Xəbər lenti

cavs.jpg
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyevin verdiyi məlumata görə, Beynəlxalq Qırımızı Xaç Komitəsinin tövsiyyəsi ilə 9 saylı CÇM- də saxlanılan, 7 gün.az saytının baş redkatoru, jurnalist Cavid Şirəliyev səhhətinin ağırlaşması ilə əlaqədar Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.

Dostlar, bilirsinizmi onun səhhəti niyə ağırlaşıb? Jurnalistə nə soyuq dəyib, nə də qrup olub. 22 sentyabrda onunla birlikdə 9 saylı CÇM- də saxlanılan digər siyasi məhbus Rüfət Səfərovla amansız işgəncələrə məruz qalarkən aldığı travmadan jurnalistin səhhətində ciddi problemlər yaranıb. Bilirsinizmi Rüfət bəylə onu necə döybülər? 9 saylı CÇM- nin rəis müavini Azər Bağırzadənin rəhbərliyi altında hər iki şəxsin qollarına qandal vuraraq, çarmıxa çəkib özlərindən gedənə, bayılana qədər döyüblər. Huşu özündən gedən hər iki məhbusun üstünə vedrə ilə soyuq su töküb ayıldıb yenə döyürlərmiş. Aldığı zərbələrdən Cavidin daxili orqanları zədələnib, burun çəpəri sınıb, gözlərinə qan yığılıb. Eyni zədələr başqa formada Rüfət bəydə də var. Bildiyim qədəri ilə Rüfət bəyi müayinə edən Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları onun bədənində olan şırımları, qançırmaları, dubinka izlərini görüb dəhşətə gəliblər...

Elə bilməyin sizə danışdığım bu vəhşilik hekayəti erməni əsirliyində olan soydaşlarımıza qarşı edilib. Xeyr, adı çəkilən hər iki şəxs- Cavid Şirəliyev və Rüfət Səfərov şərlənərək həbs olunmuş, Azərbaycan həbsxanalarında saxlanılan həmvətənlimizdir və onlara qarşı bu vəhşiliyi, qəddarlığı həyata keçirən azərbaycanlı məmurlardır.

Dostlar, görürsünüzmü bunlar ləyaqətli insanlarımıza qarşı necə savaş açıblar? Psixoloji və özünü idarəetmə problemi olan 9 saylı CÇM- nin rəis müavini Azər Bağırzadə açıqca bildirib ki, sizin hər ikinizin (yəni Cavid bəylə Rüfət bəyin) qanı bizə (!?) halaldır. Sizi öıdürsək bizə yuxarıdan heç nə deməyəcəklər (!?). Deməli hər iki şəxsi ölümünə qədər vurmaq yuxarıdan gələn tapşırıqdır.

Cavid Şirəliyev hal- hazırda Müalicə Müəssisəsindədir. Əldə etdiyim məlumatlardan dolayı mən Rüfət Səfərovun taleyindən çox narahatam. Həm onun hazırkı sağlıq durumundan, həm də onun gələcək taleyindən... Düzdür yaxın vaxtlarda Rüfət bəyin də Müalicə Müəssisəsinə göndəriləcəyi bildirilir. Amma 9 saylı CÇM- də ona hər an nəsə edə bilərlər. Çünki keçmiş müstəntiq erməni əsirliyindən fərlənməyən formada qəddar, qisasçı şəxslərin giorvluğundadır.

Milli Şuranın çağrışı ilə xalqımızın meydanlara çıxıb oğruları ifşa etməsinin, talana və yalana "son" deməsinin heyfini bunlar girovluqda saxladıqları siyasi məhbuslara işgəncə verməklə alırlar. Rüfət və Cavidlə yanaşı Efqan Sadıqov, Bayram Məmmədov, İlkin Rüstəmzadə, Elgiz Qəhrəmanova və digər məhbuslara verilən işgəncələr məhz buna xidmət edir.

Gəlin, Milli Şuranın 28 oktyabr saat 15.00- da keçirəcəyi mitinqində daha izdihamlı iştirak edib həbsdə olan, gözümçıxdıya salınan, işgəncələrə məruz qalan siyasi məhbusları daha qətiyyətlə müdafiə edək!

Sozcu.az

Bölmənin digər xəbərləri

14 Yanvar 2018 Tanınmış siyasətçilər Xamneyiyə "dəstək aksiyası"na münasibət bildirdilər
08 Yanvar 2018 "Azərbaycan gəncliyinin gələcəyi sual altındadır" - Gənclər problemlərdən danışdılar
01 Yanvar 2018 Gənclərin Bütöv Azərbaycan arzusu: “Vahid təşkilata ehtiyac var”
28 Dekabr 2017 İşdən çıxarılan ermənipərəst müəllimlə bağlı - Rəsmi açıqlama
26 Dekabr 2017 “ İT İLİ” KİMLƏRƏ DÜŞƏRLİ, KİMLƏRƏ QƏNİM OLACAQ?!”
18 Dekabr 2017 220 saylı məktəbdə erməni təbliğatı aparan müəllim kimdir? - FOTOLAR
17 Dekabr 2017 BAO Məhəmməd Əmin Rəsulzadənin məzarını təmir etdi - VİDEO
15 Dekabr 2017 Senator Dik Durbin Mehman Əliyevlə görüşüb
13 Dekabr 2017 AXCP sədri Azərbaycanda hakimiyyətin necə dəyişəcəyini açıqladı - VİDEO
04 Dekabr 2017 Bütöv Azərbaycan Birliyinin dirçəldilməsi təklif edildi - ZİYALILAR DƏSTƏK VERİR
18 Noyabr 2017 "5 rayon qarşılığında Dağlıq Qarabağ...?"-TƏHLİL
11 Noyabr 2017 Göyçayın icra başçısı jurnalisti həbs etdirmək istəyir
08 Noyabr 2017 İran terrorçulara raket satır: İDDİA
28 Oktyabr 2017 Elşən Əlisoy: “Əgər jurnalist yazdığı yazıya görə həbsxanaya salınırsa, hansı azadlıqdan danışmaq olar?”
25 Oktyabr 2017 Elçibəy sağ olsaydı…
27 Sentyabr 2017 Sayt rəhbəri separatizm dəstəkçiləri ilə bağlı Mədət Quliyevə müraciət etdi
21 Sentyabr 2017 Şaumyanın Azərbaycanda olan "balaları" baş qaldırır - FOTOLAR
17 Sentyabr 2017 Ziya Məmmədovun lisey direktoru olan bacısının "pul yığımı" davam edir" - VİDEO
07 Sentyabr 2017 "İlham Əliyev bu ciddi ittihamlarla bağlı xalq qarşısında izahat verməlidir"
19 Avqust 2017 Ərdoğanın mühafizəçiləri ülküçülərdir? - FOTOLAR
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.