Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_elsenelisoymura.jpgAzərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev cənablarına Sozcu.az saytının təsisçisi Elşən Əli oğlu Məmmədov (Əlisoy) tərəfindən

 M Ü R A C İ Ə T

İraq dövlətində  seperatçı kürdlərin keçirdikləri qondarma müstəqillik referendumundan sonra, Azərbaycanda yaşayan seperatçı meylli kürdlər qol-qanadı açılıb. Feysbuk şəkillərini türk düşməni Məsud Bərzaninin şəkli ilə bəzəyən bu adamların içində dövlət məmurlarının da olması,dövlətin aidiyyəti qurumlarına həmin insanların vəzifəyə təyin edənlərin kimliklərini araşdırmağın nə qədər vacib bir iş olmasını ortaya qoyur.

Bu seperatçıların dəstəkçilərindən biri -  Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyev  nəinki qardaş Türkiyənin, İraq dövlətinin özünün də tanımadığı bir qondarma referendumu dəstəkləyir, hətta dövləti təhdid edərək ,“Məni işdən çıxarsalar Pasportumu yandıraram” deyir. Bu adam “Kürdüstan” üçün şəhidlərimizin qanı ilə ərsəyə gələn müstəqil Azərbaycanın pasportunu cırmağa hazırdırsa, gələcəkdə Azərbaycanda baş verə biləcək bölücü oyunların alətinə çevriləcəyi də şübhə doğurmamalıdır.Bunların dəstəklədiyi qüvvələrin nəinki qardaş Türkiyə,tarixi torpaqlarımız olan Türkmən Elinə,hətta vətənimiz Azərbaycana belə ərazi iddiası irəli sürürlər.İstər oyuncaq “Kürdüstan”-ın xəyali xəritəsində,istərsə də bir çox kürd ictimai xadiminin bəyanatlarında Naxçıvan qondarma “Kürdüstan”dövlətinin bir parçası kimi göstərilir.Belə bir separatçı rejimin nə yazıq ki,Vətənimizdə də açıq dəstəkləkçiləri var.

Əgər Azərbaycanda milli hisslərdən uzaq bir qrup bolşevik –daşnak tərəfdarları, millətimizin qanını axıdan, “31 mart soyqırımı” kimi qanlı soyqırım törədən cəlladların- “26 Bakı Komisarı” nın qəbirlərini rahat şəkildə ziyarət edib, dövlətimizin qurucusu olan müsavatçıları “Daşnak-musavat tör-töküntüsü” adlandırıb,bunu çəkinmədən mətbuatda da ifadə edirlərsə, əgər başqa bir qrup Azərbaycana torpaq iddiası irəli sürən kürd seperatizminə dəsətk verib, PKK yandaşı olan Bərzani kimi terrorçuların şəkilini sosial şəbəkələrdə özünün feysbuk şəkli edib, dövləti pasportunu yandıracağı ilə hədələyən insanlar rahat şəkildə istədiklərini edə bilirsə və hətta dövlətimizin ali qurumlarında vəzifə sahibləri ola bilirlərsə, onda maraqlıdır, Dövlətimizn təhlükəsizlik orqanları hara baxır?

Azərbaycan tolerant bir ölkədir,tarixən bir çox xalqlar biz Türklərlə bərabər eyni hüquqda Vətənimizdə yaşayıb və hələdə yaşayırlar.Azərbaycan azsaylı xalqların da Vətənidir.Azərbaycanda hər kəs milli kimliklərini rahat şəkildə ifadə edə bilir,buna qanunlarımızda icazə verir,ictimai rəydə də heç bir narzılıq olmur.

   Hər kəs öz milli kimliyi ilə fəxr duya bilər.Lakin bu o demək deyil ki.bu artıq separatizm.bölücülük meyllərinə gətirib çıxarmalıdır.Haqqında danışılan separatizmi dəstəkləyən bu şəxs və şəxlər,Azərbaycan Respublikasına xəyanət edir,separatçılıq qığılcamları yaradır.Təhlükəli və əndişə verici olan budur ki,bu xırda qığılcımlar nə vaxtsa domino effekti yaradaraq böyüyə bilər.

   Hörmətli Mədət Müəllim, Azərbaycan Respublikasının bir vətəndaşı olaraq, Sizdən tələb edirəm ki.vəzifə səlahiyyətlərinizdən istifadə edərək Füzuli Tanrıverdiyev və onun kimi kürd sepratizmini dəstəkləyən insanlar haqında ciddi tədbir görəsiniz.

                                                 

                                                 

                                         

 

Bölmənin digər xəbərləri

18 Noyabr 2017 "5 rayon qarşılığında Dağlıq Qarabağ...?"-TƏHLİL
11 Noyabr 2017 Göyçayın icra başçısı jurnalisti həbs etdirmək istəyir
08 Noyabr 2017 İran terrorçulara raket satır: İDDİA
28 Oktyabr 2017 Elşən Əlisoy: “Əgər jurnalist yazdığı yazıya görə həbsxanaya salınırsa, hansı azadlıqdan danışmaq olar?”
25 Oktyabr 2017 Elçibəy sağ olsaydı…
18 Oktyabr 2017 Həbsxanada vəziyyəti pisləşən jurnalist müalicə müəssisəsinə aparılıb
21 Sentyabr 2017 Şaumyanın Azərbaycanda olan "balaları" baş qaldırır - FOTOLAR
17 Sentyabr 2017 Ziya Məmmədovun lisey direktoru olan bacısının "pul yığımı" davam edir" - VİDEO
07 Sentyabr 2017 "İlham Əliyev bu ciddi ittihamlarla bağlı xalq qarşısında izahat verməlidir"
19 Avqust 2017 Ərdoğanın mühafizəçiləri ülküçülərdir? - FOTOLAR
14 Avqust 2017 Müsəlman ermənilər Qarabağı erməni torpağı kimi qəbul edir
05 Avqust 2017 Azərbaycanın və Gürcüstanın başı üzərində bir Putin kabusu dolaşır
27 İyul 2017 "Rusiya Azərbaycana mesaj verir ki, Ermənistanla bir yerdəyəm" -HİKMƏT HACIZADƏ
26 İyul 2017 Lamiyyə Əhmədova: "Aziz Orucova qarşı aqqressiv rəftarın arxasında hakimiyyətin mahiyyəti durur"
07 İyul 2017 Körpə balamıza dəstək olaq!
27 İyun 2017 “Hakimiyyət gənclərin arzularını əllərindən almaq istəyir” – ŞURA ƏMİRASLANOVA
17 İyun 2017 QAT Ağsu rayonunda tədbr keçirib -FOTO +VİDEO
02 İyun 2017 Tural Abbaslı: "Hələ çox dəhşətlər görməli olacağıq"
23 May 2017 Nisəxanım Vəliyeva:”Kişilər oğul istəyir, amma onun tərbiyəsini qadına həvalə edir”
08 May 2017 Azərbaycan heyəti Türkmən Elinə dəstək toplantısı keçirdi- Türkiyədə-FOTO
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.