Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_rrrererererer.jpg
Elşən Əlisoy: "Ölkədə baş verən gerçək ictimai-siyasi  prosesləri gizlətmək olmaz".

Bu gün Azərbaycanın onlayn media qurumları içərisində öz dəst-xətti ilə seçilən Sozcu.az saytının 1 yaşı tamam olub. Bu münasibətlə saytın təsisçisi Elşən Əlisoyun fikirlərini öyrəndik.

Elşən bəy, Sozcu.az saytının 1 yaşı münasibəti ilə sizi təbrik edirik. Bu 1 il saytın cəmiyyətə təqdim edilməsinə yetərli oldumu?

- Əslində  saytın ildönümü ilə bağlı təbrikin sahibləri sizlərsiniz.  Xəbər saytı açmaq mənim təklifim olsa da,  sizin dəstəyinizlə bu layihəni həyata keçirdik. Saytın  adının isə müəllifi Vasif  hocamızdır. Sizi və özümü təbrik edirəm. Əslində 1 il mətbuat orqanı üçün çox qısa bir zamandır.  Üstəlik müəyyən işləri həyata keçirmək üçün lazımı maddi imkan yoxdursa bu iş daha da çətin və gec başa gəlir. Ümumiyyətlə bir  ilə ciddi uğurdan danışmaq olmaz. Azərbaycanda kifayət qədər xəbər portalları fəaliyyət göstərir, bu bolluğun içində açacağım saytın öncül yerlərdə qərar tutması üçün əslində 3 il müddət nəzərdə tutmuşam.  Ancaq bu qısa bir zamanda da kifayət qədər işlər görə bildik. Sozcu.az-ın arzuladığımız qədər olmasa da, daimi oxucularını əldə etmişik. Hətta hansısa texniki problem üzündən  saytda məlumat olmayan gün olarsa, feyzbuk üzərindən  “sayt niyə işləmir?”  kimi mesajlar göndərirlər.  Ən əsas da tərəfsizliyimizi bu günə qədər qoruyub saxlaya bilmişik.

Tərəfsizlik deyirsiniz, ancaq oxucu Sozcu.az-ı əsasən müxalifət yönümlü sayt kimi qəbul edir.

- Rəsmi məlumatların da demək olar ki, əksəriyyəti saytda dərc edilir. Ancaq bəzi məsələlər var ki, biz həm vətəndaş olaraq, həm də mətbuat olaraq onlara göz yuma bilmərik. Ölkədə baş verən gerçək ictimai-siyasi  prosesləri gizlətmək olmaz. Həbsxanada olan siyasi məhbusların durumları haqqında mənə elə gəlir ki, yazmamaq vicdansızlıq olar. Ən azından bir insanın çarəsiz durumda olduğunu bilib ona susmaq vicdanlı insan üçün qəbuledilməzdir. Bundan əlavə də  danılmaz həqiqətdir ki, bu gün oxucu üçün maraqlı olan  xəbər müxalifət düşərgəsinin siyasi xəbərləridir. Oxucunun maraqlarını təmin etmək lazımdır. Həm də bizə ona görə vacibdir ki, biz hansısa məmurun cibinə girmək üçün yox, oxucu qazanmaq uğrunda çalışırıq.  Nə edək ki, bu gün əksər vətəndaşlarımız üçün hakimiyyət düşərgəsi maraq kəsb etmir. Rəsmilərin görüşləri, sərəncamlar, fərmanlar oxucu üçün aktuallığını itirib. Ölkədə qanunlar işləmədiyi üçün rəsmi xəbərlər oxucu marağı yoxdur.  Ancaq bununla belə bizim gündəlik məlumatlarımızda rəsmi məlumatlar da dərc edilir. Sozcu.az saytı heç bir düşərgəyə o cümlədən müxalifət düşərgəsinə bağlı xəbər portalı deyil, sadəcə həqiqəti işıqlandırdığımız üçün bəzən belə görünə bilirik.

Azərbaycanda mətbuat orqanının öz gücünə uğur qazanmasına şərait varmı?

- Xeyr yoxdu! Azərbaycanda fəaliyyət göstərən müstəqil mətbuat orqanları üçün bu imkanlar qapadılıb. Mətbuatı ayaqda saxlayan faktorlardan biri, mən deyərdim elə ən birincisi reklam bazarından faydalana bilməkidir. Bu da təəssüf  ki, doğrunu yazan mətbuat orqanı üçün çox az hallarda mümkün ola bilir.  Biz də bir neçə dəfə reklam bazarından faydalanmaq üçün çalşmışıq.  Anacaq hər dəfə də müəyyən şərtlər qoyulub. Bu şərtlərdən ən əsası da o olub ki, saytda hakimiyyəti qəzəbləndirə biləcək yazılar yayımlanmasın və ya bu cür xəbərlərə az yer verilsin. Təbii ki, bu da bizim prinsiplərimizə uyğun deyil. Əgər biz cəmiyyətə xidmət edə bilməyəcəyiksə daha bu sahədə niyə fəaliyyət göstərməliyik ? Yadınızdadırsa həbsxanada Mehman Qələndərov adlı siyasi məhbusun ölüm xəbərini ilk dərc edən saytlardan biri Sozcu.az oldu və  həmin hadisəni işıqlandırmağımız bizim çox ciddi bir şirkətlə danışığımıza son qoydu. Ancaq biz o hadisəni işıqlandırdıq. Biz prinsiplərimizi və gerçəyi maddiyyata dəyişə bilən insanlar deyilik. Bəzən elə hadisələr olur ki, bizi tanıyan insanlar  çoxlarının dərc etmədiyi hansısa bir  hadisəni dərc etməyi bizdən gözləyirlər və haqlı da edirlər. İş adamlarını da qınamaq olmur,  insanlar güclə, necə deyərlər suyu da üfləyə-üfləyə müəyyən iş qurmağa nail ola biliblər. Bu adamlar Azərbaycanın mövcud durumunu bildikləri üçün  əziyyətlə əldə etdikləri imkanları itirməkdən qorxurlar. Buna görə də Azərbaycanda müstəqil mətbuat orqanının ayaqda durmasına şərait yoxdur. Əgər jurnalist yazdığı yazıya və ya nümayiş etdirdiyi mövqeə görə həbsxanaya salınırsa, hansı şəraitdən danışmaq olar?

Sozcu.az-ın başqa xəbər saytlarından fərqli cəhəti hansıdır?

- Sozcu.az heç bir siyasi-ictimai quruma bağlı olan mətbuat orqanı deyil.  “Bu xəbəri dərc edək, ya yox?” deyə məsləhət aldığımız  hansısa məmur və ya kimsə yoxdur.  Çalışırıq  oxucularımızın yazılarını, gənclərin məqalələrini və şerlərini dərc edək. Bəzən oxucularımızdan bizə həddindən artıq ərk edənlər də olur. Buna dözürük. Çünki məqsədimiz saytımızı hər kəsin özününkü bildiyi bir sayta çevirə bilməkdir. Sozcu.az-da  əxlaqımıza-mentalitetimizə uyğun olmayan xəbərlər getmir. Bəzən ideoloji bir  adı olan saytlarda “Filankəs filankəsi zorladı”,”filankəs filankəsə qoşulub qaçdı” kimi xəbərləri görəndə narahat oluruq. Mətbuat insanların düşüncələrinə təsir edən ən ciddi vasitələrdən biri olduğu üçün, bu kimi hadisələri cəmiyyətdə təbliğ etməyi düzgün hesab etmirik və heç zaman da saytımızda belə xəbərlər dərc edilmir. Çalışırıq Cənubi Azərbaycanla bağlı, Türk dünyası ilə bağlı yazılara üstünlük verək. Biz heç bir məmurun qapısında pul üçün boynumuzu bükmürük, nə edə biləriksə öz gücümüzə etməyə çalışırıq. Bəziləri kimi şikayətçi məktublarındandan şantaj vasitəsi kimi istifadə etmirik. Bu gün əksər mətbuat orqanının necə pul qazandığını da bilirik, ancaq  bu “yol” həm də bir ideya adamları kimi bizim üz tutacağımız yol deyil. Bu gün ola bilsin ki, bizim hələ bilmədiyimiz və ya rastımıza çıxmayan doğru qazanc yolları var ki, ondan yararlana biləcəyimizə inanıram. Bundan əlavə halal qazanc əldə etmək üçün ən azı kiçik biznes qurmağın tərəfdarıyam. Bununla  da ən azından başqa yerdə qazandığımız maliyə hesabına saytımızı qoruyub saxlaya bilərik. 

Elşən bəy, bu sual elə başa düşülməsin ki, biz nədənsə narahatıq,  əksinə sizinlə çalışmaq və birgə başladığımız yola davam etmək bizə də zövq verir. Sadəcə oxucu üçün maraqlı ola bilər deyə soruşuruq. Maddi imkanınızın məhdud olduğu bir zaman da,  bu qədər çətinliyin olacağını bilə-bilə bir mətbuat orqanını ərsəyə gətirməyə və vaxtınızın böyük bir hissəsini bu işə sərf etməyə səbəb nədir?

- Bildiyiniz kimi mən 17 ildir ki, ictimai-siyasi proseslərin içindəyəm. Bacardığım qədər sosial işlərlə məşğul oluram. Hər zaman sizinlə birlikdə Qarabağ qazilərimizə, şəhid ailələrimizə və hüququ pozulan  imkansız vətəndaşlarımıza təmənnasız dəstək olmuşuq.  Çox zaman kömək etmək istədiyimiz insanların  problemlərini ictimailəşdirmək üçün mətbuata ehtiyacımız olub. Buna görə də kimlərəsə ağız açmağı kənara qoyub, özümüz bir mətbuat orqanı ərsəyə gətirməyə qərar verdik və çox ciddi uğurlar da qazandıq. Dəfələrlə olub ki, sosial problemlərini işıqlandırdığımız insanlar bizə zəng edərək çətinliklərinin həll edildiyini deyib təşəkkür ediblər. Uzun illər uçuq komada yaşayan Qarabağ qazimizin mənzillə təmin olunmasına saytımız vasitəsi ilə nail olmuşuq.  Hesab edirəm ki, onun duasından böyük  qazanc yoxdur. Dövlət orqanları qarşısında qaldırdığımız məsələlərin əksəriyyəti həllini tapıb. Heç nədən polis bölməsinə aparılan siyasi fəallar olub ki, anında etdiyimiz müdaxilə onların zorakılıqla üzləşməsinin qarşısını alıb. Biz bütün bunları edə bilmək üçün özümüzün xəbər saytımızın olmasını vacib bildik və Sozcu.az saytını ərsəyə gətirdik. Oxucularımız artıq saytımızın E-mail adresinə şikayətlərini göndərib bizim vasitəmizlə problemlərinin həll edilməsinə çalışırlar. Sozcu.az artıq insanların üz tutduqları bir mətbuat orqanına çevrilib. Bu özü bir uğurdur məncə.

Saytın ikinci ildönümündə bu günkündən daha fərqli bir durumda olacağına inanırıq.

 - Bəli, ikinci ildönümümüz daha uğurlu olacaq! 2018-ci ildən saytımıza peşəkar jurnalistlərin cəlb olunmasını düşünürəm. Tanınmış yazarların imzaları saytımızda görünəcək. Ciddi və müstəqil bir media irqanının ərsəyə gətirəcəyimizə inanıram.

Cabir Turan Cəfərbəyli

Anar Rəsullu 

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_asasasa.jpg
b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_saytt1.jpg
b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_nemmiiii.jpg
b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_aaaassss.jpg
b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_zaaaaaaaaaaaaaaaaaa.jpg

Bölmənin digər xəbərləri

18 Noyabr 2017 "5 rayon qarşılığında Dağlıq Qarabağ...?"-TƏHLİL
11 Noyabr 2017 Göyçayın icra başçısı jurnalisti həbs etdirmək istəyir
08 Noyabr 2017 İran terrorçulara raket satır: İDDİA
25 Oktyabr 2017 Elçibəy sağ olsaydı…
18 Oktyabr 2017 Həbsxanada vəziyyəti pisləşən jurnalist müalicə müəssisəsinə aparılıb
27 Sentyabr 2017 Sayt rəhbəri separatizm dəstəkçiləri ilə bağlı Mədət Quliyevə müraciət etdi
21 Sentyabr 2017 Şaumyanın Azərbaycanda olan "balaları" baş qaldırır - FOTOLAR
17 Sentyabr 2017 Ziya Məmmədovun lisey direktoru olan bacısının "pul yığımı" davam edir" - VİDEO
07 Sentyabr 2017 "İlham Əliyev bu ciddi ittihamlarla bağlı xalq qarşısında izahat verməlidir"
19 Avqust 2017 Ərdoğanın mühafizəçiləri ülküçülərdir? - FOTOLAR
14 Avqust 2017 Müsəlman ermənilər Qarabağı erməni torpağı kimi qəbul edir
05 Avqust 2017 Azərbaycanın və Gürcüstanın başı üzərində bir Putin kabusu dolaşır
27 İyul 2017 "Rusiya Azərbaycana mesaj verir ki, Ermənistanla bir yerdəyəm" -HİKMƏT HACIZADƏ
26 İyul 2017 Lamiyyə Əhmədova: "Aziz Orucova qarşı aqqressiv rəftarın arxasında hakimiyyətin mahiyyəti durur"
07 İyul 2017 Körpə balamıza dəstək olaq!
27 İyun 2017 “Hakimiyyət gənclərin arzularını əllərindən almaq istəyir” – ŞURA ƏMİRASLANOVA
17 İyun 2017 QAT Ağsu rayonunda tədbr keçirib -FOTO +VİDEO
02 İyun 2017 Tural Abbaslı: "Hələ çox dəhşətlər görməli olacağıq"
23 May 2017 Nisəxanım Vəliyeva:”Kişilər oğul istəyir, amma onun tərbiyəsini qadına həvalə edir”
08 May 2017 Azərbaycan heyəti Türkmən Elinə dəstək toplantısı keçirdi- Türkiyədə-FOTO
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.