Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_mehbubeene.jpg
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun 66 sayli orta məktəbin ("Tərəqqi" texniki-humanitar liseyi) direktoru vəzifəsində çalışan bacısı Məhbubə Məmmədovadan şikayət səngimir.

Dəfələrlə mətbuat orqanlarında adı çəkilən liseydə şagirdlərdən "fond pulu" adına rüşvət toplanması haqqında məlumatlar yazılsa da, çox təəssüf ki, Məhbubə Məmmədovanın direktoru olduğu "Tərəqqi" liseyində baş verən özbaşınalıqlara son qoyulmayıb. 

Sozcu.az saytına həmin liseylə bağlı şikayət ünvanlayan valideyinlərdən biri bildirir ki, liseydə dəyəri 40 manat olan geyimi 120 manat satırlar: "Liseyin rəhbərliyi dəyərəri 40 manat olan məktəbli formasını 120 manata satdırır və valideyinləri məcbur edir ki, həmin formaları onlardan alsınlar. Bəhanələri də budur ki, güya bu məktəbli geyiminin keyfiyyəti başqalarından fərqlidir. Həmin məktəbli geyimləri isə BTF-nin (Bakı Tikiş Fabriki) Xırdalan və Sumqayıtda olan dükanlarında 40 manata satılır".

Liseydə baş verən özbaşınalıqlardan şikayət edən valideyin onu da bildirib ki, məktəbli geyimindən başqa da məktəbdə müxtəlif ad altında pul yığılır: "Liseydə ildə 4 dəfə, bayramlarda "direktora hədiyyə"  adı altında şagirdlərdən pul yığılır. Bundan əlavə "fond pulu" adına ildə 150 manat pulumuzu alırlar. Digər tərəfdən də direktor hər bir sinifdən 1-ci növbədə olmaq üçün 600 manat rüşvət tələb edir və həmin pulu verməyən sinif  ikinci növbəyə salınır".

Sozcu.az saytına müraciət edən valideyinlər onu da bildiriblər ki, ovladları 66 sayli "Tərəqqi" texniki-humanitar liseyində təhsil alan valideyinlər dəfələrlə liseydə baş verən özbaşınalıqlarla bağlı dövlət başçısı İlham Əliyevə  və Təhsil Naziri Mikayıl Cabbarova dəfələrlə şikayət məktubu ünvanlasalar da, bu özbaşınalıqların qarşısını alan olmayıb.

Elşən Əlisoy 

Bölmənin digər xəbərləri

18 Noyabr 2017 "5 rayon qarşılığında Dağlıq Qarabağ...?"-TƏHLİL
11 Noyabr 2017 Göyçayın icra başçısı jurnalisti həbs etdirmək istəyir
08 Noyabr 2017 İran terrorçulara raket satır: İDDİA
28 Oktyabr 2017 Elşən Əlisoy: “Əgər jurnalist yazdığı yazıya görə həbsxanaya salınırsa, hansı azadlıqdan danışmaq olar?”
25 Oktyabr 2017 Elçibəy sağ olsaydı…
18 Oktyabr 2017 Həbsxanada vəziyyəti pisləşən jurnalist müalicə müəssisəsinə aparılıb
27 Sentyabr 2017 Sayt rəhbəri separatizm dəstəkçiləri ilə bağlı Mədət Quliyevə müraciət etdi
21 Sentyabr 2017 Şaumyanın Azərbaycanda olan "balaları" baş qaldırır - FOTOLAR
07 Sentyabr 2017 "İlham Əliyev bu ciddi ittihamlarla bağlı xalq qarşısında izahat verməlidir"
19 Avqust 2017 Ərdoğanın mühafizəçiləri ülküçülərdir? - FOTOLAR
14 Avqust 2017 Müsəlman ermənilər Qarabağı erməni torpağı kimi qəbul edir
05 Avqust 2017 Azərbaycanın və Gürcüstanın başı üzərində bir Putin kabusu dolaşır
27 İyul 2017 "Rusiya Azərbaycana mesaj verir ki, Ermənistanla bir yerdəyəm" -HİKMƏT HACIZADƏ
26 İyul 2017 Lamiyyə Əhmədova: "Aziz Orucova qarşı aqqressiv rəftarın arxasında hakimiyyətin mahiyyəti durur"
07 İyul 2017 Körpə balamıza dəstək olaq!
27 İyun 2017 “Hakimiyyət gənclərin arzularını əllərindən almaq istəyir” – ŞURA ƏMİRASLANOVA
17 İyun 2017 QAT Ağsu rayonunda tədbr keçirib -FOTO +VİDEO
02 İyun 2017 Tural Abbaslı: "Hələ çox dəhşətlər görməli olacağıq"
23 May 2017 Nisəxanım Vəliyeva:”Kişilər oğul istəyir, amma onun tərbiyəsini qadına həvalə edir”
08 May 2017 Azərbaycan heyəti Türkmən Elinə dəstək toplantısı keçirdi- Türkiyədə-FOTO
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.