Xəbər lenti

boykott.jpg
“Müxalif kəsim ciddi uğur əldə edib, əsas partiyalar bir mövqedədirlər, yenidən AXCP-Musavat birliyi yaradıb, yenidən bağ belə, bostan belə, qaçma gəldim...” İlahi adamlara adi şeyləri başa düşməyə 25 il bəs eləmirsə... Bu danışanlar “AXCP-Musavat” birliyi “yaratmaq işi ilə məşğul olanların necənci nəslidir. Bəxtiyar filmində Hüseynova bacılarının “gəl oynayaq” fraqmentini 25 ildir təkrarlayırlar. Bu adamlar 25 ildir başa düşmürlər (bəlkə də başa düşürlər) ki, milli güc 25 ildir bir-biri ilə intriqada olan iki partiyanın ətrafında formalaşa bilməz. Milli-birlik, hərəkat, millətin dəstəyi milli ideyalar ətrafında formalaşa bilər. 25 ildir müxalifətin bütün birliklərini bu 2 partiya pozub. 25 ildir AXCP-Musavat birliyi şüarı ilə Azərbaycan siyasi şüurunu təhdid edilir. Bu iki pariya öz əlimizlə verdiyimiz hakimiyyətin tərəsində, Demkonqresdə, SİDSUH-da, Azadlıq blokunda, 2010-cu il parlament seckilərində, bütün fondlarrın, səfirliklərin qapılarında bir yerdə olublar. Nə nəticəsi olub. Millət üçün, müxalifət üçün müsbət heç nə. Hakimiyyət üçün hər şey, miilləti saymayacaq dərəcədə güclənmiş avtoritar hakimiyyət, milyardlar, eyş-işrət, hər birinin neçə ölkədə saysız karal sarayları, nələr-nələr. Milli azadlıq hərəkatına ömrünü vermiş qardaş-bacılarımız ya ölkədə ya da qürbətlərdə məhv olub, olur... AXCP-Musavat-ın bu “nəticələri” əldə etmiş siyasilərini qorumaq lazımdır. Bu liderlər olmasa idi vəziyyət başqa cürdə ola biərdi. Yoxsa müxalifət nəynən məşğul olacaq, nəyə baxacaq, bunların münasibətləri, ziddiyyətləri, Meksika seriallarından da uzun çəkdi. Bu tamamilə idarə olunan bir prosesdir. Bu prosesin davam etməsi üçün ötən 25 ildə milyonlarla pul xərclənib...

Ölkədə bütün oğruluq, əyrilik, yalan, haram nə varsa hamısına hakimiyyət cavabdehdir. Bəs müxalifətin, milli-demokratik düşərgənin bu günə düşməsinin, bu parçalanmanın cavabdehi kimdir? Mən bu dediklərimi bu liderlərə illər uzunu tək-təkə, birliklərdə demişəm, heç vaxt müzakirəsində maraqlı olmayıblar və olmayacaqlar. Nə isə, ciddi bir fikir deyə biləcəklərinə indi də inanmıram. Dərinə getmək istəmirəm...

Bu gün heç bir partiyanın, partiyaların millətsiz bu hakimiyyəti dəyişmək imkanı yoxdur. Dəfələrlə açıq, qapalı müzakirələr təklif etmişik, gəlməyiblər, ya “ işləri olub”, ya bular əsas müxalifət, ana müxalifət olub, ya da bizi müxalifət saymayıblar (...), ancaq Avropadan bir ..... çağran kimi əlavə motor da qoşurlar.

Burası burda saxlansa yaxşıdı...

Seçkidə birləşib iştirak etmək lazım idi, boykot nə verəcək? Bir-iki qotur bəyanat və birdə 7 il getdi bu reyim. Sizin Avropadakı demokratiya dayılarınız guya burdakı vəziyyəti bilmir? Bilir və haqlarını da alırlar. Burdakı vəziyyət onların heç .....

Seckidə iştirakla əhalinin maddi, sosial tələbləri ilə, demokratiya, normal cəmiyyət üçün, korrupsiya və rüşvət əleyhinə ölkə boyu ciddi aksiyalar keçirilə , aktivləşmə, konkret və sonrakı dönəm üçün ciddi, milli maraqlar uğrunda döyüşən bir komanda ortaya qoymaq olardı...
Milli qüvvələr, heç kimə fərq qoymadan bir araya gəlib müzakirə aparıb, bundan sonra nə etmək lazım olduğu haqda razılaşmaq olar. Mənim hansısa Nəsrullahların ölü diriltməsinə inanan vaxtım çoxdan keçib.

Əhməd Oruc, Azadlıq Partiyasının sədri  

Sozcu.az

Bölmənin digər xəbərləri

13 Fevral 2018 Gəncədə polis özbaşınalığı - QHT rəhbərindən prezidentə müraciət
30 Yanvar 2018 Türk ordusu daha bir yüksəkliyi ələ keçirdi
28 Yanvar 2018 Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi elan edildi
28 Yanvar 2018 Türk ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 484 nəfərə çatıb –Açıqlama
27 Yanvar 2018 TSK-nın Afrin hesabatı: 394 terrorçu, 340 hədəf...
25 Yanvar 2018 Türkiyə HHQ Suriyanın Mənbic şəhərinə zərbələr endirdi- İlk dəfə
14 Yanvar 2018 Tanınmış siyasətçilər Xamneyiyə "dəstək aksiyası"na münasibət bildirdilər
08 Yanvar 2018 "Azərbaycan gəncliyinin gələcəyi sual altındadır" - Gənclər problemlərdən danışdılar
01 Yanvar 2018 Gənclərin Bütöv Azərbaycan arzusu: “Vahid təşkilata ehtiyac var”
28 Dekabr 2017 İşdən çıxarılan ermənipərəst müəllimlə bağlı - Rəsmi açıqlama
26 Dekabr 2017 “ İT İLİ” KİMLƏRƏ DÜŞƏRLİ, KİMLƏRƏ QƏNİM OLACAQ?!”
18 Dekabr 2017 220 saylı məktəbdə erməni təbliğatı aparan müəllim kimdir? - FOTOLAR
17 Dekabr 2017 BAO Məhəmməd Əmin Rəsulzadənin məzarını təmir etdi - VİDEO
15 Dekabr 2017 Senator Dik Durbin Mehman Əliyevlə görüşüb
13 Dekabr 2017 AXCP sədri Azərbaycanda hakimiyyətin necə dəyişəcəyini açıqladı - VİDEO
04 Dekabr 2017 Bütöv Azərbaycan Birliyinin dirçəldilməsi təklif edildi - ZİYALILAR DƏSTƏK VERİR
18 Noyabr 2017 "5 rayon qarşılığında Dağlıq Qarabağ...?"-TƏHLİL
11 Noyabr 2017 Göyçayın icra başçısı jurnalisti həbs etdirmək istəyir
08 Noyabr 2017 İran terrorçulara raket satır: İDDİA
28 Oktyabr 2017 Elşən Əlisoy: “Əgər jurnalist yazdığı yazıya görə həbsxanaya salınırsa, hansı azadlıqdan danışmaq olar?”
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.