Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_qiyasdd.jpg
NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimov artıq bir ildir ki, azadlıqdan məhrum edilib. 

O, 2016-cı ildə Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilərək 10 il müddətinə həbs olunub. 

Qiyas İbrahimov ittihamları qəbul etmir və keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazıldığına görə, həbs olunduğunu bəyan edibdir.

Beynəlxalq Amnistiya Təşkilatı onu "vicdan məhbusu” kimi tanıyır. 

Qiyas İbrahimovun  anası Şura Əmiraslanova Sozcu.az sayıtına müsahibə verib.

Şura xanımla siyasi məhbusun vəziyyəti, problemləri barədə danışdıq. Müsahibəni sizə təqdim edirik.

– Qiyasla görüşürsüz? Görüşlərinizə bir problem yaradılmır?

Qiyas hal-hazırda 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Ona görə hələlik Qiyas qarantindədir. İyunun 25-də ona yemək aparmışdıq. Orda çox rahatlıqla qəbul etdilər. Qarantində olduğuna görə özümüz görüşə bilmədik. Yəqin ki, bir 15 gün müddət qurtarandan sonra, onunla rahat görüşə bilərik. Demək olar ki, orda bir problemlə üzləşmədik.

– Son dəfə Qiyasla nə vaxt görüşmüsünüz? Vəziyyəti necədi?

Son dəfə Qiyası iyun ayın 13-də görmüşəm. Gözündən yana həkim aparmışdıq, o zaman görmüşəm. Ondan 2 gün sonra da cəzaçəkmə müəssisəsinə köçürüldü, o gündən demək olar ki, 7-8 gündür görmürəm. Vəziyyəti də şükür Allaha yaxşıdır. Şikayət ediləsi elə bir problemi yoxdur. Qarantində olduğu yerdə isə vəziyyətinin necə olduğundan xəbərim yoxdur. Nə bilim vallah hərəlik görmədiyim üçün, elə bir şey deyə bilmirəm.

– Necə oldu ki, Qiyas siyasi proseslərə qoşuldu? Nə zamansa həbs olunacağını gözləyirdinizmi?

Yox ağlıma belə gətirməzdim ki, o nə zamansa həbs olunacaq. Siyasi proseslərə qoşulmağına gəlincə, hər şey məlum heykəl məsələsindən sonra oldu. Bunu edənlər etdi. Qiyas açıq sözlü biridir. O, haqq sözünü dedi. İki kəlmə daşa söz yazdı, öz ifadə azadlığından istifadə etdi. Öz azad fikirini söylədi. Bu da hakimiyyətin xoşuna gəlmədi. Bundan sonra da məsələ siyasiləşdi. Qiyasın haqq sözünü boğmaq fikirinə düşdülər. Onların istəyi alınmadı. Əvvəlində haqq qalib gəlməsədə, sonunda haqq qalib gəldi. Qiyas vicdan məhbusu elan olundu. Haqq sözünün nəticəsi də siyasiləşdirildi.

– Qiyasın silahdaşlarından kimlər maraqlanır onunla?

Sağ olsunlar, hər bir kəs Qiyasla maraqlanır. Qiyasın elə bir silahdaşı yoxdur. Onun silahdaşı bir dənə Bayramdır, çünki onunla o yazını bir yerdə yazıblar. Silahdaşlar deyəndə dostları var, tanımayan adamlar ona arxa dayanırlar, onun haqq olduğunu deyirlər. Ona dəstək olurlar. O hadisədən sonra Qiyası tanıyan, tanımayan hər bir kəs ona dəstək olur. Siz bu cür Qiyasa dəstək olursuz, başqaları da başqa cür dəstək olurlar.

– Sizcə, hakimiyyət həbsləri ilə gənclərdən nə istəyir?

Mənim fikirimcə hakimiyyət gənclərin azad sözünü boğmaq, gələcək arzularını əllərindən almaq istəyir. O da çətin məsələdir. Gəncliyin gələcəyini necə əlindən almaq olar? Bir söz ki gənclikdən gedir, gəncliyin qarşısında dayanmaq olmaz, çünki gənclik inkişaf deməkdi. Bu gənclik dayandırılan bir şey deyil axı. Körpə uşaq böyüyür, böyüdükcə gəncləşir, ağıllı bir gənc necə dayana bilər? Yəqin ki, bu hakimiyyət öz səhvlərini bir az düzəltsə gənclər üçün daha gözəl olar. Gəncləri öz tərəfinə çəksə, gəncliklə barışsa, onun haqq sözü ilə barışsa daha yaxşı olar. Gözəl nəticələr əldə olar, nəyin ki, gəncliyin səsini boğsa.

– Bir çox siyasi məhbus vaxtından əvvəl əfv olunaraq azadlığına qovuşur. Nə zamansa Qiyasın də əfv olunaraq vaxtından əvvəl azadlığına qovuşacağına inanırsızmı?

Mən nə deyə bilərəm onu zaman göstərəcək.

– Qiyas azadlığa çıxdıqdan sonra onun yenidən mübarizə aparmasına münasibətiniz necə olacaq?

Mən bir söz deyə bilmərəm bu haqda. Onun həbsdən çıxdıqdan sonar da mübarizə aparmasına mənim münasibətimin necə olacağını zaman göstərəcək.

– Sizcə, bu gün meydanda mübarizə aparan insanların mübarizəsinin nə zamansa bir nəticəsi olacaq? Sizcə, o zaman nə vaxt olacaq?

Mən inanıram nə zamansa bu gün meydanda mübarizə aparan insanların mübarizəsinin mütləq bir nəticəsi olacaq. Nəticənin nə zaman olacağına gəlincə isə, nə qədər ki, bu rejim öz pis əməllərini daha da şiddətli tərzdə bu millətə çatdırarsa, bu proses bir o qədər tezləşəcək.

– Bir vicdan məhbusunun anası kimi bu gün meydanda mübarizə aparan gənclərə nə demək istərdiniz?

Mübarizələrindən geri dayanmasınlar. Daima irəli getmək daha gözəl olar. Çünki, irəli getdikcə, qabağındakı səndən qaçar. Amma sən geri addım atanda, sənin qabağındakı sənin üstünə atılar. Ona görə dayanmadan irəli getmək lazımdı.

– Oğlunuzun keçmiş prezident Heydər Əliyevin büstünü yazmasını eşidəndə ilk təsuratınız necə oldu? Qiyas niyə belə bir iş gördü? Necə qarşıladız onun bu addımını?

Gözlənilməz bir şey idi. Yəqin ki, onun fikirləri ilə mənim fikirlərim üst-üstə düşməyə bilər. Nə olsun mən Qiyasın anasıyam. Qiyas açıq fikirli, elmli, savadlı bir oğlandı. O, görünür onu hardasa öz aşsüzənindən dəfələrlə süzdürüb, durulaşdırıb, sonra gedib yazmışdı həmin yazını. Hər halda kor-koranə olmuş iş deyildi. Bu gün öz nəticəsini mənə elə gəlir ki, bir azda olsa veribdi. Nəticəsini siz özünüzdə görürsüz. Nəyin ki siz bütün düyna görür.

– Sizcə, Qiyasın bu etirazı cəmiyyətə nə verdi?

Qiyasın bu etirazı cəmiyyətə çox şey verdi deyə bilərəm. Gənclərin daha da gözləri açıldı. Qorxmamazlığın bir daha sübutu oldu. Bir də ki, bir az iqtisadi cəhətdən millətimizə xeyir verdi deyərdim onun bu etirazı.

– Qiyas bu etirazı ilə nələrini itirdi? Nələrə nail oldu?

Qiyas heç nə itirmədi. Qiyas çox şey qazandı. Qiyas xalqının sevgisini qazanıb. Qiyasın qazancı çox böyükdür mənə görə. Qiyasın itirdiyi heç nə yoxdur. Əksinə o qazandı. İtirənlər itirib.

Vüsal Əfəndi
Sozcu.az

Bölmənin digər xəbərləri

18 Noyabr 2017 "5 rayon qarşılığında Dağlıq Qarabağ...?"-TƏHLİL
11 Noyabr 2017 Göyçayın icra başçısı jurnalisti həbs etdirmək istəyir
08 Noyabr 2017 İran terrorçulara raket satır: İDDİA
28 Oktyabr 2017 Elşən Əlisoy: “Əgər jurnalist yazdığı yazıya görə həbsxanaya salınırsa, hansı azadlıqdan danışmaq olar?”
25 Oktyabr 2017 Elçibəy sağ olsaydı…
18 Oktyabr 2017 Həbsxanada vəziyyəti pisləşən jurnalist müalicə müəssisəsinə aparılıb
27 Sentyabr 2017 Sayt rəhbəri separatizm dəstəkçiləri ilə bağlı Mədət Quliyevə müraciət etdi
21 Sentyabr 2017 Şaumyanın Azərbaycanda olan "balaları" baş qaldırır - FOTOLAR
17 Sentyabr 2017 Ziya Məmmədovun lisey direktoru olan bacısının "pul yığımı" davam edir" - VİDEO
07 Sentyabr 2017 "İlham Əliyev bu ciddi ittihamlarla bağlı xalq qarşısında izahat verməlidir"
19 Avqust 2017 Ərdoğanın mühafizəçiləri ülküçülərdir? - FOTOLAR
14 Avqust 2017 Müsəlman ermənilər Qarabağı erməni torpağı kimi qəbul edir
05 Avqust 2017 Azərbaycanın və Gürcüstanın başı üzərində bir Putin kabusu dolaşır
27 İyul 2017 "Rusiya Azərbaycana mesaj verir ki, Ermənistanla bir yerdəyəm" -HİKMƏT HACIZADƏ
26 İyul 2017 Lamiyyə Əhmədova: "Aziz Orucova qarşı aqqressiv rəftarın arxasında hakimiyyətin mahiyyəti durur"
07 İyul 2017 Körpə balamıza dəstək olaq!
17 İyun 2017 QAT Ağsu rayonunda tədbr keçirib -FOTO +VİDEO
02 İyun 2017 Tural Abbaslı: "Hələ çox dəhşətlər görməli olacağıq"
23 May 2017 Nisəxanım Vəliyeva:”Kişilər oğul istəyir, amma onun tərbiyəsini qadına həvalə edir”
08 May 2017 Azərbaycan heyəti Türkmən Elinə dəstək toplantısı keçirdi- Türkiyədə-FOTO
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.