fənlər üzrə açıqlanmaması ciddi ajiotaja səbəb olub”.

Ekspert digər bir probleminin 2018-ci ildə keçriləcək qəbul imtahanları ilə bağlı fənlər üzrə proqramların, noyabr ayı olmasına baxmayaraq, çap etməməsi olduğunu vurğulayıb:

“Abituriyentlərin hansı proqram üzrə hazırlaşması ilə bağlı məsələ də həll olunmamış qalır. Hər mərhələdə hansı sayda test tapşırığı olacağı, hansı fənlərin üstünlük təşkil edəcəyi məsələsinə aydınlıq gəlməlidir. Düşünürəm ki, 2019-cu ildə keçriləcək qəbul imtahanlarının qiymətləri də bu illə müqayisədə çox olacaq. Çünki DİM-in yeni tipli imtahanı təşkil etməsi üçün daha çox vəsaitə ehtiyacı olacaq”.

Ekspert kurikulum standartları, yeni təhsil proqramlarının tətbiqi ilə təhsil alan şagirdlərin bacarıqlarının ölçülməsinin ciddi problemə çevrildiyini bildirib:

“2017-ci ildə IX siniflər üzrə keçrilən buraxılış imtahanları zamanı müəyyən sayda yoxlayıcı markerin səhvə yol verməsi səbəbindən yüzlərlə şadirdin biliyi düzgün qiymətləndirilməmişdi. Danılmaz faktdır ki, respublikada qiymətləndirmə sahəsində yeni yanaşmaya ehtiyac yaranmışdır. Bunun üçün dünya təcrübəsindən, konkret olaraq İELTS və SAT imtahanlarının nümunəsindən istifadə etmək lazımdır. Bu həm şagird biliyinin müasir standartlara uyğun qiymətləndirilməsinə imkan yaradacaq, həm də valideyinlərin əlavə xərc çəkərək repetitorlara müraciət etməməsi ilə nəticələnəcək”.

Bölmənin digər xəbərləri

23 Yanvar 2018 Azərbaycandan bu ay üçün nəzərdə tutulan Ümrə ziyarəti səfəri ləğv olundu –QMİ-dən açıqlama
20 Yanvar 2018 Türkiyə Silahlı Qüvvələri:"Afrindəki 113 hədəfin 108-i vurulub"
20 Yanvar 2018 Türkiyə Baş Qərargahı:"Afrindəki terrorçulara qarşı "Zeytun budağı" əməliyyatı başlayıb"
19 Yanvar 2018 Qadağan olunmuş yerlərdə siqaret çəkənləri cərimələmək səlahiyyəti 2 nazirliyə verildi
18 Yanvar 2018 İlham Əliyev "Soyqırım" haqqında sərəncam imzaladı
17 Yanvar 2018 Müəllimlərin dərs yükü 1,5, aylıq maaşları 2 dəfə qalxdı –Prezident sərəncam verdi
17 Yanvar 2018 Ərdoğanın anonsunu verdiyi müharibə başladı - 30 ölü
16 Yanvar 2018 İranın "Sepəh" bankı Azərbaycan türk millətini təhqir edib
15 Yanvar 2018 "Əgər Tahir Kərimli kimi deputat Xamneyiyə "Xamneyi Ağa" deyirsə..." -ZƏKA SAHİB
14 Yanvar 2018 Bayraqdardan "irançı"lara tərs şillə:"İranı yerlə bir edəcəyik!"
12 Yanvar 2018 Fazil Məmmədov Mehriban Əliyevanın yaxın adamını vəzifədən çıxartdı
11 Yanvar 2018 Türkiyəni bu yolla pis vəziyyətə salmaq istəyirlər – “Yeni Şəfəq”
11 Yanvar 2018 Lənkəranda Müsavatçıya təzyiq: Mülkü əlindən alınır
10 Yanvar 2018 Bəzi ərazilərdə yaşıllıq sahəsinin azaldılmasına icazə veriləcək- Nazirlər Kabineti
10 Yanvar 2018 Şahın oğlu İrana qayıtmağa hazırlaşır: "Vaxtı çatıb"
09 Yanvar 2018 Yeni infoqrafika: Bu ölkələrə vizasız gedə bilərik
09 Yanvar 2018 Vəzifədən çıxarılan 64 vergi məmurundan bəzilərinin adları açıqlandı –SİYAHI
08 Yanvar 2018 Petrosyanın "Qarabağı qaytaraq" tələbi gündəmdə - Güzəşt…
07 Yanvar 2018 Əhmədinejadın həbsi xəbəri yalan çıxdı:“Bu məlumat həqiqətə uyğun deyil”
07 Yanvar 2018 Əhmədinejad həbs edildi
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.