Xəbər lenti

01010111.jpg
Adanada Türkmən elinə dəstək toplantısı keçirildi

 Mayın 7-də Adanada 3-cü "Uluslararası Türk Dünyası Şer və Sənət festivalı"nda iştirak etmək üçün səfərdə olan Azərbaycan nümayəndə heyəti və "Adana Çukurova Ədəbiyyatçılar Dərnəyi" üzvlərinin iştirakı ilə Türkmən Elinə dəstək üçün toplantı keçirilib. Qarabağda və Türk Dünyasının ayrı ayrı nöqtələrində şəhid olan soydaşlarımızın xatirəsinə bir dəqiqəlik sükutla başlayan toplantını "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli açaraq Türkmən Elində baş verən son olaylar haqda məlumat verdikdən sonra, İraqdakı soydaşlarımız adından İraqın əski millət vəkili Əsət Erbil geniş məruzə etmişdir. Kərkükdə baş verən son bayraq böhranı haqda "Ümid" Partiyasının və "Borçalı" Cəmiyyətinin sədr müavini Rüfət Muradlı məlumat vermişdir. Daha sonra "Dünya Türkmənlər Birliyinin" sədri İsmayıl Dəmirdüzən, "Dünya Avşarlar Birliyinin" sədri Şərəf Kocakaya, Türkiyə Böyük Millət Məclisinin əski üzvü Süleyman Coşkuner, Azərbaycandan şair Şükür Müseyiboğlu, "Çukurova Ədəbiyyatçılar Dərnəyinin" sədri Halisə Tekbaş və başqaları çıxış edərək soydaşlarımıza özəlliklə mənəvi dəstək olunmasının vacibliyini vurğalayaraq,daim Türkmən Elinin yanında olduqlarını bildiriblər. Sonda toplantı iştirakçıları adından Türkmən Eli ilə bağlı Türk Cumhuriyyətlərinə bəyanat qəbul edilmişdir.

Bəyanatda deyilir.

"Mart ayının 14 -də İraqda Türk Dünyasının ayrılmaz parçası olan türkmən soydaşlarımızın yaşadığı Kərkük şəhərində milliyətcə kürd olan vali tərəfindən Kərkükə aid olmayan Kürdüstan Yerli İdarəetmə Orqanı bayrağının məclisə və digər rəsmi məkanlara asılması haqlı olaraq istər İraq hökumətinin, istərsə də soydaşlarımızın narazılığına səbəb olmuş, bölgədə siyasi böhrana dönüşmüşdür. Bu addım əsrlərdir bir arada yaşayan türk, ərəb və kürd xalqları arasında da milli -etnik hisslərin alovlanmasına gətirib çıxaran və diskriminasiyaya yol açan bir hərəkət kimi dəyərləndirilmişdir. Adanada keçirilən 3-cü Uluslararası Türk dünyası Şer və Musiqi festivalı iştirakçıları olaraq bütün Türk Cumhuriyyətləri hökumətləri və xalqlarını istər İraqda, istərsə də Suriyada yaşayan və təklənmiş türkmən soydaşlarımızın durumuna biganə qalmamağa və onlara mənəvi olmağa səsləyirik. Hesab edirik ki, bu bir soydaşlıq borcu olmaqla yanaşı həm də milli haqları pozulan bir topluma sahib çıxmaqdır. Bu baxımdan biz, 3-cü Uluslararası Türk dünyası Şer və Musiqi festivalı iştirakçıları olaraq hər zaman türkmən soydaşlarımızın yanında olduğumuzu bəyan edərək bütün Türk Cumhuriyyətlərini Kərkükdəki son bayraq krizində rəsmi Ankaranın mövqeyindən nümunə götürərək soydaşlarımıza sahib çıxmağa çağırırıq"
00023212.jpg

Bölmənin digər xəbərləri

14 Yanvar 2018 Tanınmış siyasətçilər Xamneyiyə "dəstək aksiyası"na münasibət bildirdilər
08 Yanvar 2018 "Azərbaycan gəncliyinin gələcəyi sual altındadır" - Gənclər problemlərdən danışdılar
01 Yanvar 2018 Gənclərin Bütöv Azərbaycan arzusu: “Vahid təşkilata ehtiyac var”
28 Dekabr 2017 İşdən çıxarılan ermənipərəst müəllimlə bağlı - Rəsmi açıqlama
26 Dekabr 2017 “ İT İLİ” KİMLƏRƏ DÜŞƏRLİ, KİMLƏRƏ QƏNİM OLACAQ?!”
18 Dekabr 2017 220 saylı məktəbdə erməni təbliğatı aparan müəllim kimdir? - FOTOLAR
17 Dekabr 2017 BAO Məhəmməd Əmin Rəsulzadənin məzarını təmir etdi - VİDEO
15 Dekabr 2017 Senator Dik Durbin Mehman Əliyevlə görüşüb
13 Dekabr 2017 AXCP sədri Azərbaycanda hakimiyyətin necə dəyişəcəyini açıqladı - VİDEO
04 Dekabr 2017 Bütöv Azərbaycan Birliyinin dirçəldilməsi təklif edildi - ZİYALILAR DƏSTƏK VERİR
18 Noyabr 2017 "5 rayon qarşılığında Dağlıq Qarabağ...?"-TƏHLİL
11 Noyabr 2017 Göyçayın icra başçısı jurnalisti həbs etdirmək istəyir
08 Noyabr 2017 İran terrorçulara raket satır: İDDİA
28 Oktyabr 2017 Elşən Əlisoy: “Əgər jurnalist yazdığı yazıya görə həbsxanaya salınırsa, hansı azadlıqdan danışmaq olar?”
25 Oktyabr 2017 Elçibəy sağ olsaydı…
18 Oktyabr 2017 Həbsxanada vəziyyəti pisləşən jurnalist müalicə müəssisəsinə aparılıb
27 Sentyabr 2017 Sayt rəhbəri separatizm dəstəkçiləri ilə bağlı Mədət Quliyevə müraciət etdi
21 Sentyabr 2017 Şaumyanın Azərbaycanda olan "balaları" baş qaldırır - FOTOLAR
17 Sentyabr 2017 Ziya Məmmədovun lisey direktoru olan bacısının "pul yığımı" davam edir" - VİDEO
07 Sentyabr 2017 "İlham Əliyev bu ciddi ittihamlarla bağlı xalq qarşısında izahat verməlidir"
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.