Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_putinilham.jpg
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə səbəb olan açıqlama verib. Rusiya prezidenti Vladimir Putin ilə Qarabağ münaqişəsini də müzakirə etdiyini bildirən Türkiyə Cümhuriyyətinin prezidenti qeyd edib ki, Putin münaqişənin həllinə inanmır:"Daha öncə qəbul edilmiş və işğal olunmuş yeddi rayondan beşinin qaytarılması ilə bağlı qərar mövcuddur. Biz həmin qərarların icra olunması barədə müzakirələr apardıq. Bu məsələyə Cənab Putin müsbət yanaşır, lakin başa düşdüyümə görə, xüsusi ümid bəsləmir. Düşünürəm ki, onun ümidsizliyi iki ölkə arasında münasibətlərlə bağlıdır”.

Prezidentlərin görüşündən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun noyabrın 16-da Moskvaya işgüzar səfəri, həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovun noyabrın 19-da Bakıya, 20-də isə İrəvana səfəri onu göstərir ki, Dağlıq Qarabağla bağlı çox ciddi siyaysi oyunlar başlanılıb.
akifnagi.jpg
Məsələ ilə bağlı Sozcu.az-ın suallarını cavablandıran tanınmış ictimai-siyasi xadimlər "5 rayon" məsələsinin Azərbaycanın maraqlarına uyğun olmadığını bildiriblər.

Qarabağın Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağ bildirdi ki, 5 rayonun qaytarılması mövzusu Qarabağın itirilməsi deməkdir:” Biz dəfələrlə demişik ki,ümumiyyətlə işğal olunmuş rayonlar tam olaraq Azərbaycana qaytarılmalıdır.Rayonların hissə-hissə qaytarılması Azərbaycan üçün məqbul deyil.Azərbaycanın mövqeyi belədir ki,həm Dağlıq Qarabağ.həm də Dağlıq Qarabağ ətrafındakı işğal edulmiş rayonlar Azərbaycana qaytarılmalıdır.Çünki,hissə-hissə qaytarmaq o deməkdir ki,geridə qalan ərazilərdənAzərbaycan əlini üzməlidir.Tutaq ki,bu 5 rayon Azərbaycana qaytarılsa,Dağlıq Qarabağ, Kəlbəcər və Laçın itiriləcəkdir.Bu 5 rayonla bağlı razılaşma olarsa ciddi sənədlərlə qəbul edilmiş olacaq və o sənədə də qarantiya olacaq dövlətlər-Rusiya, ABŞ, Fransa, beynəlxalq təşkilatlar-ondan sonra da
Dağlıq Qarabağdakl “qondarma rejim”, adın nə qoyurlarsa qoysunlar, beynəlxalq hüququn subyektinə çevriləcəkdir. Bundan sonra Azərbaycam situasiyanı heç cürə dəyişə bilməyəcək və bizim mövqeyimizi müdafiəçisi olan Türkiyənin də əlinə əsas verəcək ki,Ermənistanla sərhədləri açaraq münasibətləri normallaşdırsln.Bundan sonra da Qarabağın işğal altında olan əraziləri yaddan çıxarılacaq.Digər tərəfdən mən onu da qeyd edim ki,ermənilərin Azərbaycana bir rayonu belə qaytarmaq fikirləri yoxudr.Rusiya da bu mövqedə deyil . Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın da açıqlamasında bu məsələ aydınlığı ilə ortaya qoyuldu. Rusiyanın müəyyən ekspertləri artıq məsələnin həll edildiyini də qeyd edirdilər. 5 rayon qayrtarılır və s. Ancaq ola bilsin ki, Ərdoğan bu məsələni bilərəkdən ortaya qoyub . Görüşdə bu məsələ də Putin bir o qədər də ümidli görsənmədi. Belə bir ifadə də ortaya qoyuldu ki, məsələnin həll olunmamasında tərəflərin istəyinin olmaması əsas vaktlardan biridir.  Bütün bunlar onu göstərir ki, ortada real bir iş yoxdur. Sadəcə gündəmi doldururlar.

Son dövürlər Qarabağla bağlı gedən danışıqlarda əsasə 5 rayonun qaytarılması məsələsinin gündəliyə salınması məsələsinə münasibət bildirən QAT sədri dedi ki, burda məqsəd odur ki, diqqəti Azərbaycan dövlətinin hansısa radikal addımlar atmasındam çəkindirsinlər: “Belə bir görüntü yaratmağa çalışırlar ki, 5 rayon da olsa danışıqlar gedir.  Müzakirə görüntüsü yaratmaq üçün 5 rayon məsələsi ortaya atılıbdır. 5 rayon söhbəti həqiqətən varsa, demək, Qarabağda referendumun keçirilməsini tələb edirlər.  Referendumun keçirilməsi Azərbaycanın konstitusiyasına da uyğun gəlmir, maraqlarınada cavab vermir.  Həm Aərbaycanı həm Ermənistanı razı salmaq üçün bu 5 rayon söhbəti ortaya atılıbdır. 

Qarabağın “açarı”nın Rusiyada olması haqda formalaşdırılan fikrə münasibət bildirən QAT sədri bildirdi ki, belə fikirlər zaman-zaman düşünülmüş şəkildə ortaya atılıbdır: “Rusiya necə istəsə elə də olacaq kimi fikirlər ictimai rəyə məqsədyönlü şəkildə yeridilibdiir.  Ancaq burda Rusiyanın olduğu kimi ABŞ–ında, Avropanın da marağı var. Hər bir dövlətin bu məsələdə maraqları var və bu maraqları yeritməyə çalışırlar. Ən əsas da Rusiyanın marağı ciddidir.Çünki Qarabağ məsələsini Rusiya yaradıbdır və bu gün də istəyir ki, bu məsələ onun təsir imkanlarından çıxmasın.  Ancaq Azərbaycan dövlətinin və xaqlının iradəsi ortaya qoyularsa o “həll açar”ı Azərbaycanın əlindədir və Azərbaycan xalqı ortaya iradə qoyduğu təqdirdə torpaqlarını azad edəcəkdir.
b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_nureddinxoca.jpg

“Bozqurd” batalyonunun komandiri Nurəddin Xoca qeyd etdi ki, savaşla alınan torpaqlar, mürrəkkəblə qayıtmır: “ Mən 5 rayon məsələsinə əvvəldən rədd etməyin tərəfdarı olmuşam. Dünya hərb tarixində savaşla alınmış torpaqların mürəkkəblə qaytarılması presedenti olmayıb.5 rayon əvəzinə Qarabağa "sağ ol" deyə bilərik. Bu bir tələdir,tələdə isə pulsuz pendir 5 rayondur. 5 rayonu vermək əvəzinə Qarabağda referendum istəyirlər.Qaldı Qarabağın açarı öz əlimizdədir.Nə Putin nə də bağqa bir dövlətin. Biz hər şeyə tüpürüb, bütün itkiləri gözə alıb hücuma keçməliyik

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_oktaygulal.jpg

KXCP Ali Məclisinin üzvü, hüquq müdafiəçisi Oktay Gülalıyev isə bildirdi ki, danışıqların adı Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması kimi təqdim olunmalıdır: “Əslində Qarabağla bağlı danışıqların adı Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması kimi təqdim olunmalıdır. Çox təssüf ki, bu hakimiyyət iqtidarda olduğu 24 il ərzində Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi bir fəaliyyət ortaya qoya bilmədi və aparılan danışıqlar da iflasa uğradı.Son danışıqlarla bağlı o qənaətdə deyiləm ki, hər hansısa bir irəliləyiş gözlənilir. Məsələnin həlli ilə bağlı isə xatırlayırsınızsa münaqişənin mərhələli həll variantını daha çox Ermənistan tərəfi istəyirdi. Çünki  işğalçı Ermənistan istəyir ki, bir neçə rayon qaytarılsın və bunun qarşılığında Qarabağa status əldə etsinlər. Münaqişənin mərhələli həll variantı düşünürəm ki,Ermənistanın xeyrinə həll olunan bir  məsələdir. Azərbaycan tərəfinin mövqeyi bu olmalıdır ki, Dağlıq Qarabağ probleminin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həll edilsin. Bu baxımdan da 5 rayon məsələəsini ciddi qəbul etmirəm və bunu Azərbaycan üçün uğurlu bir variant kimi qəbul etmirəm. 

Dağlıq Qarabağı məsələsinin həlli Rusiyadan asılıdırmı? sualını cavablandıran Oktay Gülalıyev  Bildirdi ki, o bu cür hesab etmir: “ Mən deməzdim ki, Dağlıq Qarabağ probleminin həlli Rusiyadan asılıdır.Ancaq Rusiyanın bu münaqişənin həll edilməməsində böyük təsir imkanları var. Rusiya Həm Ermənistan rejiminə Rusiyanın daha çox təsir imkanları var, həm də Azərbaycan hakimiyyətinin ən əsas güvəndiyi dövlət Rusiyadır. Mən düşünürəm ki. Azərbaycanda xalqın etimad etdiyi demokratik  seçki mühitində hakimiyyət formalaşarsa , Azərbaycanın qərbə inteqrasiya prosesi həyata keçirilərsə, həm ölkəmiz iqtisadi, sosial baxımdan rifahı yaxşılaşar və Azərbaycan Qafqazda təsir imkanlarını genişləndirsə Qarabağ məsələsinin Azərbaycanın maraqları çərçivəsində həllinə nail ola bilər. Mən Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə inanıram və hesab edirəm ki, xalqın seçdiyi hakimiyyət bu məsələni dövlətimizin maraqları çərçivəsində həll edə bilər.
elsshhhs.jpg

“Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İB-nin sədri ,əslən Kəlbəcərdən olan Elşən Əlisoy hesab edir ki, danışıqlarda müzakirə obyekti bir neçə rayon yox, bütövlükdə işğal olunan torpaqlarımız olmalıdır: "Çox təəssüf ki, torpaqlarımızla bağlı bizim yerimizə başqaları müzakirə aparır. Bu keçən illər ərzində YAP hakimiyyəti Azərbaycan xalqının ümidini özündən üzüb, problemin həllinin başqalarında olduğunu, ən əsas da Qarabağın "açarı"nın Rusiyada olmasını təlqin ediblər. Hakimiyyətin bütün işləri kimi, Qarabağ siyasəti də təhlükəli və Azərbaycanın dövlət maraqlarına cavab verməyən siyasətdir. Qarabağdan kənar hansısa rayonların azad edilməsi məsələsi müzakirə edilirsə, bunu maraqlarımıza təhdid kimi başa düşürəm. Türkiyə bizim qardaşımızdır və Türkiyənin Qarabağ məsələsində vasitəçilərdən biri olmasını arzulayıram. Ancaq bu o demək deyil ki, taleyimizi bütövlükdə kimlərinsə ümidinə buraxmalıyıq. Hesab edirəm ki, Türkiyə ilə Rusiyanın tam olaraq müttəfiqliyinə mane olan səbəblərdən biri Azərbaycan torpaqlarının işğal altında olmasıdır. Heç kimə şübhəli deyil ki, bu işğalın başında duran ən böyük qüvvə məhs Rusiya olubdur. Ərdoğan çalışır ki, Azərbaycanı az da olsa razı salan bir məsələ olsun ki, Türkiyə -Rusiya dostluğuna Azərbaycandan ciddi qınaqlar olmasın. Mən ümumiyyətlə Ərdoğanın səmimiyyətinə, Rusiyanın da Azərbaycanın xeyrinə siyasət yürüdəcəyinə inanmıram. Qarabağ Azərbaycanın ərazisidir və Azərbaycan dövləti özündə güc tapıb ərazilərini işğaldan azad etməlidir. 5 rayon söhbəti danışıqların mövzusu belə olmamalıdır. Ümumiyyətlə artıq boş danışıqlara son qoyub, Qarabağ uğrunda savaşa hazırlaşmaq lazımdır. Aprel döyüşləri bir daha sübut etdi ki, biz qısa bir zamanda ərazi bütövlüyümüzü təmin edə bilərik, problem nə Rusiya deyil, nə də başqası, sadəcə bir problem var, siyasi hakimiyyətin iradəsizliyi!

Anar Rəsullu 


Bölmənin digər xəbərləri

14 Yanvar 2018 Tanınmış siyasətçilər Xamneyiyə "dəstək aksiyası"na münasibət bildirdilər
08 Yanvar 2018 "Azərbaycan gəncliyinin gələcəyi sual altındadır" - Gənclər problemlərdən danışdılar
01 Yanvar 2018 Gənclərin Bütöv Azərbaycan arzusu: “Vahid təşkilata ehtiyac var”
28 Dekabr 2017 İşdən çıxarılan ermənipərəst müəllimlə bağlı - Rəsmi açıqlama
26 Dekabr 2017 “ İT İLİ” KİMLƏRƏ DÜŞƏRLİ, KİMLƏRƏ QƏNİM OLACAQ?!”
18 Dekabr 2017 220 saylı məktəbdə erməni təbliğatı aparan müəllim kimdir? - FOTOLAR
17 Dekabr 2017 BAO Məhəmməd Əmin Rəsulzadənin məzarını təmir etdi - VİDEO
15 Dekabr 2017 Senator Dik Durbin Mehman Əliyevlə görüşüb
13 Dekabr 2017 AXCP sədri Azərbaycanda hakimiyyətin necə dəyişəcəyini açıqladı - VİDEO
04 Dekabr 2017 Bütöv Azərbaycan Birliyinin dirçəldilməsi təklif edildi - ZİYALILAR DƏSTƏK VERİR
11 Noyabr 2017 Göyçayın icra başçısı jurnalisti həbs etdirmək istəyir
08 Noyabr 2017 İran terrorçulara raket satır: İDDİA
28 Oktyabr 2017 Elşən Əlisoy: “Əgər jurnalist yazdığı yazıya görə həbsxanaya salınırsa, hansı azadlıqdan danışmaq olar?”
25 Oktyabr 2017 Elçibəy sağ olsaydı…
18 Oktyabr 2017 Həbsxanada vəziyyəti pisləşən jurnalist müalicə müəssisəsinə aparılıb
27 Sentyabr 2017 Sayt rəhbəri separatizm dəstəkçiləri ilə bağlı Mədət Quliyevə müraciət etdi
21 Sentyabr 2017 Şaumyanın Azərbaycanda olan "balaları" baş qaldırır - FOTOLAR
17 Sentyabr 2017 Ziya Məmmədovun lisey direktoru olan bacısının "pul yığımı" davam edir" - VİDEO
07 Sentyabr 2017 "İlham Əliyev bu ciddi ittihamlarla bağlı xalq qarşısında izahat verməlidir"
19 Avqust 2017 Ərdoğanın mühafizəçiləri ülküçülərdir? - FOTOLAR
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.