Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_sexavettag.jpg(Əməkdar müəllim, yazıçı- publisist Səxavət Tağlar astanasında olduğumuz 2018-ci il ilin astroloji proqnozlarından danışdı)

Yeni ilin - 2018 ci ilin başlamasına sanlı günlər qalır. Şərq təqvinə görə ilimiz “Sarı it ili”dir. İt ayıq-sayıq bir ev heyvanı, insanların vəfalı dostu və keşikçisidir. 2018-ci ilin “it ili “ olması bu baxımdan nəyi vəd edir?! İlimiz dostluq ili, mehribançılıq, sədaqətlilik ili, inam və etibar ili olacaqdır. Bunlar da həyat tərzimiz, yaşamımız üçün olduqca önəmlidir. Yadıma uşaq vaxtı oxuduğum bir hekayə düşdü: “Bənək yurdda qaldı” (səhv etmirəmsə müəllifi Oruc Qoşqarlıdır). Elatda bir obanın Bənək adlı iti olur. Oba yaylaqdan köçərkən it yurdda qalır.Və növbəti yazda oba yaylağa qalxıb, yurda toxtayanda onları ac-yalavac, heydən düşmüş Bənək qarşılayır... Son nəfəsində sanki bu anı, bu məqamı gözləyirmiş kimi böyük inamla sahibinin ayaqlarını yalayıb, keşikçisi olduğu sürüyə göz gəzdirib, əbədi gözlərini yumur...

...“Sarı it ili”ndə astroloqların yozumu və proqnozu uğurdan xəbər verir. Təəssüf ki, hamı üçün yox! Sədaqətli, inamlı və etibarlı şəxslər ücün bu gözlənti daha realdır. İl dövlətçilik, əxlaqi, milli-mənəvi dəyərlərin keşikçilik funkusiyasına görə dövlət malına göz dikənlər, rüşvət alanlar, qəlbi, nəfsi pis niyyətli olanlara düşərli olmayacaq. Gəl, gəl.. Xoş gəlirsən, yeni il! Qədəmlərin mübarək! Ümidliyik ki, xalqımıza düşərli olacaqsan. Xalqımızın gözəl adət-ənənələri –birliyi, dosta sədaqəti, vəfası, etibarı, mübarizliyi, Vətənpərvərliyi bir daha dünya birliyində öz sözünü deyəcək. Qovuşuq ili olacaq! Ürəyimizi üşüdən, qəlbimizi susduran Şuşa harayı, Qarabağ sızıltısı qəlbimizdə sevinc, gozlərimizdə işıqla əvəzlənəcək! Birliyimiz var olsun, ilə ümid və inamımla qədəm qoyaq...

Şəbnəm Baxışlı.

Sozcu.az

Bölmənin digər xəbərləri

14 Yanvar 2018 Tanınmış siyasətçilər Xamneyiyə "dəstək aksiyası"na münasibət bildirdilər
08 Yanvar 2018 "Azərbaycan gəncliyinin gələcəyi sual altındadır" - Gənclər problemlərdən danışdılar
01 Yanvar 2018 Gənclərin Bütöv Azərbaycan arzusu: “Vahid təşkilata ehtiyac var”
28 Dekabr 2017 İşdən çıxarılan ermənipərəst müəllimlə bağlı - Rəsmi açıqlama
18 Dekabr 2017 220 saylı məktəbdə erməni təbliğatı aparan müəllim kimdir? - FOTOLAR
17 Dekabr 2017 BAO Məhəmməd Əmin Rəsulzadənin məzarını təmir etdi - VİDEO
15 Dekabr 2017 Senator Dik Durbin Mehman Əliyevlə görüşüb
13 Dekabr 2017 AXCP sədri Azərbaycanda hakimiyyətin necə dəyişəcəyini açıqladı - VİDEO
04 Dekabr 2017 Bütöv Azərbaycan Birliyinin dirçəldilməsi təklif edildi - ZİYALILAR DƏSTƏK VERİR
18 Noyabr 2017 "5 rayon qarşılığında Dağlıq Qarabağ...?"-TƏHLİL
11 Noyabr 2017 Göyçayın icra başçısı jurnalisti həbs etdirmək istəyir
08 Noyabr 2017 İran terrorçulara raket satır: İDDİA
28 Oktyabr 2017 Elşən Əlisoy: “Əgər jurnalist yazdığı yazıya görə həbsxanaya salınırsa, hansı azadlıqdan danışmaq olar?”
25 Oktyabr 2017 Elçibəy sağ olsaydı…
18 Oktyabr 2017 Həbsxanada vəziyyəti pisləşən jurnalist müalicə müəssisəsinə aparılıb
27 Sentyabr 2017 Sayt rəhbəri separatizm dəstəkçiləri ilə bağlı Mədət Quliyevə müraciət etdi
21 Sentyabr 2017 Şaumyanın Azərbaycanda olan "balaları" baş qaldırır - FOTOLAR
17 Sentyabr 2017 Ziya Məmmədovun lisey direktoru olan bacısının "pul yığımı" davam edir" - VİDEO
07 Sentyabr 2017 "İlham Əliyev bu ciddi ittihamlarla bağlı xalq qarşısında izahat verməlidir"
19 Avqust 2017 Ərdoğanın mühafizəçiləri ülküçülərdir? - FOTOLAR
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.