Xəbər lenti

butovaz.jpg
Bir zamanlar bir bəyanatı ilə Təbrizi ayağa qaldıran Bütöv Azərbaycan Birliyinin fəaliyyəti artıq ciddi şəkildə gözə dəymir. BAB -ın qurucusu Əbülfəz Elçibəyin vəfatından sonra siyasi düşərgədə olduğu kimi, ideoloji təşkilatlarda da bir durğunluq yaşanmağa başladı. Ətrafında nəhəng insanları birləşdirən Bütöv Azərbayacan Birliyi (BAB) bu gün artıq bir keçmişə çevrilməkdədir. Düzdür Azərbaycanda Bütöv Azərbaycan ideyasını daşıyan və bu yöndə mütamadi olaraq müxtəlif tədbirlər keçirən kiçik təşkilatlar olsa da, bu təşkilatların istər cəbuda, isərsə də Şimalda baş verən proseslərə ciddi təsir imkanları yoxdur.

Fars rejiminin əsarəti altında olan Güney Azərbaycanlı milli fəallarımızın rejim tərəfindən həbs edilərək, işgəncələrə məruz qalmalarına qarşı müstəqil Azərbaycanda ciddi bir müqavimət qura bilmirik. Əbülfəz Elçibəyin anım günlərin də Bəyin məzarı başına 5-10 nəfərlə gedən təşkilatlar və həm də özlərini az qala Əbülfəz Elçibəyin varisi adlandıran təşkilatlar 5-10 nəfərlə sanki kimlərəsə Elçibəyçiliyin bitdiyini təqdim etməyə çalışırlar. 31 Dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı İranın Azərbaycanda olan səfirliyinin qarşısında keçirilən ənənəvi piketlər də artıq aradan qaldırılır. Azərbaycanda sanki ciddi bir qüvvə Elçibəy xəttinin qarşısını müxtəliv vasitələrlə almağa çalışır.

BAB-n dirçəldilməsi və milli davaya öndərlik etməsi zərurəti yenidən gündəmə çəlib. Sozcu.az saytının təsisçisi, BAB üzvü Elşən Əlisoy özünün "facebook" səhifəsində tanınmış aydınlara müraciət edib. BAB-ın dirçəldilməsi ilə bağlı edilən müraciət cavabsız qalmayıb. Bütöv Azərbaycan davasının öndərləri olan aydınlar müraciəti müsbət qiymətləndiriblər.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

Dəyərli Elçibəyçilər!

Əbülfəz Elçibəyin lideri olduğu AXC Azərbaycanın müstəqilliyini qazandıran şəriksiz bir təşkilat oldu. Azərbaycan müstəqilliyini qazandıqdan sonra AXC hakimiyyəti müəyyən səbəblərdən uzun sürə bilməsə də, demokratiyanın bərqərar olunması üçün hərəkat mübarizənin önündə yürüməyə davam etdi. Ancaq 1995-ci ildə Proporsional seçki sistemindən yararlanmaq məqsədi ilə seçkidə siyasi təşkilat olaraq iştirak etmək üçün AXC pariyaya çevrildi. Bu düz idi ya yox, başqa mövzunun məsələsidir. 2000-ci ildə Əbülfəz bəyin vəfatından sonra Əbülfəz bəyin lideri olduğu AXCP, AXCP (i) AXCP (K) adlanan qanadlara bölündü və daha sonra Elçibəy təşkilatının müxfəlif oxşarları düzəldilməyə başladı. Sözüm bu da deyil dəyərli dostlar. Mən demək istəyirəm ki, bu gün özünü bəyin varisi hesab edən AXCP qanadları, əslində sədri bəlli, mübarizəsi sədrlərinin istəklərinə uyğunlaşdırılmış, müxtəlif maraqlar uğrunda çalışan siyasi təşkilatlardır. Mən konkret deyirəm, bu təşkilatlarda Elçibəyçilik axtramağın sonu həqiqi Elçibəyçilərin mənəvi zərbə almasına gətirib çıxardacaq və çıxarır da !

Dəyərli dostlar!

Əbülfəz Elçibəyin yadigarı oluna bilən bir təşkilat var, o da bəlkə də bilərəkdən fəaliyyətinin çətinliyə salındığı BAB-dır (BÜTÖV AZƏRBAYCAN BİRLİYİ)
Bütöv Azərbaycan Əbülfəz bəyin həyatının mənası olub və ömrünün ən gözəl dövrlərini bu ideyanın yaddaşlara həkk edilməsi uğurunda çalışıb. Bu gün BAB-ın fəaliyyəti hardadır? Nəyə görə dəyərli ideya adamları BAB-a sahib durmur?

Azərbaycanda bütövlük düşüncəsində olan kifayət qədər insan var və bu insanlar Bütövlük ideyası uğrunda mübarizə aparan ciddi bir təşkilat axtarırlar. Düzdür, Bütöv Azərbaycan ideyası uğrunda çalışan müxtəlif təşkilatlar var və həmin təşkilatların fəaliyyətlərini alqışlayıram. Ancaq hesab edirəm ki, özünü Elçibəyçi adlandıran həqiqi dava adamları Bəyin təşkilatı olan BAB-a sahib durmalı, BAB-ın regionun ən güclü strateji təşkilatına çevirmək üçün bütün varlığı ilə çalışmalıdırlar.

BAB-ın fəaliyyətini iflic etmək İranın, Rusiyanın, Azərbaycan hakimiyyətinin və zamanında BAB-ın rəhbər heyyətində təmsil olunan, bu gün açıq və ya gizli şəkildə hakimiyyətdən qidalanan insanların əməyinin nəticəsidir. BAB yaşamalıdır ! BAB böyüməlidir və doğru bir mübarizə ortaya qoyulmalıdır!

Dəyərli dostlar !

Mən özümü Əbülfəz Elçibəyin siravi bir əsgəri hesab edən insan kimi dəyərli aydınlarımıza, Aydın Qasımlı ,Bəybala Əbil, Aqil Səmədbəyli, Oktay Qasımov,Xəzər Teyyublu,Yasəmən Qaraqoyunlu,Zəlimxan Məmmədli,Mehriban Vəzir,Dilavər Əzimli,Aydın Şükür,Oktay Gülalıyev,Zahir Əlisoy,Ədalət Yusubov və feysbuk dostluğumda olmayan digər dəyərli Bütöv Azərbaycan aşiqi olan ziyalılarımıza üzümü tutub xahiş edirəm, BAB-ı dirçəldin. BAB yaşamalı və düşmənlərin gözünün qarşısında dik durmalıdır. BAB Əbülfəz Elçibəyin yadigarı olan təşkilatıdır. Hamımız - bütün Elçibəyçilər , Bütöv Azərbaycançılar əlimizdən gələni edəcəyik, təki siz önə çıxın, bu haqlı davaya sahib durun dəyərli aydınlarımız!

BAB-ın Rəyasət Heyətinin sədri Aqil Səmədbəyli məsələnin reallığa çevrilməsinə az qaldığını dedi: Elşən bəy, təşəkkür edirəm ürəyinin səsini bizlərə duyurduğun üçün.Az qaldı , Elşən bey. Sağlıq olsa dediklərin olacaq...

Əbülfəz Elçibəyin BAB-ın Qubadlı rayonu üzrə nümayəndəsi olan Qarabağ döyüşçüsü Aydın Şükür fərdi fədakarlığın təşkilati fədəkarlığa dönməsinin vacib olduğunu bildirdi: "Səmimi və həm ciddi, həm də sərt çağırış etməkdə haqlısınız.Fərdi fədakarlığın, təşkilatlanmış fədakarlığa dönməsi vacibdir.Çalışmaq hamımızın borcu. Təşəkkür edirəm ki, sizin bu çalışmanız, hamının ayrı-ayrılıqda çalışdığından daha çox oldu.

İnşəAllah xeyirlisi olsun. Davamıza davam!"

Tanınmış alim Yasəmən Qaraqoyunlu da təklifi dəstəklədiyini bildirib.

Tanınmış siyasətçi Ədalət Yusibov bildirdi ki, ELÇİ BƏY O, İŞIĞI Vətənimizin və millətimizin sabahına rəğmən paylamışdı: "De - fakto itirilmiş Qarabağ de - yure müstəvidə qumarda, Güney Azərbaycanımız təhlükədə,
BÖYÜK BƏYİN istər sağlığında, istərsə də fiziki yoxluğundan sonrakı dönəmdə əleyhinə olanlar ONU İSTİSMAR ETMƏKDƏ, həqiqi ELÇİBƏYÇİLƏR siyasi oyunlara alət edilməkdə və hər biri ayrı ayrılıqda içində bir ELÇİ BƏY işığı yandıraraq "mən ELÇİBƏYÇİYƏM", deyib onun "istisinə xumarlanmaqda", siyasi qruplara bölünərək bir birini xəyanətdə suçlamaqda......
VƏTƏNİMİZ İSƏ CAN ÜSTÜNDƏ.

Başa düşmədik ki, ayrı ayrılıqda içimizdə yaşatdığımız o, işıq yalnız özümüzü isidə, işıqlandıra bilər.

Bu millətə Tanrı qisməti olan ELÇİ BƏY O, İŞIĞI bizlərə Vətənimizin və millətimizin sabahına rəğmən paylamışdı. Qabiliyyətimizə və düşüncələrimizə görə hər birimiz içimizdə ÖZ ELÇİ BƏYİMİZI yaratdıq, ONU içimizə sinməklə özümüz boyda kiçiltdik.
ELÇİ BƏY BİRDİR, BÜTÖVDÜR. Onun gücü BÜTÖVLÜYÜNDƏDİR.
ELÇİBƏYÇİLƏRİN borcu O, BÜTÖVLÜYÜ təmin etməkdir. O, BÜTÖVLÜYƏ ONUN İDEYALARINA TAPINMAQLA, ONUN İŞIĞINA TOPLAŞARAQ BÜTÖVLÜK YOLUNA ÇIXMAQLA VARMAQ OLAR.
UĞUR OLSUN".

Cümhuriyyət tarixinin gənc araşdırmaçısı Ceyhun Nəbi də müraciəti dəstəklədiyini bildirdi: "Dəyərli dostum Elşən bəy Mən də senin bu istəyinə qoşuluram. Biz bəyin yolunda olmaqdan qurur duyuruq.

Bütöv Azərbaycan Mühavizəkarları təşkilatının idarə heyyətinin üzvü Vüsaı Əfəndi bəy bu işə bütün varlığı bu hamımızın istəyidir deyə münasibət bildirib: Çox gözəl təşəbbüsdür. Mən bir Elçibəyçi kimi hazıram bu işə. Sizdə var olun bəy. Bu işə bütün varlığımla hazıram. Təki BƏYimizin təşkilatı yenidən fəaliyyətə başlasın.

Anar Rəsul 

Bölmənin digər xəbərləri

18 Noyabr 2017 "5 rayon qarşılığında Dağlıq Qarabağ...?"-TƏHLİL
11 Noyabr 2017 Göyçayın icra başçısı jurnalisti həbs etdirmək istəyir
08 Noyabr 2017 İran terrorçulara raket satır: İDDİA
28 Oktyabr 2017 Elşən Əlisoy: “Əgər jurnalist yazdığı yazıya görə həbsxanaya salınırsa, hansı azadlıqdan danışmaq olar?”
25 Oktyabr 2017 Elçibəy sağ olsaydı…
18 Oktyabr 2017 Həbsxanada vəziyyəti pisləşən jurnalist müalicə müəssisəsinə aparılıb
27 Sentyabr 2017 Sayt rəhbəri separatizm dəstəkçiləri ilə bağlı Mədət Quliyevə müraciət etdi
21 Sentyabr 2017 Şaumyanın Azərbaycanda olan "balaları" baş qaldırır - FOTOLAR
17 Sentyabr 2017 Ziya Məmmədovun lisey direktoru olan bacısının "pul yığımı" davam edir" - VİDEO
07 Sentyabr 2017 "İlham Əliyev bu ciddi ittihamlarla bağlı xalq qarşısında izahat verməlidir"
19 Avqust 2017 Ərdoğanın mühafizəçiləri ülküçülərdir? - FOTOLAR
14 Avqust 2017 Müsəlman ermənilər Qarabağı erməni torpağı kimi qəbul edir
05 Avqust 2017 Azərbaycanın və Gürcüstanın başı üzərində bir Putin kabusu dolaşır
27 İyul 2017 "Rusiya Azərbaycana mesaj verir ki, Ermənistanla bir yerdəyəm" -HİKMƏT HACIZADƏ
26 İyul 2017 Lamiyyə Əhmədova: "Aziz Orucova qarşı aqqressiv rəftarın arxasında hakimiyyətin mahiyyəti durur"
07 İyul 2017 Körpə balamıza dəstək olaq!
27 İyun 2017 “Hakimiyyət gənclərin arzularını əllərindən almaq istəyir” – ŞURA ƏMİRASLANOVA
17 İyun 2017 QAT Ağsu rayonunda tədbr keçirib -FOTO +VİDEO
02 İyun 2017 Tural Abbaslı: "Hələ çox dəhşətlər görməli olacağıq"
23 May 2017 Nisəxanım Vəliyeva:”Kişilər oğul istəyir, amma onun tərbiyəsini qadına həvalə edir”
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.