Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_dddffffb.jpg
220 nömrəli məktəb-liseydən verilmiş məlumatda qeyd olunur ki, liseyin rəhbərliyi tərəfindən ingilis dili müəllimi Rövşən Əzizovun fəaliyyəti və davranış uyğunsuzluğu ilə bağlı müvafiq daxili araşdırma aparılıb.

Bu barədə  Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, müəllimin pedaqoji-metodiki səviyyəsi, ünsiyyət və davranış psixologiyası ətraflı öyrənilib:

“Eyni zamanda məktəb rəhbərliyi və fənn metodbirləşmə sədri tərəfindən Rövşən Əzizovun dərs dediyi siniflərdə tədrisin səviyyəsi izlənilib və bu barədə müvafiq rəylər müəllimə bildirilib. Rəylərdə müəllimin fənn proqramlarına əməl etmədiyi, tədris resurslarından istifadə etməməsi, heç bir standartı şagirdlərə mənimsətmədyi qeyd edilib. Həmçinin, Rövşən Əzizovun bir neçə dəfə şagirdləri sinifdən çıxararaq kobud şəkildə direktorun və direktor müavinlərinin otağına gətirməsi, şagirdləri sinifdən çıxararkən zorakılıq hallarına yol verməsi (bu barədə müvafiq aktlar və təqdimatlar tərtib olunub) haqqında məlumatlar müvafiq qaydada sənədləşdirilib.

Rövşən Əzizovun özünün də etiraf etdiyi kimi, o, dərs prosesində tez-tez mövzudan kənara çıxaraq şagirdlərlə müəllimin vəzifə funksiyasına aid olmayan söhbətlər aparıb. Bütün bunların “Müəllimlərin etik davranış qaydaları”na və tədris-metodiki tələblərə zidd olması R.Əzizova izah edildikdə o, müəllimin vəzifə səlahiyyətlərini və funksiyalarını tənzimləyən qaydaların tələblərini inkar edərək, müəllimə yaraşmayan çılğınlıqla özünün haqqlı olduğunu sübut etməyə çalışıb”.

Məlumatda qeyd edilib ki, Rövşən Əzizov sosial şəbəkələrdə özünə aid səhifədə və Yutub video şəbəkəsində özünün yaratdığı “İsrolk” kanalında 220 nömrəli məktəb-liseyin adından dəfələrlə istifadə edərək müxtəlif videolar və yazılar paylaşıb:

“Lakin həmin paylaşımlarda təhsilə, şagirdlərin mənəvi-psixoloji inkişafına uyğun olmayan fikirlər və səhnələrin yer aldığı müşahidə edilir. Həmin videoçəkilişlərdə şagirdlərin iştirakı ilə zorakılıq təbliğ edən səhnələrə yer verildiyi, məktəbin və müəllimin funksiyasına aid olmayan fikirlərin və sujetlərin çoxluğu özünü göstərir. 220 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Rövşən Əzizovun fəaliyyətinin təhsil nazirinin 16.05.2014-cü il tarixli 600 nömrəli əmri ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”nın peşakarlıq və fərdi məsuliyyət, loyallıq, qərəzsizlik anlayışlarına (3.3, 3.10, 3.12, 4.5.1, 4.5.3-cü maddələrinə) zidd olmasını, pedaqoji-metodiki vəziyyətini, 220 nömrəli məktəb-liseyin adından və şagirdlərindən istifadə etməklə şəxsi təşəbbüslərini reallaşdırarkən çalışdığı təhsil müəssisəsinin ictimai nüfuzuna zərbə vurduğunu nəzərə alaraq, liseyin direktoru Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması barədə əmr verib”.

P.S. Erməni təbliğatı aparan Rövşən Əzizov haqqında ilk dəfə cəmiyyəti məlumatlandıraraq, ictimai qınaq yaradan Sozcu.az saytı olub. Bu tip insanların üzə çıxarılması hər bir vətəndaşın borcu olmalıdır. 

Sozcu.az

Bölmənin digər xəbərləri

14 Yanvar 2018 Tanınmış siyasətçilər Xamneyiyə "dəstək aksiyası"na münasibət bildirdilər
08 Yanvar 2018 "Azərbaycan gəncliyinin gələcəyi sual altındadır" - Gənclər problemlərdən danışdılar
01 Yanvar 2018 Gənclərin Bütöv Azərbaycan arzusu: “Vahid təşkilata ehtiyac var”
26 Dekabr 2017 “ İT İLİ” KİMLƏRƏ DÜŞƏRLİ, KİMLƏRƏ QƏNİM OLACAQ?!”
18 Dekabr 2017 220 saylı məktəbdə erməni təbliğatı aparan müəllim kimdir? - FOTOLAR
17 Dekabr 2017 BAO Məhəmməd Əmin Rəsulzadənin məzarını təmir etdi - VİDEO
15 Dekabr 2017 Senator Dik Durbin Mehman Əliyevlə görüşüb
13 Dekabr 2017 AXCP sədri Azərbaycanda hakimiyyətin necə dəyişəcəyini açıqladı - VİDEO
04 Dekabr 2017 Bütöv Azərbaycan Birliyinin dirçəldilməsi təklif edildi - ZİYALILAR DƏSTƏK VERİR
18 Noyabr 2017 "5 rayon qarşılığında Dağlıq Qarabağ...?"-TƏHLİL
11 Noyabr 2017 Göyçayın icra başçısı jurnalisti həbs etdirmək istəyir
08 Noyabr 2017 İran terrorçulara raket satır: İDDİA
28 Oktyabr 2017 Elşən Əlisoy: “Əgər jurnalist yazdığı yazıya görə həbsxanaya salınırsa, hansı azadlıqdan danışmaq olar?”
25 Oktyabr 2017 Elçibəy sağ olsaydı…
18 Oktyabr 2017 Həbsxanada vəziyyəti pisləşən jurnalist müalicə müəssisəsinə aparılıb
27 Sentyabr 2017 Sayt rəhbəri separatizm dəstəkçiləri ilə bağlı Mədət Quliyevə müraciət etdi
21 Sentyabr 2017 Şaumyanın Azərbaycanda olan "balaları" baş qaldırır - FOTOLAR
17 Sentyabr 2017 Ziya Məmmədovun lisey direktoru olan bacısının "pul yığımı" davam edir" - VİDEO
07 Sentyabr 2017 "İlham Əliyev bu ciddi ittihamlarla bağlı xalq qarşısında izahat verməlidir"
19 Avqust 2017 Ərdoğanın mühafizəçiləri ülküçülərdir? - FOTOLAR
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.