Xəbər lenti

eeeerrre64646.jpg
Türkiyə Cümhuriyyətində baş verən məlum 15 iyul dövlət çevrilişi cəhdindən sonra Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyub Ərdoğanın təhlükəsizliyi ölkənin bir nömrəli müzakirə olunan məsələsinə dönüb.

Rəcəb Tayyub Ərdoğana qarşı  sui-qəsd  həyata keçirmək istəyənlərin  sırasında Türkiyə ordusunun xüsusi təyinatlı əsgərləri olan "Bordo bereliler"in də olması dövlətin içində hətta prezidenti öldürməyə qədər də gedib çıxa bilən güclərin mövcudluğunu ortaya qoydu. 

Türkiyə cəmiyyətində prezident Ərdoğanın təhlükəsizliyinə MHP başqanı Dövlət Baxçalının cavabdeh olması və ülküçü hərəkatın etibarlı şəxslərindən bir qrupuna prezidenti mühafizə etmələri haqqında gizli təlimat verdiyi haqqında şayələr dolaşmaqdadır.
biyy786.jpg
Çevriliş  gecəsi prezident Ərdoğanla Türkiyə Silahlı Qüvvələrinin 1-ci Ordu Komutanı Orgeneral Ümit Dündar arasında baş verən dioloqda ordu komatınının, "Sizi mən qoruyaram, İstanbula gəlin" deməsindən sonra  Ərdoğanın, "Sənə necə güvənə bilərəm?" sualına  Ordu komutanının, "Məni Baxçalıdan soruşun" deməsi Türkiyədə dövlətin ən sadiq və dərin əlaqəli adamının MHP liderinin olduğunu ortaya qoydu.  Düzdür,çevriliş cəhdindən sonra adı çəkilən şəxslərin hər biri bu hadisəni inkar etsələr də, sonrakı bir çox siyasi proseslər bu hadisəni ciddiyə almağa əsas verdi.
b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_korumaner.PNG
Hərbi çevriliş cəhdindən sonra Türkiyə prezidentinin yaxın mühafizəçilərinin qiyafələrini  dəyişmələri cəmiyyət  arasında bir mənalı qarşılanmayıb. Əsasən səliqəli geyimdə və bığ saxlamayan yaxın mühafizəçilərin son zamanlar ülkücülər kimi bığ saxlamaları və "KABADAYI"-ya bənzəyən zəhmli görkəmdə olmaları Ərdoğanın özünün və ailəsinin təhlükəsizliyini milliyətçilərə həvalə etdiyi haqqında fikirlərə yol açıb.  Son zamanlar MHP -nin AKP hakimiyyətinə qarşı yumşaq davranışı,  AKP və MHP liderlərinin bir çox məsələrdə həmrəylik nümayiş etdirmələri ,Türkiyənin gələcəyi haqqında strateji planların həyata keçirilməsi yönündə bi iki liderin birgə yürüdüyünü açıq -aşkar göstərir. 
korummaa.jpg
Nəzərinizə onu da çatdıraq ki, Türkiyə vətəndaşları arasında bığ saxlamaq ənənəsi milliyətçilərlə bərabər,solçularında uzun illərdən bəri gələn ənənələrindən biri olsa da, həm bığların fərqliliyi həm də Ərdoğanın rəhbərlik etdiyi AKP-nin əsasən İslam dininin ideoloji təməllərini  əsas götürən sağçı bir təşkilat olduğunu nəzərə alsaq,mühafizəçilərin  ülgüçülər olduqları fikrini öndə tutarıq.

Elşən Əlisoy 

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_erbozqurddd.jpg
bozqurdd.jpg

Bölmənin digər xəbərləri

13 Fevral 2018 Gəncədə polis özbaşınalığı - QHT rəhbərindən prezidentə müraciət
10 Fevral 2018 "Seçkidə iştirak etmək lazım idi, boykot nə verəcək? Bir-iki qotur bəyanat" - ƏHMƏD ORUC
30 Yanvar 2018 Türk ordusu daha bir yüksəkliyi ələ keçirdi
28 Yanvar 2018 Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi elan edildi
28 Yanvar 2018 Türk ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 484 nəfərə çatıb –Açıqlama
27 Yanvar 2018 TSK-nın Afrin hesabatı: 394 terrorçu, 340 hədəf...
25 Yanvar 2018 Türkiyə HHQ Suriyanın Mənbic şəhərinə zərbələr endirdi- İlk dəfə
14 Yanvar 2018 Tanınmış siyasətçilər Xamneyiyə "dəstək aksiyası"na münasibət bildirdilər
08 Yanvar 2018 "Azərbaycan gəncliyinin gələcəyi sual altındadır" - Gənclər problemlərdən danışdılar
01 Yanvar 2018 Gənclərin Bütöv Azərbaycan arzusu: “Vahid təşkilata ehtiyac var”
28 Dekabr 2017 İşdən çıxarılan ermənipərəst müəllimlə bağlı - Rəsmi açıqlama
26 Dekabr 2017 “ İT İLİ” KİMLƏRƏ DÜŞƏRLİ, KİMLƏRƏ QƏNİM OLACAQ?!”
18 Dekabr 2017 220 saylı məktəbdə erməni təbliğatı aparan müəllim kimdir? - FOTOLAR
17 Dekabr 2017 BAO Məhəmməd Əmin Rəsulzadənin məzarını təmir etdi - VİDEO
15 Dekabr 2017 Senator Dik Durbin Mehman Əliyevlə görüşüb
13 Dekabr 2017 AXCP sədri Azərbaycanda hakimiyyətin necə dəyişəcəyini açıqladı - VİDEO
04 Dekabr 2017 Bütöv Azərbaycan Birliyinin dirçəldilməsi təklif edildi - ZİYALILAR DƏSTƏK VERİR
18 Noyabr 2017 "5 rayon qarşılığında Dağlıq Qarabağ...?"-TƏHLİL
11 Noyabr 2017 Göyçayın icra başçısı jurnalisti həbs etdirmək istəyir
08 Noyabr 2017 İran terrorçulara raket satır: İDDİA
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.