Xəbər lenti

2sayli1.PNG
Ağsu şəhər S.Umbayev adına 2 saylı tam orta məktəbin bərbad vəziyyətdə olması haqqında bir neçə valideyin sozcu.az-a yazaraq şikayət ediblər.  Şikayət edən valideyinlər bildiriblər ki, dəfələrlə bu haqda rayon təhsil şöbəsinə  müraciət etsələrdə məktəbdə vəziyyət hələ də dözülməz olaraq qalmaqdadır.

Övladlarının sinif otaqlarında başlarına yağış yağmaması üçün, çətirlə oturduqlarını deyən  şikayətçi valideyinlər bildiriblər ki,  “ Uzun illərdir məktəb tam yararsız haldadır.  Sinif otaqları bərbad vəziyyətdə olmaqla yanaşı, yağan yağışlar  nəticəsində sinif və dəhlizlərdə gölməçələr yaranır.  Qış olduqda vəziyyət daha da gərginləşir. Məktəbdə istilik sistemi olmadığı üçün uşaqlarımıza sinifdə yandırmaq üçün odun doğrayıb veririk.  Məktəbin elektrik xətləri də çox biabırçı bir vəziyyətdədir. Qızdırıcı avadanlıqlar qoşmaq olmur. Məktəb təhsil ocağından daha çox əsir düşərgəsinə bənzəyir. Sinif otaqlarının pəncərələrinə məktəb uşaqları “kardon” parçaları vurublar ki,  soyuq külək sinifə girməsin. Bu günə qədər Azərbaycanın təhsil müəssisələrinin inkafı üçün kifayət qədər vəsaitlər ayrılsa da Ağsu rayon məktəblərinə ayrılan vəsaitlərin kimlərin ciblərinə getdiyi bilinmir. Artıq bizim övladlarımızı məktəbdən çıxartmaqdan başqa çarəmiz qalmayıb.  Məktəbin müəllimləri də durumdan çox narahatdırlar.  Biz övladlarımızın ağır xəstəliklərə  tutlmasından narahatıq."

Dəyərli sayt əməkdaşları, sizdən xahiş edirik ki, övladlarımızın oxuduqları 2 saylı orta məktəbin açınacaqlı durumda olması haqqında şikayətimizi dərc edəsiniz. Bəlkə  təhsil naziri Mikayıl Cabbarovun ürəyinə insaf gələ.  


2sayli.PNG
2sayli76.PNG
2sayurr.PNG

Bölmənin digər xəbərləri

18 Fevral 2018 ABŞ-ın iki eskadra mina gəmisi Qara dənizə daxil olub
18 Fevral 2018 Bu yollarda sürət həddi endirildi (XƏBƏRDARLIQ)
18 Fevral 2018 Sarkisyan Azərbaycan dilində danışdı
18 Fevral 2018 ABŞ-ın rəsmən ittiham etdiyi 13 Rusiya vətəndaşının adları açıqlandı – SİYAHI
17 Fevral 2018 MSK daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq etdi
14 Fevral 2018 Prezidentliyə iddialıların sayı artır - 11 namizəd
13 Fevral 2018 Rəsul Quliyev kimin dəyirmanına su tökür...?
10 Fevral 2018 Qazax rayonunda xanım Jurnalist aclıq aksiyasına başladı
10 Fevral 2018 Pensiyalar nə qədər artıb?
06 Fevral 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR
05 Fevral 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək
05 Fevral 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi
05 Fevral 2018 Terrorçu əsirdən şok etiraf: Qərbdən gələn hərbçilər...
05 Fevral 2018 Ərdoğan Roma Papası ilə görüşdü –59 ildən sonra Türkiyə rəhbəri yenidən Vatikana səfər edib FOTO
05 Fevral 2018 Növbədənkənar seçkilər necə elan edilə bilər? –QANUN
05 Fevral 2018 MSK növbədənkənar prezident seçkiləri ilə bağlı bir həftə ərzində qərar verəcək
05 Fevral 2018 Növbədənkənar seçki hansı ehtiyacdan irəli gəldi?
04 Fevral 2018 ABŞ-Rusiya savaşını yadplanetlilər dayandırıb – Şok
31 Yanvar 2018 Prezident general-polkovniklə bağlı sərəncam verdi
31 Yanvar 2018 Deputat Rövşən Rzayev Sarqisyanın qarşısında baş əyib?– FOTO
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.