Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_hikmethaci.jpg

"Əgər inkişaf etmək istəyiriksə daxili islahatlar aparmaq lazımdır"

Rusiya mediasının məlumatına görə, prezident Vladimir Putin Rusiya və Ermənistanın birgə qoşun qrupunun yaradılması barədə hökumətin təklifini təsdiq edib.

İki ölkə arasında müvafiq sənəd 2016-cı il noyabrın 30-da Moskvada imzalanıb.
Sənəddə deyilir ki, birgə qoşun qrupunun əsas vəzifəsi Rusiya və Ermənistanın quru sərhədlərini qorumaq və postsovet dövlətlərinin regional hərbi alyansı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində işləməkdir.

Prezident Putin Rusiya Müdafiə və Xarici İşlər Nazirliklərinə Ermənistanla danışıqlar aparmağı əmr edib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan sazişə münasibət bildirərkən deyib ki, söhbət “artıq fəaliyyət göstərməkdə olan vahid qruplaşmadan gedir”.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, vahid qoşunlar qruplaşması 2000-ci ildə Ermənistanla Rusiya arasında qoşunlardan birgə istifadə etmək haqqında Soçidə imzalanmış saziş əsasında yaradılıb.

Sənədə əsasən, qruplaşmanın vəzifəsi – vahid komandanlıq altında Ermənistan və Rusiyanın müştərək müdafiəsi məsələlərini həll etməkdir.

Qruplaşma Ermənistan ərazisində yerləşən Ermənistan və Rusiya silahlı qüvvələri hərbi hissələrindən ibarətdir və ona, ötən ay prezident Sarkisyanın fərmanı ilə təyin olunmuş, Ermənistan silahlı qüvvələrinin nümayəndəsi general-mayor Andranik Manukyan komandanlıq edir.

Azərbaycanın rəsmi şəxsləri sazişin ratifikasiyasına hələ münasibət bildirməyib. Politoloqlar isə Azərbaycanın da özünə qərbdə mütəffiqlər axtarmasının vaxtının çatdığını bildirir. Sozcu.az xəbər verir ki, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə sazişi Amerikanın Səsinə müsahibəsində belə şərh edib.

– Rusiya prezidenti Rusiya və Ermənistanın birgə qoşun qrupunun yaradılması barədə sərəncam imzalayıb. Münasibətiniz necədir?

– Əslində bu yeni bir şey deyil. Onsuz da Ermənistan və Rusiya hərbi hissələri bir mərkəzdən idarə olunur. O mərkəz isə Rusiyadır. Putinin sərəncamı isə Rusiyanın Azərbaycan və Ermənistan ictimaiyyətinə mesajdır ki, mən Ermənistanla bir yerdəyəm. Birdən siz mənimlə razılaşdırılmamış bir hücuma başlasanız, bilin ki, mən ermənilərlə birgəyəm. Bax belədir, vəziyyət. Bu sərəncam Azərbaycan ictimaiyyətinə bir mesajdır.

– Sənəddə bildirilir ki, qoşun qrupu Qafqazda təhklükəsizliyi təmin edəcək. Qafqaz böyük ərazidir. Burada təhlükəsizliyi necə təmin edə bilər? Münasibətiniz necədir?

– Təhlüksəzllik rus anlamında indiki status-kvonun saxlanmasıdır. Yəni biz (Rusiya) haranı tutmuşuqsa-tutmuşuq. Onu nəzərdə tuturlar. Yəni dəyişikliklər olmayacaq. Durum belədir.

– Bu sərəncamın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına hansı təsiri ola bilər?

– Yenə deyirəm, təsir odur ki, Azərbaycan tərəfinə xəbərdarlıq edilib ki, əgər bizsiz (Rusiyasız) hərəkət etsəniz, hücuma başlasanız biz də qoşulacağıq. Belədir, o sərəncam Azərbaycanı durdurmaq fikri ilə verilib.

– Belə bir şəraitdə Azərbaycan və Gürcüstan kimi hökumətlər hansı addımı atmalıdır?

– Hələ ki, rus güclüdür, o məsələni (hərbi əməliyyatlardan söhbət gedir-red) qırağa qoymalıyıq. Onsuz da rus-erməni alyansı ilə biz vuruşa bilməyəcəyik. Bizim gücümüz çatmır. Ona görə, əgər inkişaf etmək sitəyiriksə daxili islahatlar aparmaq lazımdır. Liberallaşmaq lazımdır. Dünyaya dost olmaq lazımdır. Ondan sonra, nə vaxtkı Rusiya çökdü, ondan sonra bizim də dünyaya qapımız açılacaq. Belədir, indi heç bir şey alınmayacaq.

Bölmənin digər xəbərləri

18 Noyabr 2017 "5 rayon qarşılığında Dağlıq Qarabağ...?"-TƏHLİL
11 Noyabr 2017 Göyçayın icra başçısı jurnalisti həbs etdirmək istəyir
08 Noyabr 2017 İran terrorçulara raket satır: İDDİA
28 Oktyabr 2017 Elşən Əlisoy: “Əgər jurnalist yazdığı yazıya görə həbsxanaya salınırsa, hansı azadlıqdan danışmaq olar?”
25 Oktyabr 2017 Elçibəy sağ olsaydı…
18 Oktyabr 2017 Həbsxanada vəziyyəti pisləşən jurnalist müalicə müəssisəsinə aparılıb
27 Sentyabr 2017 Sayt rəhbəri separatizm dəstəkçiləri ilə bağlı Mədət Quliyevə müraciət etdi
21 Sentyabr 2017 Şaumyanın Azərbaycanda olan "balaları" baş qaldırır - FOTOLAR
17 Sentyabr 2017 Ziya Məmmədovun lisey direktoru olan bacısının "pul yığımı" davam edir" - VİDEO
07 Sentyabr 2017 "İlham Əliyev bu ciddi ittihamlarla bağlı xalq qarşısında izahat verməlidir"
19 Avqust 2017 Ərdoğanın mühafizəçiləri ülküçülərdir? - FOTOLAR
14 Avqust 2017 Müsəlman ermənilər Qarabağı erməni torpağı kimi qəbul edir
05 Avqust 2017 Azərbaycanın və Gürcüstanın başı üzərində bir Putin kabusu dolaşır
26 İyul 2017 Lamiyyə Əhmədova: "Aziz Orucova qarşı aqqressiv rəftarın arxasında hakimiyyətin mahiyyəti durur"
07 İyul 2017 Körpə balamıza dəstək olaq!
27 İyun 2017 “Hakimiyyət gənclərin arzularını əllərindən almaq istəyir” – ŞURA ƏMİRASLANOVA
17 İyun 2017 QAT Ağsu rayonunda tədbr keçirib -FOTO +VİDEO
02 İyun 2017 Tural Abbaslı: "Hələ çox dəhşətlər görməli olacağıq"
23 May 2017 Nisəxanım Vəliyeva:”Kişilər oğul istəyir, amma onun tərbiyəsini qadına həvalə edir”
08 May 2017 Azərbaycan heyəti Türkmən Elinə dəstək toplantısı keçirdi- Türkiyədə-FOTO
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.