Xəbər lenti

tttttrfrfr.jpg
Yanvar ayının 13-də bir qurup dindar İranın Azərbaycandakı səfirliyinin qarşısında, İranın Ali Dini Rəhbəri Ayətullah Xamneyiyə "dəstək" aksiyası keçirərək, şüarlar səsləndiriblər. Aksiya iştirakçılarının əsas şuraları bunlar olubdur: "Var olsun rəhbər, sağolsun rəhbər!", Məhv olsun rəhbərin düşmənləri!", "Hüseynçilər oyaqdı, rəhbərinə dayaqdır!".

Azərbaycan Respublikasının vətəndaşları olan aksiya iştirakçıları,yaşadıqları ölkənin torpaqlarının 20% -ni işğal edən Ermənistanın ən yaxın müttəfiqlərindən olan bir dövlətin rəhbərinə dəstək nümayiş etdirmələri hansı məqsəd və mərama xidmət edir? Aksiya iştirakçıları "məhv olsun rəhbərin düşmənləri" deyərkən kimi nəzərdə tutur?

Belə bir halların dövlətçiliyə nə dərəcədə uyğun olması haqda Sozcu.az saytı tanınmış ictimai-siyasi xadimlərin mövqeyini öyrənib.
aqilsemedd.jpg

"Bütöv Azərbaycan Birliyi"nin Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli fars şovnizmini müdafiə etməyin xəyanət olduğunu deyib: "10-15 il əvvəl Azərbaycanda İranı belə açıq müdafiə etməyə barmaqla sayılacaq, adam tapmaq olardı. İndi bunların sayları minlərlədir. Vəziyyət o qədər dəyişib ki, indi İranın əlehinə danışmağa cəsarət edən az sayda adam qalıbdır. Vəziyyətin bu həddə gəlib çıxmasının əsas günahkarı mövcud iqtidardır. İran və iranbaşlara bu imkanı və meydanı verən indiki iqtidardır. Bu iqtidar "mənə toxunmayan ilan bütün xalqı udsun mənə nə" prinsipi ilə yaşayır. Ancaq səhv edir. Ölkəmiz çox acınacaqlı bir vəziyyətdədir. İnsanlar aclığa məhkum edilib. Ac insan üçün heç bir müqəddəs dəyər anlayışı qalmır. Zamanla bu dəyərlər, ac insanın gözündə mənasını itirir. İran da bu vəziyyətdən yaxşı istifadə edir. Bizim qardaşlarımıza öz ana dilimizdə təhsil almaq imkanı verməyən fars şovnistlərini müdafiə etmək xəyanətdir".
xezertt.jpg
Siyasi şərhçi, KXCP Qurultaya Hazırlıq Üzrə Təşkilat komitəsinin uzvu Xəzər Teyyublu bildiridi ki, son vaxtlar İranda baş verən siyasi hadisələr onu göstərdi ki, nəinki İranda olan soydaşlarımız, hətta farsların özüləri də radikal dini hakimiyyətə dəstək vermir: "Hər halda Bakı şəhərində, Azərbaycanın quzey hissəsinin paytaxtında, vətənin guneyində yaşayan 35 milyon soydaşımızı millət olaraq bütün hüquqlardan məhrum edən bu rejimə dəstək vermək ağlasığmaz hərəkətdir. Son günlər İranda baş verən hadisələr göstərdi ki, nəinki orda soydaşlarımız , hətta farsların özü belə radikal dini hakimiyyəti qabul etmir və azadlıq istəyirlər. İran ümumdünya mədəni, sivilizasiyalararası gedən proseslərdən ,demokratiya insan haqları kimi ali bəşəri dəyərləri öz xalqına tətbiq etməyi düşünmək əvəzinə ,cəmiyyəti qapalı saxlayır. İranın əsas əhalisi Azərbaycan türklaridir ki, onların orda heç bir milli haqları tanınmır. Soydaşlarimiz öz ana dilində təhsil belə ala bilmirlər. Seçkilərdə repressiyalara məruz qalıb,əzilirlər . İran günü bu günə kimi Qarabağda ermənilərin törətdikləri vəhşiliklərə səs ucaltmayib, əksinə İrəvana həm açıq iqtisadi, həm də gizli siyasi köməkliklər edir. Bu məsələ də "musəlman müsəlmanın qardaşı olmalidir" prinsipi İran üçün siyasi maraqlardan sonradır. İndiyə qədər Azərbaycana qarşı bu siyasətdən əl çəkilməyib. Azərbaycanın quzey hissəsi dövlət müstəqilliyini qazanmışdır. Anti-Azərbaycan qüvvələrin Ermənistanın əli ilə torpaqlarımızi işğal etməsi dövlət müstəqilliyimizə təhdiddir. İran Ermənistanı bu məsələdə müdafiədən əl çəkməlidir. Bu baxımdan fars rejimini dəstəkləmək , bununla da ordakı soydaşlarımızı müdafiəsiz qoymaq yolverilməzdir. Ölkədə vətənimizin bütövlüyü uğrunda mübarizə aparan kifayət qadar insanlar və təşkilatlar var. Təmsil olunduğumuz KXCP özünün siyasi fəaliyyətində siyasi hədəf kimi Bütöv Azərbaycan uğrunda mubarizəni durmadan aparır. Regionda baş verənlərə münasibət sərgiləyir, güneyli soydaşlarımızın haqlarının müdafiəsi prioritetdir və bu istiqamətdə işlər görür. Hər il 31 Dekabr - Milli Həmrəylik günündə İranın Bakıdakı səfirliyi önündə piketlər kecirir,İranın şovinist hakimiyyətindən 35 milyon soydaşımızın haqlarinin bərpası və onlarin mudafiəsi istiqamətində tələbələrimizi çatdırırq.

Dünyada demokratiya dalğası surətlə yayilmaqdadir. Bir müddətdən sonra Qafqaza çatır. İnanmaq zorundayiq ki , 200 il bundan qabaq parçalanmış Azərbaycan bölgədəki siyasi proseslərdən asılı olaraq mütlaq Azərbaycanin güney hissəsi də da öz müstəqilliyinə yetişəcək . Dunya 21 ci əsrdə regionda Avropa və Asiyanı birləşdirən , ümumdünya iqtisadiyyati üçün tranzit qapısı sayıla biləcək Azərbaycanın birləşəcəyi hadisəsini də şahidi olacaq".

edaletyusubov.jpg
ADR  Hərəkatı sədrinin  müavini Ədalət Yusibov bildirib ki, Bu sualı dövlət başçısı İlham Əliyevə və Azərbaycanın təhlükəsizlik orqanlarına ünvanlanması daha məntiqli olardı:"Düşmən qüvvələrin xeyir-duasıyla hakimiyyətə gələn, bu gün də onlardan tam asılı olan və ölkəmizdə dövlət adına bütün dəyərləri məhv edən tayfa rejimi yaranmış vəziyyətdən sorumlu tutulmalıdır.

Azərbaycanı mafiya qaydaları ilə idarə edən YAP rejimi cəmiyyətdə total ideologiyasızlaşdırma siyasəti yürütməklə eybəcər bir durum formalaşdırmış və siyasiləşmiş bəzi qurumlarda özlərinə xaricdə qəyyum axtarışına sövq etmişdir. Ermənistanı özünün strateji müttəfiqi hesab edən fars rejiminin başçısını rəhbər kimi qəbul edənlər vətənimizə və millətimizə xəyanət yolunu tutanlardır. Siyasi baxımdan Rusiyadan asılı olan hakimiyyətin belə hallara göz yummasının səbəbini başa düşmək çətin deyil. "Nə istəyirsiniz edin, mənim iqtidarımla işiniz olmasın"düşüncəsində olan rejim rəhbərləri baş verənlərdən cəmiyyətin tam məlumatlı olduğunun fərqində olmalıdırlar.Cəmiyyətin kımlıyındən asılı olmayaraq bütün xəyanətkarlara cavabı çox sərt və bağışlanılmaz olacağı şübhəsizdir".
rufetmurad.jpg
Ümid Partiyasının İctimaiyyətlə əlaqələr və xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini Rüfət Muradlı İran səfirliyi önündə dəstək aksiyası keçirən o zavallılar rəsmi Tehranın istər Xocalıdakı müsəlman soyqırımına, istərsə də Ağdamdakı məscidə qarşı hörmətsizliyə necə seyrçi qalmasını da hər kəsdən yaxşı bilirlər: "Ölkəmizdə cibində Azərbaycan pasportu daşıyaraq İranın mövcud hakimiyyyətini ciddi cəhdlə müdafiə edənlərə İİR rəsmilərinin zaman- zaman Azərbaycana qarşı ərazi iddiaları, təhdidlərini xatırlatmaqda fayda görürəm. Təbrizin İmam Cüməsi Şəbüstəri əksər xütbələrində Azərbaycanı Şimali İran adlandırıb. İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Firuzabadi 6 il öncə təhdid edici bir bəyanatda Azərbaycan Respublikasını İran ərazisi adlandırdı. İranın keçmiş Xİ naziri Vilayəti , eləcə də iran İslami Təbliğat təşkilatının sədri Əxğəri hər dəfə İravana gedəndə Qarabağda müsəlman qanı tökən erməniləri müsəlman iranlılarla eyni millət adlandırıblar. 

İran səfirliyi önündə dəstək aksiyası keçirən o zavallılar rəsmi Tehranın istər Xocalıdakı müsəlman soyqırımına, istərsə də Ağdamdakı məscidə qarşı hörmətsizliyə necə seyrçi qalmasını da hər kəsdən yaxşı bilirlər. Çünki iran bu məsələdə bizim üçün heç uzaq Peru, ya Honduras kimi də mövqe nümayiş etdirməyib. Bu ölkələrin, o cümlədən Kolumbiyanın okeanın o tayından Xocalı soyqırımını tanıdıqları halda müsəlman şiə təəsübkeşi olmasını iddia edən qonşumuz bu olaydan sonra təcavüzkarı qınamaq əvəzinə onu enerji ilə də təhchiz etməklə əslində zalımın yanında durduğunu bir daha isbatlamışdır. Müsəlman təəsübkeşliyi iddiası edən mövcud İran hakimiyyəti hətta islam ölkəsi olan Türkiyənin Azərbaycanla çiyin-çiyinə 1915-ci il erməni yalanlarına qarşı mübarizəsində də Ermənistanın mövqeyini müdafiə edir, hər il aprelin 24-də Tehranın mərkəzindəki KərimXan Zənd prospektində erməni icmasının yürüşünə və müsəlman Türkiyəyə qarşı ölüm şüarları səsləndirməsinə də şərait yaradır.

İran əhalisinin yarısı bizim soydaşımızdır. Amma primitiv təhsil hüququndan belə məhrum şəkildə yaşayan soydaşımız. İstər soydaşlarımız açısından, istərsə də orada yaşayan bütün millətlərin təhlükəsizliyi baxımından biz qonşu ölkədə qan tökülməsini istəmirik və heç zaman da istəməmişik. Amma İranın mövcud hakimiyyəti ilə də hər hansı demokratik dəyişikliklərin baş verəcəyinə inanacaq qədər sadəlövh deyiləm. Bunu İran səfirliyi qarşısında dəstək aksiyası keçirənlər də gözəl anlayırlar. Amma təəsüflər olsun ki, düşüncə bitən yerdə gözlər kor, qulaqlar da kar olur".

Elşən Əlisoy

Sozcu.az

Bölmənin digər xəbərləri

13 Fevral 2018 Gəncədə polis özbaşınalığı - QHT rəhbərindən prezidentə müraciət
10 Fevral 2018 "Seçkidə iştirak etmək lazım idi, boykot nə verəcək? Bir-iki qotur bəyanat" - ƏHMƏD ORUC
30 Yanvar 2018 Türk ordusu daha bir yüksəkliyi ələ keçirdi
28 Yanvar 2018 Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi elan edildi
28 Yanvar 2018 Türk ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 484 nəfərə çatıb –Açıqlama
27 Yanvar 2018 TSK-nın Afrin hesabatı: 394 terrorçu, 340 hədəf...
25 Yanvar 2018 Türkiyə HHQ Suriyanın Mənbic şəhərinə zərbələr endirdi- İlk dəfə
08 Yanvar 2018 "Azərbaycan gəncliyinin gələcəyi sual altındadır" - Gənclər problemlərdən danışdılar
01 Yanvar 2018 Gənclərin Bütöv Azərbaycan arzusu: “Vahid təşkilata ehtiyac var”
28 Dekabr 2017 İşdən çıxarılan ermənipərəst müəllimlə bağlı - Rəsmi açıqlama
26 Dekabr 2017 “ İT İLİ” KİMLƏRƏ DÜŞƏRLİ, KİMLƏRƏ QƏNİM OLACAQ?!”
18 Dekabr 2017 220 saylı məktəbdə erməni təbliğatı aparan müəllim kimdir? - FOTOLAR
17 Dekabr 2017 BAO Məhəmməd Əmin Rəsulzadənin məzarını təmir etdi - VİDEO
15 Dekabr 2017 Senator Dik Durbin Mehman Əliyevlə görüşüb
13 Dekabr 2017 AXCP sədri Azərbaycanda hakimiyyətin necə dəyişəcəyini açıqladı - VİDEO
04 Dekabr 2017 Bütöv Azərbaycan Birliyinin dirçəldilməsi təklif edildi - ZİYALILAR DƏSTƏK VERİR
18 Noyabr 2017 "5 rayon qarşılığında Dağlıq Qarabağ...?"-TƏHLİL
11 Noyabr 2017 Göyçayın icra başçısı jurnalisti həbs etdirmək istəyir
08 Noyabr 2017 İran terrorçulara raket satır: İDDİA
28 Oktyabr 2017 Elşən Əlisoy: “Əgər jurnalist yazdığı yazıya görə həbsxanaya salınırsa, hansı azadlıqdan danışmaq olar?”
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.